Məhkəmə qərarları › İş №2-1(116)-135/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-135/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-135/2025 14.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinə qarşı “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 PHŞ və onun Şəki X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona məşğulluq proqramından yararlanmağı üçün etmiş olduğu imtinanın qanunsuz hesab edilməsi və onun özünəməşğulluq proqramından yararlanmağı üçün qoyunlar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Cavabdeh göstərmiş, cavabdeh orqanın üzərinə “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-3206/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, Kəlbəcər rayonundan məcburi köçkündür və Qax rayonu Qaradolaq kəndində məskunlaşmışdır. Himayəsində 2 azyaşlı övladı vardır. Qax rayon X8 müraciət edərək özünüməşğulluq proqramından yararlanmaq istədiyinə görə müraciət etmişdir. Ona qoyunçuluqla məşğul olmağı üçün qoyun verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə AR ƏƏSMN tabeliyində Cavabdeh Publik Hüquqi şəxsin X2 Filialının nümayəndəsi yaşadığı əraziyə baxış keçirmişdir. Baxış keçirilən zaman özü izahatında bildirmişdir ki, mal tövləsində bacısı Firuzəyə məxsus olan 2 baş camış, 1 baş camış balası, 8 baş qoyun saxlanılır və hazırda otlaq sahəsindədir. Ona məxsus olan tövlə boş olduğundan bacısı heyvanları müvəqqəti oraya salmışdır. Lakin həmin nümayəndələr orada həmin heyvanların mövcudluğunu əsas gətirərək ona özünəməşğulluq proqramından yararlanmaq üçün imtina edilmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin heyvanlar bacısına məxsusdur və bunu o özü şəxsən gələn nümayəndəyə bildirmişdir. Qeyd olunan fakta dair o, Qıpçaq kənd ƏİD-dən və Fərdi Baytarlıq həkimdən arayış almışdır. Lakin cavabdeh orqan bunu nəzərə almamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, həmin iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir.

1. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. X12 uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil edir. Qanunun 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzədə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili Agentlik tərəfindən keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı (bundan sonra - Qərar) ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 3.3-cü bəndinə uyğun olaraq Agentlik işsiz və işaxtaran şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir. Qaydanın 5.1-ci bəndinə əsasən işsiz və işaxtaran şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təşkil olunan təlimlərə cəlb olunurlar. Həmçinin, Qaydanın 5.3-cü bəndinə əsasən işsiz və işaxtaran şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir. Habelə, Qaydanın 6.1-ci bəndinə əsasən Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznesplanın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir.

2. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Qanun və Qaydada özünüməşğulluğa cəlb olunacaq şəxslərin seçilməsi və seçilmiş şəxslərin daha sonrakı mərhələlərdə iştirakı Agentlik tərəfindən müəyyən edilir. Bununla bağlı X9 Qərarı ilə 30 dekabr 2020-cil tarixli **********8 nömrəli “Özünüməşğulluğun təşkili ilə bağlı Təlimat - Prosedur” (bundan sonra - Təlimat) (əlavə olunur) və 18 avqust 2022-ci il tarixli **********1 nömrəli "Özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti üzrə uyğunluğunu müəyyən edən Meyarlar" (bundan sonra - Meyar) təsdiq edilmişdir (əlavə olunur). Sözügedən Təlimat və Meyara uyğun olaraq İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə şəraitin olub-olmamasını müəyyən etmək üçün X4 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilmiş, foto-video və ilkin monitorinq aktı tərtib olunmuşdur (əlavə olunur). Bu aktda iddiaçının faktiki yaşadığı ünvanda 2 (iki) baş camış, 1 (bir) baş camış balası və 8 (səkkiz) baş qoyun saxladığı qeyd edilmiş və iddiaçı öz imzası ilə bu faktı təsdiq etmişdir. Göründüyü kimi iddaçının tövləsində 2 (iki) baş camış, 1 (bir) baş camış balası və 8 (səkkiz) baş qoyunun olması Agentliyin “Özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti üzrə uyğunluğunu müəyyən edən meyarların təsdiq edilməsi barədə” 18 avqust 2022-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarların 2-ci hissəsinə əsasən şəxsə təqdim olunacaq əmlakın 1/3 hissəsi ilkin baxış zamanı aşkarlanarsa, bu şəxslərə özünüməşğulluq proqramı çərçivəsində aktivlərin verilməsindən imtina əsasıdır. Burda diqqət edilməli məqam ondan ibarətdir ki, Qanununa əsasən özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Hazırda mübahisə üzrə işin faktiki halları analiz edilərkən şəxsin artıq özünü işlə təmin etdiyi qənaətinə gəlmək olur. Belə olduğu halda şəxs yenidən əmlakın verilməsi qanunvericilik baxımından özünüməşğulluq proqramının məqsədlərinə xidmət etməməklə ziddir. Belə olan halda İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunması uyğun hesab edilməmişdir. Beləliklə, Qayda və Meyar tətbiq olunmaqla Agentlik tərəfindən İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə keçirilən biznes təlimlərə cəlb olunmaması barədə verilmiş qərar tam əsaslıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının xx.xx.2023-cü il tarixli Şəxsin özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmamasını müəyyən etmək üçün ilkin monitorinq Aktı, Qıpçaq kənd ƏİDdən və Fərdi Baytarlıq həkiminin xx.xx.2023-cü il tarixli arayışı, Qax rayonu İcra Hakimiyyəti Qıpçaq İƏD-nin 444 nömrəli arayışı, Cavabdeh xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cü il tarixli qərarları, xx.xx.2024-cü il tarixli məktubu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin Zaqatala rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin 30 iyul 2024-cü il tarixli məktubu, Qax rayon İcra Hakimiyyəti Qıpçaq kənd ƏİD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli məktubu, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin Qax rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin xx.xx.2024-cü il tarixli məktubu.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Cavabdeh orqan iddiaçının “Qoyunçuluq təsərrüfatı” biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunmasının məqsədə uyğun olmamasını X4 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən xx.xx.2023-cı il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilərkən həmin ünvanda özünüməşğulluğun təşkili üçün şəraitin olmamasının (2 baş camış və 1 balasının, 8 baş qoyunun mövcud olması) aşkar edilməsi, qeyd edilən halın Meyarın 2-ci hissəsi ilə ziddiyət təşkil etməsi ilə əsaslandırır. İstinad olunan “özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti uyğunluğunu müəyyən edən” Meyarların 2-ci bəndində şəxsə təqdim ediləcək əmlakın 1\3 hissəsindən artıq mövcud olması müraciətin təmin edilməsindən imtina əsası kimi müəyyən edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçıya məxsus olduğu bildirilən 2 baş camış və 1 balasının, 8 baş qoyun iddiaçıya yox, bacısı X6 məxsus olmuşdur. Belə ki, Qax rayon İcra Hakimiyyəti Qıpçaq kənd ƏİD üzrə nümayəndəliyinin məlumatları əsasında müəyyən edilmişdir ki, İddiaçı son illərdə özünə məxsus mal-qarası yoxdur, bacısı- məcburi köçkün Qaradolaq kənd ərazisndə fermada müvəqqəti məskunlaşan X5 təsərrüfatında 2023-cü ildə 15 (on beş) baş iribuynuzlu, 120 (yüz iyirmi) baş xırdabuynuzlu mal-qara olmuşdur. X10 Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin Qax rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin xx.xx.2024-cü il tarixli 3- 22.1.2.31/2-59/2024 nömrəli məktubu ilə müəyyən edilir ki, X6 məxsus mal-qaraya peyvəndləmə baytarlıq tədbirləri aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə iddiaçının faktiki yaşadığı ünvana ilkin baxış keçirilərkən həmin ünvanda aşkar edilmiş 2 baş camış və 1 balasının, 8 baş qoyun iddiaçıya məxsus olmadığından, cavabdeh orqan “Meyar”ların 2-ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə İddiaçı özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar