Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-137/2020 23.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********726200 nömrəli vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” tələbinə dair işə açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC -nin rəhbəri X2 cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********520400 nömrəli vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən 4-cü rüb 2018-ci ilin sadələşdirilmiş vergisi üzrə təqdim edilmiş cari vergi bəyannaməsində vergi və ya sığorta haqqı 0 manat göstərilmişdir. 11 saylı X3 İddiaçı MMC-yə aşkar edilmiş kənarlaşma barədə məktub göndərərək bildirmişdir ki, 2019-cu ilin 5 ayı ərzində 32114,01 manat dəyərində elektron qaimə faktura təqdim edilməsinə baxmayaraq bəyannamə məlumatlarına əsasən dövriyyə əks etdirilməmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixli **********520400 nömrəli vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə qərarla 34964,87 manat əlavə vergi hesablanmışdır. İddiaçı məhkəməyə xx.xx.2019-cu il tarixdə ərizə göndərərək bildirmişdir ki, cavabdeh orqan yeni xx.xx.2019-cu il tarixli **********726200 nömrəli Qərar qəbul etmiş və bu səbəblə də köhnə xx.xx.2019-cu il tarixli **********520400 nömrəli Qərar ləğv edilmişdir. Ona görə də iddia tələbində dəqiqləşmə apararaq "11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********726200 nömrəli vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya göndərilən xx xxxx 2020-ci il tarixdə yardım məktubuna iş üzrə cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2019-cu il tarixli **********978900 nömrəli etirazın surəti rəsmi münasibət bildirilməsi üçün əlavə edilmişdir. Həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən yeni qərar qəbul edilmişdir. Həmin qərarın surəti iddiaçıya göndərilərək iddia tələbinin dəyişdirilməsi təklif edilmişdir. İş materiallarında olan xəbərnamələrdən göründüyü kimi yardım məktubu iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Lakin yardım məktubunu əldə əldə etməsindən 4 aydan çox müddət keçməsinə baxmayaraq məktuba münasibət bildirilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İddiaçı sonuncu dəfə cavabdeh orqanın xx.xx.2019-cu il tarixli **********726200 nömrəli Qərarını mübahisələndirmiş və bu barədə məhkəməyə ərizə ünvanlamışdır. Lakin iş materiallarına əlavə edilən Qərarın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının tələbində qeyd etdiyi xx.xx.2019-cu il tarixli **********726200 nömrəli Qərar cavabdeh orqan tərəfindən ləğv edilmiş və xx.xx.2020-ci il tarixli **********932000 nömrəli Qərar qəbul edilmişdir. Hətta bu Qərar da sonuncu olmamış və cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********723100 nömrəli yeni Qərar qəbul edilmiş və sonuncu qərar ləğv edilmişdir. İş materiallarında olan məktubdan da göründüyü kimi məhkəmə iddiaçıya tələbində müvafiq dəyişiklər etməyi təklif etsə də, iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, şərh olunan halların hər biri iddianın mümkünlüyünə dair tələblərə aid olmaqla onların birinin mövcudluğu iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmənin bununla bağlı iddiaçıya müraciəti nəticəsiz qaldığından məhkəmə hesab edir ki, ləğvi tələb olunan qərar cavabdeh tərəfindən ləğv edildiyi üçün iddia mümkün sayılmamalı, iddiaçıya şərh olunan halları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********726200 nömrəli vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-137/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-137/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver