Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-135/2021 23.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili X2, cavabdehin nümayəndəsi Hacı-X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “İddiaçı Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə rəsmiləşdirilmiş, Qax rayon Ləkit bələdiyyəsinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş 62.7 kv.m yaşayış sahəsi olan fərdi evə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə rəsmiləşdirilmiş, Qax rayon Ləkit bələdiyyəsinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş 62.7 kv.m yaşayış sahəsi olan fərdi evə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Torpaq sahəsi iddiaçıya verilən zaman o, Azərbaycan Respublikası vətəndaşı idi. İddiaçı ona verilən həyətyanı sahədə 62.7 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi tikmiş və 2011-ci ilədək həmin evdə yaşamış və hər ay Ləkit bələdiyyəsinə torpaq vergisini ödəmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evini dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 01.10.2020-ci il tarixli **********30 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 2-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri olduğundan, həmin Məcəllənin 48.3-cü maddəsinin tələblərinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bildiyindən, həmçinin İddiaçı xarici ölkə vətəndaşı olduğundan vətəndaşın ərazi idarəsinə ünvanladığı müraciətin icrasından imtina edilmişdir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin nəzərinə çatdırıldı ki, iddia ərizəsinə əlavə olunan plan-ölçü sənədi, protokollardan çıxarışlarda iddiaçının adı “Sərvər” qeyd olunmuşdur. Pasporta isə Səlvərdir. Odur ki, qeyd olunan sənədlərin iddiaçıya məxsus olması faktı müəyyən olunmalıdır. İddiaçınin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi T.Hacıyeva məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. İddiaçının vəkili ərizənin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “İddiaçı Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə rəsmiləşdirilmiş, Qax rayon Ləkit bələdiyyəsinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş 62.7 kv.m yaşayış sahəsi olan fərdi evə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin ərizəsinə əsasən geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-135/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-135/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver