Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1360/2023 30.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İsmayıllı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının göndərişinə əsasən iddiaçıya ümumi xəstəlikdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi : Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının göndərişinə əsasən iddiaçıya ümumi xəstəlikdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 2015-ci ilin avqust ayında avtoqəza nəticəsində aldığı xəsarətlərə görə Bakı Baş Səhiyyə İdarəsinin “Klinik tibbi mərkəzi”ndə müalicə olunmuş və həmin tibb müəssisənin verdiyi ambulator, stasionar xəstənin tibb kartasından 6604 saylı çıxarışa və İsmayıllı rayon mərkəzi xəstəxanası İsmayıllı rayon poliklinikasının həkim məsləhət komissiyasının rəyinə əsasən ona müalicədən sonra “Kəllənin və üz sümüklərinin sınığının nəticələri, sol gicgah sümüyünün kəllə əsasından keçən, sol almacıq sümüyünün qövsünün yerdəyişməmiş sınığından sonrakı vəziyyət (T90.2). Postkontuzion sindrom, posttravmatik ensefalopatiya, kəskin təzahür edən astenevrotik sindrom, soltərəfli hemoparez (F07.2) və Kəllə daxili travmaların nəticələri, sağ gicgah nahiyyəsinin intirazparenenumatozu, sol gocgah payının epidural hemotomasından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Aldığı trvmalardan sonrakı vəziyyəti getdikcə kəskinləşmişdir. İsmayıllı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyası (HMK) tərəfindən 2022-ci ilin iyun və noyabr aylarında, habelə 2023-cü ilin yanvar ayında müayinə olunaraq əlillik dərəcəsinin müəyyən olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına elektron göndəriş verilmişdir. Hər üç halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) müayinədən keçirilmiş, sənədlər araşdırılmış və ona əlilliyin təyinindən əsassız olaraq imtina verilmişdir. İmtinaya səbəb kimi “yanlış və natamam doldurulma, habelə xəstənin aktiv sürücülük vəsiqəsinin olmasının diaqnozla uyğunsuzluğu qeyd edilmişdir. Sonuncu dəfə sürücülük vəsiqəsi deaktiv edilsə də, yenidən əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın .... Diaqnozun mətni Keçirilmiş açıq kəllə beyin tranması. Sağ gicgah nahiyyəsinin intraparenximatoz. Sol gicgah payının epidural hematoması. Baş beyinin travma xəstəliyi kəskin təzahür edən asteno-nevrotik sindrom. " Meyar: imtina edilir..” İmtina edilmənin əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında əsasında baxılmış, "Səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın .... Diaqnozun mətni Keçirilmiş müştərək açıq kəllə beyin travmasından (sağ gicgah,gicgah təpə paylarında intraparenximatoz və subdural hematomadan) sonrakı vəziyyət. Postravmatik ensefalopatiya.episindromla.Soltərəfli hemiparez.Kəllədaxili hipertenziya...” “Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-cı il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın .... Diaqnozun mətni Kəllədaxili travmaların nəticələri, Keçirilmiş açıq kəllə beyin travması.Beyin əzilməsindən sonrakı vəziyyət.postravmatik ensefalopatiya.Kəllədaxili hipertenziya Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu.Yaddaş və intellektin enməsi ilə dekompensasiyalarla.” "Meyar: İmtina edilir..” İmtina edilmənin əsas səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-xəstənin aktiv sürücülük vəsiqəsinin olması diaqnozla uyğun deyil, səbəbi ilə imtina verilmişdir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi Diaqnozun mətni Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu intellektin enməsi ilə Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu intellektin enməsi ilə.” “Meyar: İmtina edilir.." İmtina edilmənin əsas səbəbi Göndərişin natamam doldurulması - Səbəb: TSER Alt sistemə səhiyyə müəsissəsi tərəfindən yerləşdirilən F88 -də , dioqnozun təsdiqi üçün aparılan köməkçi dioqnostik müyinələr tam aparılmayıb., səbəbi ilə imtina verilmişdir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi Diaqnozun mətni Üzvi mənşəli şəxsiyyət pozuntusu, Kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu intellektin enməsi ilə. Kəllədaxili travmaların nəticələri.” “Meyar: İmtina edilir..” İmtina edilmənin əsas səbəbi Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin adına aktiv sürücülük vəsiqəsi var.Dəqiqləşdirilsin... səbəbi ilə imtina verilmişdir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi Diaqnozun mətni Dəqiqləşdirilməmiş ensefalopatiya, Posttravmatik ensefalopatiya Əsas diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş açıq kəllə beyin travması.Beyin əzilməsindən sonrakı vəziyyət.postravmatik ensefalopatiya.(2015) " “Meyar: İmtina edilir..’ İmtina edilmənin əsas səbəbi Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin aktiv sürücülük vəsiqəsinin olması diaqnozla uyğun deyil.... səbəbi ilə imtina verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" X3 xx.xx.2022-ci il tarixli 03-02-237/2022 nömrəli məktubundan görünür ki, İsmayııllı rayon Xəlilli kəndində yaşayan xx.xx.1968-ci il təvəllüdlü Babayev X2 RMX-nın Poliklinika şöbəsinin “Ruhi - Əsəb” kabinetində xx.xx.2015-cil tarixindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. Həmin məktuba əlavə olunmuş 0264003AAEEN nömrəli göndərişdə aşağıdakılar qeyd olunmuşdur: a) əsas diaqnoz T90.2-kəllənin və üz sümüklərinin sınığının nəticələri, sol gicgah sümüyünün kəllə əsasından keçən, sol almacıq sümüyünün, qüvsünün yerdəyişməmiş sınığından sonrakı vəziyyət; b) F07.2 Postkontuzion sindrom, posttravmatikensefalopatiya kəskintəzahür edən istenonevrutik sindırom.sol tərəfli hemaparez, T90.5 Kəllədaxili travmaların nəticələri, sağ gicgah nahiyyəsininin trazparenimatozu. sol gicgah payının epiduralhemotomasından sonrakı vəziyyət. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: kəllədaxili travmaların nəticələri, keçirilmiş açıq kəllə beyin travması. Beyin əzilməsindən sonrakı vəziyyət.postravmatik ensefalopatiya.Kəllədaxili hipertenziya, Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu. Yaddaş və intellektin enməsi ilə dekompensasiyalarla, İmtina səbəbi: Göndərişin natamam doldurulması. Səbəb: keyfiyyətsiz doldurulma-xəstənin aktiv sürücülük vəsiqəsinin olması diaqnozla uyğun deyil. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: əsas diaqnoz F07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu, kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu intellektin enməsi ilə ağırlaşma F07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu, kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu intellektin enməsi ilə. İmtina səbəbi: Göndərişin natamam doldurulması. Səbəb: TSER Alt sistemə səhiyyə müəssisəsi tərəfindən yerləşdirilən F88-də, diaqnozun təsdiqi üçün aparılan köməkçi diaqnostik müayinələr tam aparılmayıb. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu intellektin enməsi ilə. Kəllədaxili travmaların nəticələri İmtina səbəbi: Göndərişin natamam doldurulması. Səbəb: Xəstənin adına aktiv sürücülük vəsiqəsi var. Dəqiqləşdirilsin. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya Əsas diaqnoz T90.5 kəllədaxili travmaların nəticələri, keçirilmiş açıq kəllə beyin travması. Beyin əzilməsindən sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. İmtina səbəbi: Göndərişin natamam doldurulması. Səbəb: Xəstənin aktiv sürücülük vəsiqəsinin olması diaqnozl uyğun deyil. - "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" X3 göndərişindən görünür ki, iddiaçı barəsində “ağırlaşma-F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, ağırlaşma-G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya, əsas diaqnoz T90.5 kəllədaxili travmaların nəticələri, keçirilmiş açıq kəllə beyin travması. Beyin əzilməsindən sonrakı vəziyyət.” Qeydləri icra edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinasını “Göndərişin natamam doldurulması, keyfiyyətsiz doldurulma, dioqnozun təsdiqi üçün aparılan köməkçi dioqnostik müyinələrin tam aparılmaması, xəstənin adına aktiv sürücülük vəsiqəsinin mövcudluğu və dəqiqləşdirilməli olması” ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın – 2.4-cü bəndinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.7-ci bəndinə görə, TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir; 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-cı il tarixli göndərişinə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin üzərinə xx.xx.1968-ci il tarixdə doğulmuş İddiaçı barəsində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-cı il tarixdə tərtib etdiyi göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1360/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1360/2023
30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver