Məhkəmə qərarları › İş №2-1(116)-134/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-134/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-134/2024 03.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə satılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə satılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1488/2023 nömrəli qərardadı ilə Qəbələ Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayon Qəbələ Bələdiyуəsinin 01 noyabr 2004-cü il tarixli 08 saylı qərarına əsasən kommersiya təyinatlı tikinti üçün 30 (otuz) kv.metr torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə 17 fevral 2005-ci il tarixdə 14 nömrə ilə qeydiyyata alınmış Torpaqların X6 tərtib olunmuşdur. Qeyd edilən torpaq sahəsində tikintiyə icazə verilməsi barədə Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı 22 fevral 2005-ci il tarixli 21 nömrəli Sərəncam vermişdir. Bundan sonra iddiaçı aldığı torpaq sahəsində mağaza binası inşa etdirmişdir. Lakin heç bir rəsmi sənəd olmadan iddiaçıya məxsus mağaza binası sökülmüşdür. Dəfələrlə müraciət etsə də aldığı torpaq sahəsinə mülkiyyət sənədi ala bilmir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsinə çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən imtina cavabı almışdır. Cavabdeh Məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Belə ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, X1 Elşən Davud oğluna 30 kv.m sahibkarlıq məqsədi ilə torpaq sahəsinin ayrılmasına dair 08 saylı qərarı, 01 noyabr 2004-cü il tarixli olsada, həmin torpaq sahəsinə dair Qəbələ rayonu, Qəbələ Bələdiyyəsindinin qərarının hal-hazırda qüvvədə olması barədə məktubu və torpaq sahəsinin məkan göstəriciləini özündə əks etdirən plan ölçü sənədi təqdim edilməmişdir. Qeyd olunnan səbəblərə görə müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Üçümcü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı 22 fevral 2005-ci il tarixli 21 nömrəli Sərəncamı

3. Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarının surəti;

4. Qəbələ bələdiyyəsinin 130 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan 30 m2 torpaq sahəsi ümumi istifadədədir və hal-hazırda avtomobil dayanacağı kimi istifadə olunur.

5. Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu.

6. Qəbələ Bələdiyyəsinin 444 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına olan, tikinti obyekti tikmək təyinatlı 0.003 ha torpaq sahəsi Qəbələ bələdiyyəsinin uçot kitabında qeydiyyata alınmamışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6094/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə İddiaçı ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (planölçü) olmadığı üçün xüsusiyyətləri barədə məlumat verilməsi mümkün deyildir. Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Faktiki iddia olunan 0,003 ha torpaq sahəsinin kateqoriyası, Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan ümumi istifadədə torpaqlar olmaqla Qəbələ Bələdiyyəsinin mülkiyyətinə aid ərazidir, iddia olunan torpaq sahəsinin altından çay keçir. Həmin torpaq sahəsi X3 X4 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan Bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir.

Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə ayrılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsindən ibarətdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə araşdırılma predmeti iki istiqamətdə aparılmışdır. 1.hüquqmüəyyənedici sənədin mötəbərliyi. 2.İddia olunan torpaq sahəsinin hüquqi rejimi. Lakin, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mötəbərliyi sübut olunmur.Eləcə də iddia olunan torpaq sahəsinin iddiaçıya ayrıldığını təsdiq edən sənəd mövcud deyildir.Bu sənədlərin olması halında belə iddia olunan torpaq sahəsinin hüquqi rejimi iddianın təmin olunmasını istisna edir. İddiaçı tərəfindən təqdim edilən Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarının və həmin qərarın qəbul edildiyi göstərilən xx.xx.2008-ci il tarixli bələdiyyənin iclas protokolunun arxiv nüsxəsinin təqdim edilməsi üçün müvafiq sorğular verilmişdir.Sorğulara əsasən həmin sənədlərin arxiv nüsxəsi Qəbələ Bələdiyyəsi və Qəbələ Rayon Dövlət Arxivində aşkar olunmamışdır. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçının faktiki istifadəsində torpaq sahəsi yoxdur.İddia olunan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən texniki sənəd isə təqdim edilməmişdir. İddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmiş və müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi X3 X4 əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid ərazidir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ). Həmçinin,“Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir. İşin araşdırılan hallarında görünür ki, Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə İddiaçı ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün xüsusiyyətləri barədə məlumat verilməsi mümkün deyildir. Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Faktiki iddia olunan 0,003 ha torpaq sahəsinin kateqoriyası, Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan ümumi istifadədə torpaqlar olmaqla Qəbələ Bələdiyyəsinin mülkiyyətinə aid ərazidir, iddia olunan torpaq sahəsinin altından çay keçir. Həmin torpaq sahəsi X3 X4 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan Bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində- Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin məcəllənin 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə satılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına aparılmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyənin qərarı ilə özünə satılması bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi torpaq sahəsi X3 X4 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan Bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə satılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar