Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1353/2020 20.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı2, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı "Qəbələ şəhəri H.Aslanov küçəsi bina 4 mənzil 1 ünvanında yerləşən mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 576 nömrəli sərəncamına əsasən, Qəbələ şəhəri Azadlıq (sonra H.Əliyev, hazırda isə H.Aslanov) küçəsi 4 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı X7 adına 1994cü ilin noyabr ayında "Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu" tərtib edilmişdir. X11 xx.xx.1996-cı ildə öz əmlakı ilə bağlı İddiaçı1 bacısı X4 xx.xx.1999cu ilədək etibarnamə vermişdir. Bundan başqa, o, həmin gün öz əmlakını X4 yazılı şəkildə vəsiyyət etmişdir. Daha sonra xx.xx.2014-cü ildə X9 özünə məxsus olan Qəbələ şəhəri Azadlıq küçəsi 4/1-də yerləşən 3 otaqlı mənzilini iddiaçılar İddiaçı1 və İddiaçı2 yazılı şəkildə vəsiyyət etmişdir. İddiaçı1 cavabdehə ərizə ilə müraciət edərək, Qəbələ şəhəri H.Əliyev küçəsində yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli məktubla qanunverilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim olunduqdan və dövlət rüsumu ödənildikdən sonra həmin daşınmaz əmlakın qeydiyyata alınmasının mümkün olduğunu bildirmişdir. İddiaçılar bununla razılaşmayaraq hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. İddiaçılar öz tələblərini belə əsaslandırmışlar ki, həmin mənzildən hazırda istifadə edirlər, lakin bugünədək mənzilə dair mülkiyyət sənədi ala bilməmişlər. Cavabdehin imtinasında qeyd olunan hüquq müəyyənedici sənədlər onlarda mövcud deyil. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********75 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. İddiaçı2 məhkəmə iclasında verdiyi izahatda bildirdi ki, onların ailəsi göstərilən mənzili 1996-cı ildə X8 pul ödəməklə faktiki satın almış, lakin düzgün sənədləşdirmə aparmamışlar. X11 xx.xx.1996-cı ildə onun X3na 3 illik etibarnamə və vəsiyyətnamə verərək ölkədən köçüb getmiş və hazırda onun olduğu yer məlum deyil. Sonra xx.xx.2014-cü ildə X3 həmin mənzil ilə bağlı ona və anasına vəsiyyətnamə vermişdir. X3 hazırda sağdır. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Göründüyü kimi, mübahisəyə inzibati məhkəmələr tərəfindən o halda baxıla bilər ki, bu mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlmiş olsun. Hazırkı işdən görünür ki, əslində, iddiaçılarla cavabdeh arasında heç bir mübahisə yoxdur. İddiaçıların hüquqi marağı sözügedən mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından ibarət olduğu halda, onların bu hüququnun yaranmasına əsas verən hər hansı sənəd yoxdur. İddiaçılar mənzilə hüquqlarının mülki hüquqi əqdlər əsasında yarandığını iddia edirlər, lakin bu əqdlər hazırda mənzilə iddiaçıların hüququnun qeydiyyata alınması üçün kifayət etmir. Belə olan halda, onlar mənzilin mülkiyyətçisi ilə aralarında olan mülki hüquqi münasibətləri qaydaya salmalı, bu mümkün olmadıqda isə ümumi məhkəmələr vasitəsilə mübahisəni həll etməlidirlər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, sadalanan hallara görə hazırkı iddianın inzibati icraat çərçivəsində həlli yoxdur, bu səbəbdən də iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı "Qəbələ şəhəri H.Aslanov küçəsi bina 4 mənzil 1 ünvanında yerləşən mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1353/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1353/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver