Məhkəmə qərarları › İş №2-1(116)-1354/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1354/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1354/2020 13.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5rşı “mərhum anası X2 məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə - tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum anası X2 məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə - tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli arayışına əsasən İsmayıllı rayon Əhən kənd İƏD-si üzrə RİHB-nin nümayəndəliyinin (XDS) Qoydan kəndi üzrə 1943-1944-cü illərin təsərrüfatbaşına kitabında mərhum anası X1 ailə başçısı olmaqla həyətyanı torpaq sahəsi 0550 ha və yaşayış evinin tikintisi 1934-cü il qeyd edilmişdir. İddiaçı anasından qalan miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmişdir. İddiaçının anası X3 xx.xx.1973-cü ildə vəfat etmiş və mərhumun yegənə vərəsəsi İddiaçıdur. Bununla bağlı DƏDRX-nin İsmayıllı rayon şöbəsinə İsmayıllı rayon Notariat ofisi xx.xx.2019-cu il tarixli, 1096 nömrəli məktubla məlumat vermişdir. İddiaçı tələbində qeyd etdiyi torpaq sahəsi və əmlaka dair qeydiyyat vərəqəsinin verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6 İsmayıllı rayon şöbəsinə müraciət etmişdir. Şöbənin əməkdaşları iddiaçının iştirakı ilə torpaq sahəsinin yerləşdiyi ərazinin yerquruluşu planını işləmişlər. Lakin Qoydan bələdiyyəsi, İsmayıllı RİH-nin Əhən İƏD üzrə nümayəndəsi və İsmayıllı RİH-nin Memarlıq və Tikinti şöbəsi yerquruluşu planını imza etməkdən imtina etmişdir. İddiaçıya xx xxxxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, ərizəsində iddia tələbi dəqiq ifadə olunmamış, torpaq sahəsi və evə dair hansı hüququn qeydə alınması müəyyən olunmur. Həmçinin, məhkəməyə təqdim edilmiş iddia ərizəsi tərəfindən imzalanmamışdır. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün iddiaçıya 5 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi yardım məktubu xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçı tərəfindən imzalanaraq alınmışdır. Lakin iddiaçı tələb olunan müddət ərzində məktuba münasibət bildirməmiş, dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-ci bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-ci bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-ci bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-ci bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5rşı “mərhum anası X2 məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə - tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar