Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1340/2024 02.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” X1rşı “Yevlax rayonu Salahlı kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1960-cı il tarixli, 156 saylı doğum haqqında akt qeydində adının “Asif”dən “Yusif”ə, ata adının “Səlman”dan “Salman”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəliş edib X7 yox İddiaçı kimi qeyd edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "Yevlax rayonu Salahlı kənd icra nümayəndəliyinin xx.xx.1960-cı il tarixli 156 saylı doğum haqqında akt qeydində adının “Asif”dən “Yusif”ə, ata adının “Səlman”dan “Salman”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş və doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə itirildiyindən yenidən alınması ilə bağlı cavabdeh Mingəçevir Regional "Asan Xidmət" X3 müraciət etmiş, lakin Yevlax rayonu Salahlı kənd icra nümayəndəliyinin xx.xx.1960-cı il tarixli 156 saylı doğum haqqında akt qeydində İddiaçı deyil, X5 doğumu haqqında qeyd aşkar edilmişdir. Onun şəxsiyyət vəsiqəsində, hərbi biletində və digər şəxsiyyəti təsdiq edən sənədlərdə İddiaçı kimi qeyd olunur. Hesab edir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki kitabda şəxsiyyətini təsdiq edən akt qeydində səhvə yol verilərək X4 qeydə alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5\8-15-492\2023 saylı cavab məktubunda Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalara istinad edib qeyd edir ki, səhvlərin düzəldilməsi və ya dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdiyi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Halbuki, həmin qaydalarda qeyd edilir ki, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. Tələb üzrə heç bir mübahisə və mövcud şəxsiyyətini təsdiq edən sənədlər kifayət etdiyi hallara baxmayaraq, cavabdeh vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvin düzəldilməsindən və İddiaçı kimi doğum haqqında şəhadətnamə verilməsindən imtina edir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır. - Mingəçevir regional “ASAN xidmət" X3 16.11,1960-cı il tarixdə Yevlax rayonu, Tannqulular kəndində doğulmuş vətəndaş İddiaçı doğumu haqqında arayışın istənilməsi barədə xx.xx.2023-cü il tarixli 3-16-5/7-xx-xx/2023 saylı ərizə ilə müraciət etmişdir. Mingəçevir regional “ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi sərəncamın 1-ci bəndi ilə əlaqədar olaraq bildirir ki, vətəndaşın müraciəti ilə bağlı Yevlax rayon qeydiyyat şöbəsinin arxivində, habelə 'Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, İddiaçı doğum haqqında akt qeydi aşkarlanmamış, Yevlax rayonu Salahlı icra nümayəndəliyinin xx.xx.1960-cı il tarixli 156 saylı doğum haqqında akt qeydində İddiaçı deyil. X6 doğumu haqqında akt qeydi aşkar olunmuşdur. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 10.2003-cü il tarixli, 145 nömrəli qərarının 9.9-cu bəndində əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr və arayışlar vətəndaşlıq vəziyyəti akt qeydlərinə və yaş kağızı kitablarındakı qeydlərə uyğun yazılır. Vətəndaş İddiaçı şəxsiyyət vəsiqəsində adı “Yusif’, atasının adı “Salman” kimi göstərilsə də, müvafiq doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adı “Asif’, atasının adı "Səlman" kimi qeyd olunmuşdur. Bu səbəbdən vətəndaşa doğum haqqında arayışın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar" a əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdiyi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar olmadıqda və aidiyyəti şəxslər arasında mübahisə olduqda isə qeydiyyatda düzəlişin məhkəmənin qətnaməsi əsasında həyata keçirildiyi bildirilərək, doğum haqqında arayışın verilməsinin mümkünsüzlüyü barədə vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixli 3-16-5/8-15- 492/2023 saylı məktubla cavab verilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, АИ 156975 nömrəli attestatın, İİİ-ЖГ 403096 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə və xx.xx.1984-cü il tarixli 217 nömrəli nikah akt qeydinin, ИT-İ ******* nömrəli əmək kitabçasının, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, xx.xx.1960-cı il tarixli 156 nömrəli, xx.xx.1985-ci il tarixli 1205 nömrəli, xx.xx.1986-cı il tarixli 39 nömrəli, xx.xx.1957-ci il tarixli 82 nömrəli, xx.xx.1956-cı il tarixli 76 nömrəli, xx.xx.1948-ci il tarixli 15 nömrəli doğum haqqında akt qeydləri, xx.xx.1968-ci il tarixli 267 nömrəli doğum qeydlərinin bərpa aktı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş qeydiyyat kartası, Yevlax rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və fərdi uçot kartoçkası. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, xx.xx.1960-cı ildə doğulmuşdur. Onun barəsində Yevlax rayonu Salahlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1960-cı il tarixli, 156 saylı doğum haqqında akt qeydi tərtib edilmiş, adı “Asif”, ata adı “Səlman” qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adı və ata adına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi xx.xx.1984-cü il tarixli 217 nömrəli nikah akt qeydində (İİİ-ЖГ 403096 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə), iddiaçının övladlarına aid doğum akt qeydlərində (xx.xx.1985-ci il tarixli 1205 №-li, xx.xx.1986-cı il tarixli 39 №-li), o cümlədən iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində, ИT-İ ******* nömrəli əmək kitabçasında, АИ 156975 nömrəli attestatda, НЗ ******* nömrəli hərbi biletdə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən təqdim edilmiş qeydiyyat kartasında və Yevlax rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş fərdi uçot kartoçkasında onun adı “Yusif” olaraq qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, xx.xx.1986-cı il tarixli 39 №-li doğum akt qeydi istisna olmaqla sadalanan sənədlərdə iddiaçının ata adı “Salman” olaraq qeyd edilmişdir. İddiaçının bacı və qardaşlarına aid doğum akt qeydlərində ata adının “Səlman” və “Salman” qeyd edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, 1960-70-ci illərdə tərtib edilmiş doğum akt qeydlərində həmin səhvlərə ardıcıl olaraq yol verilməsi işin tədqiq edilmiş hallarından aşkar görünür. Hazırkı mübahisənin predmeti də məhz, 1960-cı ildə tərtib edilmiş doğum haqqında akt qeydində yol verilmiş səhvlə bağlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan dilinin böyük izahlı onomastik lüğətində də (İ kitab Antroponimlər, Bakı 2011), həmin adın düzgün yazılış forması “Salman”-dır (kişi adı, sadə, ərəb mənşəli, «salaman» – sağ – salamat, sağlam deməkdir). Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” X2 üzərinə İddiaçı barəsində Yevlax rayonu Salahlı kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1960-cı il tarixli 156 saylı doğum haqqında akt qeydində adının “Asif”dən - “Yusif”ə, ata adının “Səlman”dan - “Salman”a düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.