Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1367/2024 26.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, üçüncü şəxs X7, üçüncü şəxs X1, cavabdehin nümayəndəsi X5, mütəxəssis X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X2 Yevlax rayonu Aran qəsəbəsində 1.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun təsbit edildiyi **********58 reyestr nömrəli çıxarışın ləğv edilməsi və JN 0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ona və ailə üzvlərinə verilmiş 5.58 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair-faktiki istifadəsində olan sahə hüdudlarında (plan-cizgi sənədində faktiki istifadəsində olan sahə göstərilməklə) hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Yevlax rayonu Aran qəsəbəsində 1.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun təsbit edildiyi **********58 reyestr nömrəli çıxarışın ləğv edilməsi və JN 0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ona və ailə üzvlərinə verilmiş 5.58 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair-faktiki istifadəsində olan sahə hüdudlarında (plan-cizgi sənədində faktiki istifadəsində olan sahə göstərilməklə) hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1367/2024 saylı qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1367/2024 saylı qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinə əsasən, Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001- ci il tarixli 57 saylı qərarı ilə iddiaçı və ailə üzvülərinə Yevlax rayonu Aran qəsəbəsində xx.xx.2001- ci il tarixdə 5.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verlmişdir. Qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüquqları JN 0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə təsbit edilmişdir. Hazırda JN 0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında iddiaçı və ailə üzvülərinə verilmiş 5.58 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair - faktiki istifadəsində olan sahə hüdudlarında (göstərilmək şərtilə) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi əldə etmək istəyir. Lakin, faktiki istifadəsində olan torpaq sahəsinin 1.07 ha hissəsi rəsmi sənədlə X4 verilmişdir. Səlimə Talıbovanın qeyd edilən 1.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququ **********58 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Odur ki, hesab edir ki, X2 Yevlax rayonu Aran qəsəbəsində 1.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun təsbit edildiyi **********58 reyestr nömrəli çıxarışın ləğv edilməli və JN 0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında iddiaçı və ailə üzvülərinə verilmiş 5.58 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair -faktiki istifadəsində olan sahə hüdudlarında plan - cizgi sənədində faktiki istifadədə olan sahə göstərilməklə), hüquq larin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilməlidir. Odur ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etdi. Cavabdeh müraciətə xx.xx.2023-cü il tarixli qeyri-müəyyən cavab məktubu göndərmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 5.58 ha torpaq sahəsi ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN- 0298 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmişdir. Məlumat üçün bildiririk ki, Yevlax rayonu, Aran bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluqlar mövcuddur. Uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X9 X14nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalan’na eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X9 X14nin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər PlanTna uyğun olaraq Yevlax rayonu, Aran bələdiyyəsini əhatə edən (“X9 X14"ndə olan) xəritə hazırlanmışdır. Bildiririk ki, Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən, JN-0298 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt’ı ilə mülkiyyətə verimiş pay torpaq sahələri Yevlax rayonu, Aran qəsəbəsi ərazisində uçot işləri aparılan zaman naturada istifadəçilik vəziyyətinə uyğun işlənmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mütəxəssis təqdim edilən rəyə əsasən verilən suallara aydınlıq gətirdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. JN-0298 KOD 90100016 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 57 saylı qərarı ilə X15 və ailə üzvlərinə 5.58 ha torpaq sahəsi verilmişdir.
3. JN-0299 KOD 90100016 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 57 saylı qərarı ilə X6 və X10 1.25 ha torpaq sahəsi verilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3- 60/2-277/2024 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, Yevlax rayonu Aran qəsəbəsi üzrə torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, İddiaçı adı qeyd edilmişdir.
5. 2015009165 qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu Aran qəsəbədində yerləşən 1.2499 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-3925/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, JN-0298 nömrəli Dövlət Aktinın və SəliməTalıbovanın adına qeydə alınmış 1.25 ha torpaq sahəsinə dair **********58 reyestr nömrəli çıxarışın DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti barədə müqayisəli sxem təqdim edilir. Sözügedən ərazidə DWJ və TEKUİS bazası eynilik təşkil edir və **********58 reyestr nömrəli çıxarış TEKUİS əsasında verilmişdir. Cavab. JN-0298 nömrəli Dövlət Aktının TEKUİS əsasən mülkiyyətçisi İddiaçı və ailə üzviləri. Torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin (kənd təsərrüfatına yararlı torpaq), faktiki sahəsi 5.58 ha təşkil edir. Digər subyektlərə məxsus torpaq sahəsi ilə üstüstə düşüb-düşmür. Torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti JN-0298 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətinə uyğun deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin konfiqurasiyası ilə JN-0298 nömrəli Dövlət Aktının konfiqurasiyası arasında fərq (sahə ölçüləri) vardır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi X8 və ailə üzvləri, təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin (kənd təsərrüfatına yararlı torpaq), faktiki sahəsi 1.25 ha təşkil edir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-4064/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinƏ əlavədə qeyd olunur ki, JN-0298 nömrəli Dövlət aktının və Səlimə Talıbovanın adına qeydə alınmış 1.2499 ha torpaq sahəsinə dair **********58 reyestr nömrəli DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. **********58 reyestr nömrəli çıxarış Yevlax rayonu Aran bələdiyyəsinin “X9 X14”ndəki xəritəsinə əsasən verilmişdir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu Aran bələdiyyəsinin “X9 X14”ndəki xəritəsinə əsasən, JN- 0298 nömrəli Dövlət Aktı ilə qeydə alınmış torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası - əkin (kənd təsərrüfatına yararlı), mülkiyyətçisi - İddiaçı və ailə üzvləridir. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmə halı yoxdur. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti JN-0298 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının (DWG məlumat bazasında) yerləşmə vəziyyətinə uyğun deyil. Mövcud uyğunsuzluğ tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən 1.2499 ha hissəsi **********58 reyestr nömrəli çıxarışla X3 mülkiyyətə verilmiş torpaq sahəsində, qalan hissəsi isə iddiaçıya məxsus JN-0298 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının üzərində yerləşir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. **********58 reyestr nömrəli çıxarışla X3 mülkiyyətə verilmiş torpaq sahəsi 1.2499 ha-dır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-4839/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədə qeyd olunur ki, İddiaçının naturada göstərdiyi və iddia edilən torpaq sahəsinin faktiki ölçüsü 5.83 ha təşkil edir. JN-0298 nömrəli Dövlət Aktinın TEKUİS bazasında yerləşmə vəziyyəti rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. JN-0298 nömrəli Dövlət Aktinın DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti arasında fərq barədə məlumatlar rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə JN-0298 nömrəli Dövlət Aktinın TEKUİS bazasında yerləşmə vəziyyəti arasında konfiqurasiya fərqi (sahə və həndəsi ölçüləri arasında ) vardır. SəliməTalıbovanın adına qeydə alınmış 1.25 ha torpaq sahəsinə dair **********58 reyestr nömrəli çıxarışin koordinatları TEKUİS-ə əsasən JN-0298 nömrəli Dövlət Aktinın koordinatları ilə üst-üstə düşmür. SəliməTalıbovanın adına qeydə alınmış 1.25 ha torpaq sahəsinə dair **********58 reyestr nömrəli çıxarışin koordinatları TEKUİS-ə əsasən JN-0299 nömrəli Dövlət Aktinın koordinatları ilə üst-üstə düşür.
Əsaslandırma hissəsi:
Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.İddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı X3 Yevlax rayonu Aran qəsəbəsində 1.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair qeydiyyatın,onun rəsmiləşdirildiyi **********58 reyestr nömrəli çıxarışın ləğv edilməsi və JN 0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ona və ailə üzvlərinə verilmiş 5.58 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq Dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən ibarətdir. İddiaçı həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə qanunsuz olaraq verildiyini, bu baxımdan da çıxarışın ləğvini tələb edir. Hazırkı iddia ərizəsinə əsasən iddia tələbi iki hissədən ibarətdir :
1. Yevlax rayonu Aran qəsəbəsində yerləşən 1.07 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququna dair qeydiyyatın,onun rəsmiləşdirildiyi **********58 reyestr nömrəli çıxarışın ləğv edilməsi;
2. Həmin torpaq sahəsinin bir hissəsinin üst-üstdə düşdüyü iddia olunan JN 0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş 5.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq Dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi; İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən mübahisələndirilən çıxarışa münasibətdə cavabdeh inzibati orqanın faktiki hərəkəti araşdırılmışdır.Müəyyən edilmişdir ki,iddiaçının istifadə etdiyi torpaq sahəsinin ölçüsü 5.83 ha təşkil edir.Bu JN 0298 saylı saylı Dövlət aktı əsasında ona və ailə üzvlərinə verilmiş 5.58 ha torpaq sahəsindən artıqdır. Digər tərəfdən üşüncü şəxs SəliməTalıbovanın adına qeydə alınmış 1.25 ha torpaq sahəsinə dair **********58 reyestr nömrəli çıxarışı TEKUİS-ə əsasən JN-0299 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşür. Göründüyü kimi üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alındığı mübahisələndirilən çıxarış ona verilən ilkin hüquqmüəyyənedici sənədin yeri ilə eynilik təşkil edir.Yəni,cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinə dair verilmiş çıxarış qanuni əsaslarla verildiyindən ləğvi tələbi əsassızdır.. İddiaçı JN 0298 saylı saylı Dövlət aktı əsasında ona və ailə üzvlərinə verilmiş 5,58 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair-faktiki istifadəsində olan sahə hüdudlarında (plan-cizgi sənədində faktiki istifadəsində olan sahə göstərilməklə) daxilində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir ki,bu tələbdə əsassızdır.Belə ki,istifadə olunan torpaq sahəsi ilə mülkiyyətə verilmiş torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Təqdim edilən rəyfən görünür ki,iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən 1.2499 ha hissəsi **********58 reyestr nömrəli çıxarışla X3 mülkiyyətə verilmiş torpaq sahəsində, qalan hissəsi isə iddiaçıya məxsus JN-0298 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının üzərində yerləşir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia əssasızdır və təmin olunmamalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki, üçüncü şəxsə məxsus çıxarış ilkin hüquqmüəyyənedici sənədə əsasən düzgün tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı :
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X2 Yevlax rayonu Aran qəsəbəsində 1.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun təsbit edildiyi **********58 reyestr nömrəli çıxarışın ləğv edilməsi və JN 0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ona və ailə üzvlərinə verilmiş 5.58 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair-faktiki istifadəsində olan sahə hüdudlarında (plan-cizgi sənədində faktiki istifadəsində olan sahə göstərilməklə) hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə