Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1373/2025 17.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi İddiaçı iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nə qarşı “mülkiyyət hüququnun qeydə alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən alqı-satqı əqdi əsasında əldə etdiyi bərbərxana binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 17 saylı Yevlax ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddiaçı Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən alqı-satqı əqdi əsasında əldə etdiyi bərbərxana binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçı 05 sentyabr 1996-cı il tarixdə saat 12:00-da keçirilmiş Auksion protokolu ilə Yevlax rayonu Xaldan kəndində yerləşən (hazırda Yevlax rayonu Aşağı Bucaq adlandırılır) bərbərxana binasını 82,00 manat məbləğində satın almışdır.Həmin bərbərxana binasına dair müəssisənin (obyektin) 1389 nömrəli alqı-satqı müqaviləsi 10 sentyabr 1996-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri ilə bağlanmışdır. Hazırkı tələbə dair müraciəti xx.xx.2024-cü il tarixli məktubla cavablandıraraq bildirmişdir ki, Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən alqı-satqı əqdi əsasında əldə edilən bərbərxana binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizəyə baxılmış və imtina edilmişdir. Cavabdeh etirazında bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.1996-cı il tarixli, 1389 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi əsasında əldə etdiyi əmlak Yevlax rayonu Xaldan kəndində yerləşən "xxxx" X1 bərbərxanasını təşkil edir və firmaya məxsus arxiv materiallarında mövcud məlumatlara əsasən bina ümumi sahə 4.0 kv.m olmaqla taxta budka bərbərxana kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işləri aparılaraq elektron baza məlumatları yoxlanılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, qeyriyaşayış binası ümumi sahəsi 17.0 kv.m olmaqla 2007-ci il də mişar daşından inşa edilmiş bir mərtəbəli, bir otaqlıdır. Bina hal-hazırda meyvə və ərzaq məhsullarının satışı üçün istifadə edilir. Odur ki, sənəd üzrə olan məlumatlarla faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edimişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, tikili üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı bərbərxana üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır. İş materiallarına əsasən müəyyən edilir ki,iddiaçı 05 sentyabr 1996-cı il tarixdə keçirilmiş auksion protokolu ilə Yevlax rayonu Xaldan kəndində yerləşən bərbərxana binasını 82,00 manat məbləğində satın almışdır. Həmin binaya dair Yevlax XDS-in məktubundan görünür ki,bərbərxana binası əslində “köşk” tipli olmaqla əsaslı tikinti deyildir. Məhkəmə araşdırması zamanı mütəxəssis rəyi tələb edilmişdir.Rəydən görünür ki, imtina məktubunda qeyd olunan 4 kv.m sahəsi olan taxta “budka”nın yerləşdiyi torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyil. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.1996-cı il tarixli 1389 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi əsasında əldə edilmiş əmlak Yevlax rayonu Xaldan kəndində yerləşən "xxxx" X1 bərbərxanası kimi qeyd edilmiş və firmaya məxsus arxiv materiallarında ümumi sahəsi 4,0 kv.m olan taxta budka bərbərxana kimi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün aparılmış ölçmə və inventarlaşdırma işləri zamanı elektron məlumat bazası yoxlanılmışdır. Müayinə zamanı müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış binasının faktiki sahəsi 20,3 kv.m təşkil edir. Bu səbəbdən sənədlərdə göstərilən 4 kv.m ölçülü tikili ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan həmin tikilinin yerləşdiyi torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyil. Elektron məlumat bazasında mövcud olan və Yevlax rayonu Aşağı Bucaq bələdiyyəsinin “X2 X3”ndəki xəritəyə əsasən iddia olunan torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olub dövlət mülkiyyətində olan torpaq sahəsidir. İddia olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sahəsi 20,3 kv.m təşkil edir və həmin tikili 2007-ci ildə inşa edilmişdir. Göründüyü kimi hərrac qaydasına əldə olunan bərbərxana binası naturada mövcud deyildir.Bu baxımdan da hazırda qeydə alınması iddia olunan tikili tamamilə fərqlidir.Yəni,iddiaçı fərqli tikilini təqdim edərək hərrac vasitəsi ilə aldığı bərbərxana üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli rəyə əsasən tikinti aparılması məqsədəmüvafiq sayılmışdır.Lakin,həmin tikiliylə bağlı ilkin müraciət olmadığından iddiaçı yeni inzibati icraat qaydasında müraciət etməli və inzibati orqan tərəfindən həmin tikiliyə münasibətdə araşdırma aparılmalıdır. Məhkəmə iclasında iddiaçıya və onun vəkilinə İPM-in 13-cü maddəsinin tələblərinə əsasən hüquqi yardım qaydasında hazırkı iddia ərizəsinin mümkünlüyü ilə bağlı hüququ yardım edilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nə qarşı “Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən alqı-satqı əqdi əsasında əldə etdiyi bərbərxana binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1373/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1373/2025
17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver