Məhkəmə qərarları › İş №2-1(116)-1362/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1362/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1362/2024 29.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X24 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X7, X1 və X8 iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər – X12, X13, Xəlfətova (Pirayeva) Samilə Bayram qızı, Xəlfətova (Mülayimova) Vüsalə Bayram qızı, X9 inzibati məhkəmə icraatına cəlb olunmaqla) qarşı «torpaq sahələrinin ölçülərək koordinatlarının müəyyən edilməsi, planı və ölçüsünün verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: Təsviri hissə : İddiaçılar İddiaçı və qeyriləri Şəki Rayon Məhkəməsində cavabdeh Şəki Rayon Aqrar İslahat Komissiyasına (bundan sonra – AİK) qarşı «torpaq islahatı ilə əlaqədar xüsusi mülkiyyətə verilmiş Şəki rayonu Aşağı Göynük kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpası, torpaqdan istifadə edə bilməmələri nəticəsində dəymiş ziyanın tutulması» tələbini irəli sürərək iddia qaldırmışlar. Həmin işin icraatında cavabdeh Şəki Rayon AİK iddiaçılar İddiaçı və digərlərinə qarşı «torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız sayılması» tələbini irəli sürərək qarşılıqlı iddia qaldırmışdır. Şəki Rayon Məhkəməsinin 2-61/2005 saylı iş üzrə 16 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və digərlərinin iddiası təmin edilməmiş, cavabdeh Şəki Rayon AİK-nın qarşılıqlı iddiası təmin edilərək, həmin Komissiyanın 29 avqust 2000-ci il tarixli 8 saylı qərarı (iclas protokolu) ilə Şəki rayonunun Aşağı Göynük kənd sakinləri X3 adına verilmiş JN-0116, X2 adına verilmiş JN-0117, X4 adına verilmiş JN-0118, X5 adına verilmiş JN-0119, İddiaçı adına verilmiş JN-0490, X10 adına verilmiş JN-0491, X6 adına verilmiş JN-0492 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları qüvvədən düşmüş hesab edilmiş, X16, X17 və X11 və onların ailə üzvlərinin pay torpaqları verilərkən JN-0490, JN-0491 və JN-0492 nömrəli nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında göstərilən kateqoriyadan olması və hər ailəyə düşəcək payın bir yerdən verilməsi islahat komissiyasına tapşırılmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, AİK-nın 29 avqust 2000-ci il tarixli 08 nömrəli qərarı ilə ona və ailə üzvlərinə cizgidə göstərilən sərhəd daxilində 2,97 ha kənd təsərrüfatı mallarının istehsalı üçün torpaq sahəsi ayrılmış, ona JN-0490, KOD 40404018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Ona ayrılmış 2,97 ha torpaq sahəsi 1,0153 ha, 1,53 ha və 0,2289 ha ölçülərlə olmaqla üç ayrı-ayrı ərazidə (planşetdə) yerləşmişdir. Həmin sahələrdən 0,2289 ha ölçüdə olan torpağa plan-ölçü sənədi tərtib olunmuş və reyestrdən çıxarış verilmişdir. Lakin dəfələrlə müraciət etsə də, digər iki hissə olan torpaq sahəsinə dair hüququn qeydiyyata alınması haqqında çıxarış və plan-ölçü sənədi verilməsindən imtina olunmuşdur. Ona və ailə üzvlərinə verilən Dövlət Aktı qüvvədədir çıxarışa bərabər sayılan hüquqmüəyyənedici sənəddir. Qeyd olunanlara əsaslanaraq, həmin 1,0153 ha və 1,53 ha ölçüdə həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi xahiş olunur. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 14 dekabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış müayinə ölçü işləri zamanı torpaq sahəsi sənəd üzrə 1,0153 ha olsa da, faktiki olaraq sənəd üzrə torpaq sahəsindən az olduğu müəyyən edildiyindən, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin yazılı razılığı əsasında yol verildiyindən və razılıq ərizəsi təqdim edilmədiyindən, həmçinin ərizədə sənəd üzrə olan 1,53 ha torpaq sahəsinin yararsız olduğunu əsas gətirməklə onun (ərzəçinin) istifadəsində olmayan, digər şəxsin istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsi tələb olunduğundan və ərazidə mübahisə olduğundan ərizənin icrasından imtina olunmuşdur. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı JN-0490, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Şəki Rayon AİK-in 29 avqust 2000-ci il tarixli 08 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 1,0153 ha və 1,53 ha torpaq sahələrinin müasir ölçü əlati (GPS) vasitəsilə ölçülərək həmin sahələrin müəyyənləşdirilmiş faktiki koordinatlarının müəyyən edilməsi, həmin sahələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbini irəli sürmüşdür. Məhkəmənin 29 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçının ailə üzvləri X12, X13, Xəlfətova (Pirayeva) Samilə Bayram qızı, Xəlfətova (Mülayimova) Vüsalə Bayram qızı və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İddiaçı mövqeyini belə əsaslandırır ki, Şəki Rayon AİK-nın 29 avqust 2000-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı mallarının istehsalı məqsədilə ona və ailə üzvlərinə verilmiş 2,97 ha torpaq sahəsi JN-0490, KOD 40404018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmiş və bu barədə müvafiq kitabda qeydiyyat aparılmışdır. Ümumilikdə 2,97 ha ölçüdə və üç hissədən ibarət olan sahənin 0,1923 ha hissəsi üzərində onun (iddiaçının) hüququ qeydiyyata alınaraq reyestrdən çıxarış verilmiş, lakin qalan 1,0153 ha və 1,53 ha torpaq sahələri barədə reyestrdən çıxarış və plan-ölçü sənədi alınmamışdır. AİK-in qərarı ilə ona verilmiş torpaq sahəsindən başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində istifadə edə bilmir. Dövlət Aktı qüvvədədir və ona ayrılmış 1,0153 ha və 1,53 ha ölçüdə torpaq sahələrinə dair reyestrdən çıxarış və plan-ölçü sənədi verilməlidir. İddiaçı həmin məsələ ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh imtina cavabı vermişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddia ilə bağlı məhkəməyə imtina məktubu ilə eyni məzmunda yazılı münasibət təqdim etmişdir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilsə də, üçüncü şəxslər Xəlfətova (Pirayeva) Samilə Bayram qızı və Xəlfətova (Mülayimova) Vüsalə Bayram qızı və cavabdeh tərəf iclasa gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın onların iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etdi və qeyd etdi ki, Rayon Məhkəməsinin 16 sentyabr 2005-ci il tarixli qətnaməsinin icrası üzrə onun adına torpaq sahəsinin rəsmiləşdirilməsi aparılmamışdır. Əvvəllər ona verilmiş torpaq sahəsi isə, hazırda başqalarının istifadəsindədir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X12, X9 və X13 iddianın əsaslı olduğunu bildirdilər. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan və müvafiq daşınmaz əmlak Şəki rayonu (rayonun Aşağı Göynük kəndi) ərazisində yerləşdiyindən, mübahisəyə həmin rayon üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə mərzçəkmə işləri – kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir, 2.3.3-cü yarımbəndinə görə isə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçının arzuladığı hal ona və ailə üzvlərinə Şəki Rayon AİK-nın 29 avqust 2000-ci il tarixli 08 nömrəli qərarı ilə ayrılmış və JN-0490, KOD 40404018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmiş torpaq sahələrinin yerinin müəyyən edilməsi və plan-ölçü sənədinin verilməsindən ibarətdir. Hansı ki, Şəki Rayon Məhkəməsinin 2-61/2005 saylı iş üzrə 16 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə həmin JN-0490 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı qüvvədən düşmüş hesab edilmiş və İddiaçı və ailə üzvlərinin pay torpaqları verilərkən JN-0490 dövlət aktında göstərilən kateqoriyadan olması və hər ailəyə düşəcək payın bir yerdən verilməsi islahat komissiyasına tapşırılmışdır. Sözügedən qətnamə qanuni qüvvəyə minmiş, lakin icrası çərçivəsində hazırkı iddiaçıya və ailə üzvlərinə Şəki Rayon AİK tərəfindən sonradan torpaq sahəsinin ayrılmasının rəsmiləşdirilməsi başa çatdırılmamışdır. Belə hal nəticə yaradır ki, iddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsinə dair müvafiq dövlət aktı qüvvədən düşmüşdür və Aqrar İslahat Komissiyası tərəfindən yeni torpaq sahəsi ayrılmamışdır. Yəni iddiaçının konkret hansısa torpaq sahəsinə hüququ yaranmış olmur. Odur ki, iddianın “torpaq sahələrinin ölçülərək koordinatlarının müəyyən edilməsi” hissəsi üzrə onu qaldırmaq üçün iddiaçının subyektiv hüququ mövcud deyil. Odur ki, iddia həmin hissədə mümkünsüzdür. İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddianın iddiaçının müraciətinə (müraciət hüququn qeydiyyatı barədə olmuşdur) uyğunlaşdırmaqla dəyişdirilməsinin ona tövsiyə edilməsini də məhkəmə iddiaçının subyektiv hüququnun olmaması səbəbindən məqsədəuyğun saymır. İddianın ikinci hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, mövcud qanunvericilik “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üzrə icraat çərçivəsində nəzərdə tutur. Halbuki, iddiaçının hansısa torpaq sahəsinə hüququnun qeydiyyatı aparıla bilməz. Bu hissədə də iddiaya baxıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahələrinin ölçülərək koordinatlarının müəyyən edilməsi, planı və ölçüsünün verilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X25

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar