Məhkəmə qərarları › İş №2-1(116)-134/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-134/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-134/2025 14.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mərhum atası X6 məxsus JN-2822A, KOD 40601004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş Qəbələ rayonu ərazisindən 0,07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi üzərində hüquqların mərhum atası X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum atası X6 məxsus JN-2822A, KOD 40601004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş Qəbələ rayonu ərazisindən 0,07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək “mərhum atası X6 məxsus JN-2822A, KOD 40601004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş Qəbələ rayonu ərazisindən 0,07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi üzərində hüquqların mərhum atası X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” baradə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1980-ci ildə Qujqaşen(indiiki Qəbələ) şəhərində anadan olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə mərhum atası X6 Qəbələ rayonu ərazisindən 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinə görə JN-2822A, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi əvvəllər də iddiaçının istifadəsində olmuş və torpaq sahəsində fərdi yaşayış evi də tikmişdir. xx.xx.2022-ci il tarixində iddiaçının atası X1 şokdan vəfat etmişdir. Atası vəfat etdikdən sonra ondan qalmış miras əmlakın qəbul edilməsi və vərəsəlik işinin açılması ilə əlaqədar Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Notariat ofisindən məktub ilə mərhum atasının adına olan JN-2822A, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərilmişdir. Müraciətə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 9 saylı Qəbələ Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-296/2023 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktub verilərək, JN- 2822A, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsi elektron kadastr məlumat bazasına daxil edilməmiş və şəhadətnamədə göstərilən torpaq sahəsinin plan cizgilərinin həəndəsi ölçülərinə görə iddiaçıya məxsus fərdi yaşayış evinin bir hissəsi JN-2822A. KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ilə mülkiyyətində olan torpaq sahəsinin sərhədləri kənarında yerləşir. Qeyd olunan səbəbdən mülkiyyətin dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı müraciəti müraciəti əsasında ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2822A sayh Şəhadətnamədə göstərilən torpaq sahəsi elektron kadastr məlumat bazasına daxil edilməmiş və JN-2822A sayh Şəhadətnamədə göstərilən torpaq sahəsinin plan cizgisinin həndəsi ölçülərinə gorə fərdi yaşayış evinin bir hissəsi JN- 2822A saylı Şəhadətnamə ilə mərhum X5 mülkiyyətində olan torpaq sahəsindən sərhədlərindən kənarda yerləşir. Qeyd olunan səbəblərə görə müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. • AZ-İİ 275400 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. • JN 2822A KOD 40601004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki Qəbələ rayonu, Aydınqışlaq kəndində ye şəhərində yerləşən 0,07 ha torpaq sahəsi X6 Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmişdir. • Cavabdehin xx.xx.2023-cü il tarixli etirazı və ona əlavə olunan sənədlər. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5367/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı mümkün hesab edilən hissədə əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iddia tələbinə əsasən hüquqi marağı mərhum atası X6 məxsus JN-2822A, KOD 40601004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş Qəbələ rayonu ərazisindən 0,07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi üzərində hüquqların mərhum atası X6 məxsus olması barədə arayışın verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsası Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2822A sayh Şəhadətnamədə göstərilən torpaq sahəsi elektron kadastr məlumat bazasına daxil edilməmiş və JN-2822A sayh Şəhadətnamədə göstərilən torpaq sahəsinin plan cizgisinin həndəsi ölçülərinə gorə fərdi yaşayış evinin bir hissəsi JN-2822A saylı Şəhadətnamə ilə mərhum X5 mülkiyyətində olan torpaq sahəsindən sərhədlərindən kənarda yerləşməsi ilə bağlıdır. İşin hallarından görünür ki, iddia olunan 0.07 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Hüquqmüəyyənedici sənədin mötəbərliyi işin halarına əsasən sübut edilir. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ İdarəsinin mütəxəssis rəyindən görünür ki, İşin araşdırılması məqsədi ilə DƏDKR X9 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi 28 noyabr 2023-ci il tarixdə Qəbələ rayonunda yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kamera! qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki JN-2822A saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi barədə Qəbələ şəhər ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) və X2 X3 (TEKUİS) məlumat mövcud deyil. İddia olunan, faktiki naturada ölçülmüş torpaq sahəsi İddiaçı istifadəsində olmaqla Qəbələ şəhər ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X2 X4 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altı torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Faktiki istifadə olunan torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsinin koordinantları yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti ilə JN-2822A saylı şəhadətnamənin plan-cizgisində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti müqayisəli sxemdə göstərilmişdir. Məhkəmə cavabdehin imtinasına yuxarıda qeyd olunan mütəxəssis rəyi ilə müqaisəli şəkildə qiymətləndirərək hesab edir ki, imtina əsaslı hesab edilə bilməz. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-2822A sayh Şəhadətnamədə göstərilən torpaq sahəsinin elektron kadastr məlumat bazasına daxil edilməməsi şəxsin torpaq sahəsinə dair hüquqlarının həyata keçirilməsindən məhrum edə bilməz. Bununla yanaşı iş üzrə müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altı torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir və faktiki istifadə olunan torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Belə olan halda cavabdehin iddiaçının müraciəti üzrə imtina etməklə haqlı olmamışdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, 0,07 ha torpaq sahəsi üzərində İddiaçı məxsus olmasına dair arayışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə mərhum atası X6 məxsus JN-2822A, KOD 40601004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş Qəbələ rayonu ərazisindən 0,07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi üzərində hüquqların mərhum atası X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar