Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-137/2022 05.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı övladları xx.xx.2005-ci il təvəllüdlü X18 və xx.xx.2007-ci il təvəllüdlü X19 ilə bərabər ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu ünvana mərhum həyat yoldaşı X9 ilə 2004-cü ildə ailə həyatı qurduqdan sonra gəlin köçmüş və həmin evin bir otağında hazırda dünyasını dəyişmiş qaynanası, digər otağında isə mərhum həyat yoldaşı Mehman və övladların ilə bərabər yaşamışdır. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra 2009-cu ilin payızında səhhətilə əlaqədar xüsusi qulluğa ehtiyacı olduğu üçün, həm də mərhum ərinin qonşuluqda yaşayan, ruhi xəstə olan əmisinin davranışlarından ehtiyatlandığı üçün qardaşı X7 yaşadığı ünvan 2 ünvanında yerləşən ata evinə köçmüşdür. 2010-cu ildə mərhum ərinin uzun illər Rusiya Fedarasiyasında yaşamış qardaşı X12 Azərbaycan Respublikasına geri dönmüş və evə daxil olaraq həmin evdə yaşamağa başlamış və iddiaçının həmin evə geri dönməsinə mane olmuşdur. Həmin vaxtdan aralarında mübahisələr başlamış və hazırda da mübahisələr davam etməkdədir. Aralarında mübahisələr davam etdiyi dövrdə X3 yollarla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli Çıxarış almışdır. İddiaçı hesab edir ki, çıxarış qanunsuz yolla əldə edildiyi üçün ləğv edilməlidir. Bu səbəblə hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Hazırkı iddianı qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, mübahisələndirilən çıxarışın faktiki olaraq qüvvədə olması iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı müvafiq tələblərinin irəli sürülməsinə məhdudiyyət yaratmaqla, onun mülki hüquqlarının yerinə yetirilməsinə maneə törədir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********63 nömrəli imtina məktubunda qeyd etmişdir ki, X8 Zərdab şəhəri, S.Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakının dövlət reyestrində rəsmiləşdirilərək elektron çıxarış və daşınmaz əmlakın texniki pasportu verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********93 nömrəli etiraz məktubunda qeyd emtişdir ki, X5 mülkiyyət hüququ 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən **********13 reyestr nömrəli çıxarış və Zərdab RİH Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz əsasında aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrind müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs X15 iddia tələbinə dair etirazını xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ərizədə qeyd olunmuşdur ki, mərhum həyat yoldaşı X16 ilə 22 ildir ki, bir yerdə yaşayır. Onlar ailədə üç uşaq olmaqla, iki qardaş, bir bacı olmuşlar. Ataları 1978-ci ildə dünyasını dəyişib. Anaları 1991-ci ildə qaynı Mehmana Bakı şəhərində ev almışdır. 1991-ci ildə Mehman anası ilə birlikdə Bakı şəhərinə köçmüş və orada qeydiyyata düşmüşdür. Qaynı Mehman 1991-ci ildə Bakı şəhərində aldığı evdə qeydiyyatda olmuşdur. Mehman İddiaçı ilə 2004-cü ildə ailə qurmuşdur. 2006-cı ildə anaları, 2008-ci ildə isə Mehman dünyalarını dəyişmişlər. Mehman dünyasını dəyişdikdən sonra, 2009-cu ildə İddiaçı heç kimin icazəsi olmadan, heç bir sənəd olmadan qeyri-qanuni olaraq evə, yəni S.Mehdiyev küçəsi dalan 1, ev 2 ünvanındakı evə qeydiyyata düşmüşdür. İddiaçı mərhum M.Cəfərovla 4 il evli olmuşlar. Bu 4 il müddətdə M.Cəfərov onu nə Bakıdakı, nə də burdakı evə qeydiyyata saİmamışdır. Hazırda ünvan 3 ünvanındakı ev rəsmi olaraq mərhum həyat yoldaşı X10 məxsusdur. Üçüncü şəxs Nadejda Lutsiuk ərizəsində iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-137/2022 nömrəli qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində iştirakına yenidən hüquqi qiymət verilmiş, o, üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Belə ki, mübahisəli əmlak sonuncu dəfə vərəsəlik haqqında şəhadətnamə əsasında N.Lutsiukun adında rəsmiləşdirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-137/2022 nömrəli qərardadı ilə iddia tələbi mübahisələndirilən çıxarışda qeyd olunan 0,03 ha torpaq sahəsinə dair hissədə mümkün sayılmamış və qərardadla iddiaçıya izah edilmişdir ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə həmin 0,03 ha torpaq sahəsinin Natiq Cəfərova satılmasına dair müvafiq bələdiyyə qərarını mübahisələndirməli, daha sonra isə çıxarışın ləğvini notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi ilə birlikdə tələb etməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək və fərdi yaşayış evinə münasibətdə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Zərdab rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 03 nömrəli məktubunda qeyd olunmuşdur ki, arxivdə mühafizə olunan 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitablara əsasən X20 təsərrüfatın başçısı, cəfərov Əlisahib Yusif oğlu isə təsərrüfatın üzvüdür. Məktuba əlavə olunmuş 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitablarından çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X9 və X2 Yusif Cəfər oğlunun təsərrüfatının üzüvləridir. Zərdab rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 297 nömrəli məktubuna əlavə olunmuş doğum akt qeydinin, ölüm akt qeydinin və nikah haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1963-cü ildə doğulmuş, İddiaçı ilə aralarında nikah bağlanmış, M.Cəfərov xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixli 1031 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında (indiki S.Mehdiyev küçəsi dalan 1 ev 1) qeydiyyatdadır, hazırda Zərdab şəhəri S.Abdullayev küçəsi 53 nömrəli evdə yaşayır və onun ailə üzvləri oğlu X18 və oğlu X14r. Həyat yoldaşı X9 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: A seriyalı 396719 nömrəli, xx.xx.2019-cu il tarixdə 16 saylı Ucar ərazi idarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi Zərdab bələdiyyəsinin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinə Zərdab bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 13 saylı qərarı, Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2018-ci il tarixli 27 nömrəl rəyi, DTXK-nın xx.xx.2019-cu il tarixli 985 nömrəli rəyi əsas olmuşdur. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çxıarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi Zərdab bələdiyyəsinin xüsusi mülkiyyəti kimi çıxarışla rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 8 ünvanında yerləşən 0,03 ha torpaq sahəsini X1. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi X5 xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmışdır. İş materiallarında olan Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2020-ci il tarixli 57 nömrəli arayışında qeyd olunur ki, ünvan 9 ünvanında yerləşən 1982-ci ildə tikilmiş, ümumi sahəsi 70.4 kv metr, yaşayış sahəsi 54,8 kv.metr olan fərdi yaşayış evi X5 istifadəsindədir. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi qırmızı, tənzimləmə xətlərini pozmur. Bu barədə rayon İcra Hakimiyyəti başçısı Aparatının memarlıq və tikinti şöbəsində qeydiyyat kitabında qeydə alınmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən yeraltı kabel, yüksək gərginlikli elektrik xətlər keçmir. Cavabdeh məhz qeyd olunan sənədlər əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301 reyestr nömrəli çıxarışla ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsini X5 xüsusi mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********36 nömrəli məktubunda qeyd olunur ki, X5 mülkiyyətində olmuş ünvan 6 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində 2V-497 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X6 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mübahisəli çıxarışda qeyd edilən fərdi yaşayış evinə münasibətdə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, hazırda mübahisələndirilən çıxarış fərdi yaşayış evinə münasibətdə ləvğ edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh 16 saylı Ucar ərazi idarəsi X5 fərdi yaşayış evinə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alan zaman qanunvericiliyinin tələblərini pozaraq “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin müddəalarını nəzərə almamış, Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2020-ci il tarixli 57 nömrəli arayışı əsasında ünvan 10 ünvanında yerləşən 1982-ci ildə tikilmiş, ümumi sahəsi 70.4 kv metr olan fərdi yaşayış evini X5 adına qeydə almışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən tələblərə zidd olaraq öz faktiki xarakterli hərəkətləri ilə mübahisəli fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnu N.Cəfərovun adına qeydə almaqla iddiaçının və digər hüquq sahiblərinin hüqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Mübahisələndirilən çıxarışın faktiki olaraq qüvvədə olması iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı müvafiq tələblərinin irəli sürülməsinə məhdudiyyət yaratmaqdadır. Odur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13- 10301 reyestr nömrəli çıxarış fərdi yaşayış evinə münasibətdə ləğv olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301 reyestr nömrəli çıxarışın ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evinə münasibətdə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-137/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-137/2022
05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver