Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-135/2020 06.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş və hazırda Zaqatala şəhərində yaşayır. O, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında olan qeydlərə əsasən, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1974cü ilədək, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək Zaqatala Rayon Avtobazasında, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək "xxxxxxxxxx" ASC-nin Zaqatala filialında, xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilədək Zaqatala Rayon Mərkəzi Camaşırxanasında, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də, xx.xx.2007-ci ildən (bu tarix texniki səhv olaraq xx.xx.2006-cı il kimi yazılmışdır) xx.xx.2013-cü ilədək Zaqatala rayonu "xx" MMC-də işləmişdir. İddiaçı xx.xx.2019-cu ildə (64 yaş) pensiya yaşına çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubu ilə bundan imtina edərək bildixxişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək "xxxxxxxxxx" ASC-də anbardar, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək "Zaqatala- Avtonəqliyyat" ATSC-də ehtiyat sürücü işləməyi barədə qeydlər aparılmışdır. Lakin "xxxxxxxxxx" ASC-nin maliyyə uçot sənədlərinin rayon arxivinə təhvil verilmədiyi səbəbindən iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. İddiaçının xx.xx.2003cü ildən xx.xx.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də işləməyi barədə iş stajının yoxlanması zamanı onun həmin müddətlərdə hər hansı əmək haqqı alması barədə qeydlər aşkar edilməmişdir. Buna görə də iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək "xxxxxxxxxx" ASC-də anbardar, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək "Zaqatala- Avtonəqliyyat" ATSC-də ehtiyat sürücü işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçı cavabdehin cavabı ilə razılaşmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandıxxışdır ki, cavabdehin imtinası əsassızdır. "xxxxxxxxxx" ASC hazırda ləğv olunmadığı üçün sənədlərinin arxivə təhvil verilməsi mümkün deyil. "Zaqatala-Avtonəqliyyat" ATSC-də işləməsi onun əmək kitabçası ilə müəyyən edilir. Buna görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2019-cu ildə iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildixxişdir ki, iddiaçının işə qəbul və işdən çıxarılması barədə əmrlərin əmrlər kitabında qaralama şəklində olması və əmək haqqının alınmasına dair qeydlərin, əmək haqqı cədvəllərinin olmaması iddiaçının əmək fəaliyyəti ilə məşğul olmamasını sübut edir. Buna görə də iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək "xxxxxxxxxx" ASC-də anbardar, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də ehtiyat sürücü işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək Zaqatala Rayon Avtobazasında, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək "xxxxxxxxxx" ASC-nin Zaqatala filialında, xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilədək Zaqatala Rayon Mərkəzi Camaşırxanasında, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də, xx.xx.2007-ci ildən (bu tarix texniki səhv olaraq xx.xx.2006-cı il kimi yazılmışdır) xx.xx.2013-cü ilədək Zaqatala rayonu "xx" MMC-də işləmişdir. - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1974cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, Dövlət X8 publik hüquqi şəxsin Zaqatala rayon filialının xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək "xxxxxxxxxx" ASC-də anbardar, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də ehtiyat sürücü işləməyi barədə qeydlər aparılmışdır. Lakin "xxxxxxxxxx" ASC-nin maliyyə uçot sənədlərinin rayon arxivinə təhvil verilmədiyi səbəbindən iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. İddiaçının xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də işləməyi barədə iş stajının yoxlanması zamanı onun həmin müddətlərdə hər hansı əmək haqqı alması barədə qeydlər aşkar edilməmişdir. Buna görə də iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək "xxxxxxxxxx" ASC-də anbardar, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də ehtiyat sürücü işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Əsaslandıxxa hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vexxədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məlum oldu ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cu ildə pensiya yaşına (64 yaş) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vexxəsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vexxəsini iddia etmədiyinə görə məhkəmə ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bildi. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində deyilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət foxxasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.1-ci və 21.2.3-cü maddələrinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti, habelə müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) də daxil edilir. Həmin Qanunun 22.2-ci maddəsinə görə, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İşdən görünür ki, iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək 3 ay 10 gün, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək 3 il 5 ay 15 gün, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək 12 il 4 ay 28 gün Zaqatala Rayon Avtobazasında işlədiyi müddət (cəmi 16 il 1 ay 23 gün) cavabdeh tərəfindən mübahisələndirilmir, eyni zamanda məhkəmə də bu müddəti şübhə altına almaq üçün əsas müəyyən etmədi. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunan iş yerlərindən yalnız ikisini, yəni xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək 5 il 9 ay 9 gün "xxxxxxxxxx" ASC-nin Zaqatala filialında, eləcə də xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək 2 il 4 ay 16 gün "Zaqatala-Avtonəqliyyat" ATSC-də işlədiyi müddətləri mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də işlədiyi müddət Zaqatala Rayon Mərkəzi Camaşırxanasında işlədiyi müddətlə üst-üstə düşdüyünə görə həmin müddətlərdən yalnız biri hesablana bilər. İddiaçının xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək "xxxxxxxxxx" ASC-nin Zaqatala filialında işlədiyi müddətlə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh həmin müddəti sosial sığorta stajına daxil etməməsinin səbəbi kimi əmr kitabında qaralamaya yol verilməsini göstəxxiş, lakin konkret olaraq hansı yazının qaralandığını, ümumiyyətlə qaralamanın nədən ibarət olmasını, eləcə də bu qaralamanın iddiaçının ziyanına təfsir edilməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə tərəfindən "xxxxxxxxxx" ASC-nin Zaqatala filialına sorğu edilərək əmr kitabları tələb edilmiş, hətta əmr kitablarının götürülməsi barədə qərardad çıxarılaraq icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin "xxxxxxxxxx" ASC-nin Zaqatala filialının direktorunun yazılı izahatından aydın olmuşdur ki, əmrlər kitabı 2020-ci ilin aprel ayında təmizlik işləri aparılarkən işçilər tərəfindən yanlışlıqla yandırılmışdır. Bundan sonra şifahi məhkəmə baxışı zamanı "xxxxxxxxxx" ASC-nin Zaqatala filialının direktoru X3 şahid qismində dindirildi və onun ifadəsi ilə müəyyən edildi ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək həmin filialda anbardar işləmiş, əmr kitablarında bu barədə müvafiq qeydlər olmuş, DSMF-nin Zaqatala rayon şöbəsinin işçiləri filiala gəlib əmr kitablarını özləri yoxlamış və akt tərtib etmişlər. Əmrlər kitabında İddiaçı barədə olan əmrlərdə heç bir düzəliş, yanlışlıq olmasa da, aktda güya əmrlər kitabında qaralama olması göstərilmişdir. Şahid əlavə olaraq bildirdi ki, filialda işləyən şəxslərə cədvəl vasitəsilə əmək haqqı verilmədiyinə görə əmək haqqı cədvəlləri yoxdur. Cari ilin aprel ayında pandemiya ilə əlaqədar təmizlik işləri aparıldığı zaman bəzi sənədlər, o cümlədən əmrlər kitabı yanlışlıqla məhv edilmişdir. Məhkəmə şahidin ifadəsinə və iş materiallarına, o cümlədən cavabdeh tərəfindən tərtib edilmiş tarixsiz akta, imtina məktubuna qiymət verərək bu qənaətə gəldi ki, cavabdehin yol verildiyini iddia etdiyi qaralamanın konkret hansı yazıda olmasını, ümumiyyətlə qaralamanın nədən ibarət olmasını, eləcə də bu qaralamanın iddiaçının ziyanına təfsir edilməsinin səbəbini izah edə bilmədiyinə görə iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək "xxxxxxxxxx" ASC-nin Zaqatala filialında anbardar işləməsi tamamilə təsdiq olunur və bu müddətin onun sosial sığorta stajına daxil edilməməsi üçün heç bir səbəb yoxdur. Beləliklə, iddiaçının "xxxxxxxxxx" ASC-nin Zaqatala filialında işlədiyi həmin 5 il 9 ay 9 gün müddəti onun xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək Zaqatala Rayon Avtobazasında işlədiyi cəmi 16 il 1 ay 23 gün müddətlə, habelə xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 2 gün müddətlə topladıqda 23 il 11 ay 4 gün müddət təşkil edər. Bundan başqa, əmək kitabçasına görə, iddiaçı xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilədək Zaqatala Rayon Mərkəzi Camaşırxanasında işləmişdir. Cavabdeh imtina məktubunda həmin müddəti mübahisələndixxəsə də, məhkəmə tərəfindən müəyyən edildi ki, göstərilən müddətin xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək olan hissəsi "xxxxxxxxxx" ASC-nin Zaqatala filialında işlədiyi müddətlə üst-üstə düşdüyünə görə təkrar olaraq nəzərə alınmır, bu səbəbdən də Zaqatala Rayon Mərkəzi Camaşırxanasında işlədiyi müddətin başlanğıcı xx.xx.1999-cu ildən hesablanmalıdır. Həmin vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin səkkizinci hissəsində deyilir ki, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin noxxaya görə, xx.xx.2002-ci ildən sonrakı iş müddətinin sosial sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Lakin qeyd olunan müddətdə Zaqatala Rayon Mərkəzi Camaşırxanası tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir sübut təqdim olunmamışdır. Ona görə də iddiaçının Zaqatala Rayon Mərkəzi Camaşırxanasında işlədiyi müddətin yalnız xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək olan hissəsi (2 il 20 gün) onun sosial sığorta stajına daxil edilə bilər. Həmin müddəti yuxarıda qeyd olunan 23 il 11 ay 4 gün müddətlə topladıqda alınan müddət 25 ildən artıq (25 il 11 ay 24 gün) olar, bu isə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Belə olan halda, iddiaçının əmək kitabçasında göstərilən digər müddətlərin araşdırılmasına zərurət qalmır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyin etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməli, iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-135/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-135/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver