Məhkəmə qərarları › İş №2-1(116)-1352/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1352/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1352/2020 26.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X9rşı (üçüncü şəxs X5) “Yevlax rayon AİK-nın xx xxxx 1998-ci il tarixli, 32 saylı qərarı ilə X4 və X1 mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-008B saylı (kod 90107018) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yevlax rayon AİK-nın xx xxxx 1998-ci il tarixli, 32 saylı qərarı ilə X4 və X1 mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN- 008B saylı (kod 90107018) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunan JN-008F saylı (KOD 90107018) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Yevlax rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 32 saylı qərarı ilə X4 və X2 mülkiyyətinə 0,16 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmçinin iddia ərizəsinə əlavə olunan JN-008B saylı (KOD 90107018) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Yevlax rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 32 saylı qərarı ilə X4 və X2 mülkiyyətinə 0,08 ha həyatyanı torpaq sahəsi verilmişdir. Bundan başqa, JN-230 saylı (KOD 90107018) “Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Yevlax rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 32 saylı qərarı ilə X4 və digərlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 5,28 ha torpaq sahəsi verilmişdir. Şəhadətnamələrə diqqət etdikdə görünür ki, hər iki şəhadətnamə eyni şəxslərə, eyni qərarla verilmişdir. Şəhadətnamələrdə torpaq sahələrinin ölçüsü və şəhadətnamələrin nömrələri (F və B) fərqlidir. Aqrar islahat aparılan zaman bir şəxsə (bir ailəyə) yalnız bir yerdən torpaq sahəsi (yəni yalnız bir şəhadətnamə) verildiyi nəzərə alınsa onda asanlıqla deyilə bilər ki, ikinci şəhadətnamə (JN-008B) saxtadır. Həmin şəhadətnamədə qeyd olunan torpaq sahəsi isə iddiaçıya məxsusdur. İddiaçı bu səbəblə JN-008B kod 90107018 nömrəli Şəhadətnamənin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan sözügedən şəhadətnamənin ləğv edilməsinin onların səlahiyyətinə aid olmaması səbəbindən müraciətdən imtina etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçı öz tələbində dövlət tərəfindən verilmiş sənədləri əsassız qaydada saxta adlandırması və hər hansı normativ sənədə istinad etmədən X6 işinin əsassız şübhələr altına alması qanunvericiliyə ziddir. Cavabdeh orqan hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”lərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi onun doğma qardaşıdır. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 1130/2020 nömrəli Qərardadından müəyyən edilir ki, həmin iş üzrə də İddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, lakin cavabdeh orqana müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırdığı üçün ona yardım məktubu ünvanlanmışdır. Həmin iş üzrə iddiaçı yardım məktubuna tələb olunan müddət ərzində münasibət bildirmədiyi üçün iddia tələbinin mümkün sayılmaması barədə məhkəmə müvafiq Qərardad qəbul etmişdir. İş materiallarında olan JN-008F kod 90107018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.16 ha torpaq sahəsi Yevlax rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 32 saylı qərarına əsasən X4 və onun ailə üzvü olan X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-008B kod 90107018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi Yevlax rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 32 saylı qərarına əsasən X4 və onun ailə üzvü olan X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-2xx xxx 90107018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 5.28 ha torpaq sahəsi Yevlax rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 32 saylı qərarına əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayonu Qaramanlı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi iş üzrə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********84 nömrəli məktubu və ona əlavə edilmiş “Yevlax rayonunun Qaramanlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilmişdir ki, 0.24 ha torpaq sahəsi X4 və X1 mülkiyyətinə, 0.12 ha torpaq sahəsi isə iş üzrə İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AA seriyalı ******* nömrəli və AZE seriyalı 13124467 nömrəli şəxsiyyət vəsiqələrinin surəti, ******* və 156503 nömrəli “Doğum haqqında şəhadətnamə”lərin təsdiq edilmiş surətləri, cavabdehin xx.xx.2020-ci il tarixli **********18 nömrəli imtina məktubu, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1130/2020 nömrəli Qərardadı, JN-008F kod 90107018 nömrəli və JN-008B kod 90107018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin təsdiq edilmiş surətləri, JN-2xx xxx 90107018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surəti, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiq edilmiş surəti, “Yevlax rayonunun Qaramanlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-008F kod 90107018 nömrəli və JN-008B kod 90107018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surəti, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********84 nömrəli məktubu və ona əlavə edilmiş “Yevlax rayonunun Qaramanlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilmişdir ki, 0.24 ha torpaq sahəsi X4 və X1 mülkiyyətinə verilmişdir. İddia ərizəsindən müəyyən olunur ki, JN-008B kod 90107018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. İddiaçı tələbində şəhadətnamədə göstərilən torpaq sahəsinin ona məxsus olduğunu bildirməklə şəhadətnamənin ləğv edilməsini tələb edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ləğvi tələb olunan JN-008B kod 90107018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” qanuni əsaslarla tərtib olunduğu üçün cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir; 110.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün dövlət rüsumundan ibarət prosessual xərc iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X9rşı (üçüncü şəxs X5) “Yevlax rayon AİK-nın xx xxxx 1998-ci il tarixli, 32 saylı qərarı ilə X4 və X1 mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-008B saylı (kod 90107018) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar