Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-138/2023 26.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmrinin və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmrinin və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmışdır. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2014-cü il tarixdən etibarən müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. 2016-cı il aprel döyüşlərinin və N0-ci ildə Vətən müharibəsinin (44 günlük müharibənin sonunadək) iştirakçısı olmuşdur. 8 ildən artıq qüsursuz xidmət etmiş, rəhbərlik tərəfindən dəfələrlə “Təşəkkür" almışdır. İddia ərizəsinə əlavə etdiyi çavuş İddiaçı aid “Xidmət vərəqəsi”ndə göstərdikləri öz əksini geniş formada tapmışdır. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0160t xx.xx.2019-cu il tarixli əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. N0-ci il Vətən müharibəsindən əvvəl və sonra da hərbi təlimlərdə fəal iştirak etmişdir. N1-ci ilin may ayının 18-də xidmət etdiyi N saylı hərbi hissəsinin hərbi qulluqçuları, həmçinin iddiaçı da daxil olmaqla Müdafiə Nazirliyinin “Papanin” adlanan Hərbi Qospitalına narkotik tipli vasitələrdən istifadə edilib-edilməməsini müəyyən etmək üçün analiz nümunələri götürülməsi üçün göstəriş verilmişdir. İddiaçıdan və digər hərbi qulluqçulardan Hərbi qospitalda qan və digər analiz nümunələri götürülmüşdür. İddiaçıdan götürülmüş analiz nümanələri neqativ cavablandırılmış, yəni hər hansı narkotik mənşəli təsir edici vasitələrdən istifadə olunma müəyyən edilməmişdir. Belə analizlərin götürülməsinə iddiaçı etirazını bildirmişdir. Belə ki, o, heç bir vaxt narkotik vasitələrdən istifadə etməmişdir. N1-ci ilin noyabr ayının 26-da iddiaçı yenidən xidmət etdiyi N saylı hərbi hissəsinin hərbi qulluqçuları, həmçinin iddiaçı da daxil olmaqla Dövlət Təhlükəsizliyi Xidmətinin (Müdafiə Nazirliyinin Hərbi Qospitalına deyil) Hərbi qospitalına narkotik tipli vasitələrdən istifadə edilib-edilməməsini müəyyən etmək üçün analiz nümunələri götürülməsi üçün göstəriş verilmişdir. İddiaçı yenə də öz etirazını bildirmiş və etirazını belə əsaslandırmışdır ki, onun böyrəklərində narahatlıq var və müalicə götürür. Hərbi hissə komandanlığı tərəfindən xx.xx.N2-ci il tarixdə iddiaçıya bildirmişlər ki, analizin cavabları məlumdur, onun sidik və qan nümunəsində “marixuana” THC narkotik maddəsi aşkar edilmişdir. Bununla bağlı iddiaçı barəsində Şərəf məhkəməsi keçirilmişdir. İddiaçı şərəf məhkəməsində Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin sidik və qan nümunələrindən götürülmüş analizin “neqavit” cavabını, həmçinin xəstəliyi və müalicəsi ilə bağlı sənədləri təqdim etmiş və bildirmişdir ki, yəqin ki, DTX HTBİ Mərkəzi laboratoriyasının analizləri səhv salınmışdır. Lakin ona bildirilmişdir ki, o narkotik vasitədən istifadə etmişdir. İddiaçıya xx.xx.N2-ci il tarixdə bir aylıq məzuniyyət verilmiş, məzuniyyətdən xx.xx.N2-ci il tarixdə qayıtdıqdan sonra xidmətə davam etmişdir. Fevral ayının ortalarından etibarən onun müəyyən söhbətlər aparılmış və tərxis olunduğuna dair iddiaçıya xəbərdarlıq edilmişdir. İddiaçı məzuniyyətdə olduğu müddətdə, xx.xx.N2-ci il tarixdə onun barəsində aparılmış araşdırma ilə bağlı raport daxil olmuşdur. İddiaçı xidmətini xx.xx.N2-ci il tarixədək davam etdirmişdir. Həmin tarixdə, yəni xx.xx.N2-ci il tarixdə N saylı hərbi hissənin Şəxsi heyət uçot bölməsinin rəisinin köməkçisi, baş leytenant Sənan Əliyev iddiaçıya təyinat vərəqəsini təqdim edərək bildirmişdir ki, o, artıq ordudan tərxis olunmuşdur. İddiaçı təyinat vərəqəsini SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinə təqdim edərək qeydiyyata düşmüşdür. Bundan sonra iddiaçı işdən çıxarılmasına dair əmrin ona təqdim edilməsi üçün ərizə ilə müraciət etmiş, xx.xx.N2-ci il tarixdə N saylı hərbi hissə komandirinin N mart N2-ci il tarixli 87 nömrəli əmrindən çıxarışı almışdır. İddiaçı hesab edir ki, Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli əmrləri qanunsuz və əsassızdır və qeyd olunanlara əsasən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.N2-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, bildirilmişdir ki, iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi deyil, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya və iddiaçının nümayəndəsi və vəkilinə iddia ərizəsində və tələbin xahiş etdi hissəsində cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd olunmaqla iddia ərizəsinə dəqiqləşmə təqdim etmək təklif olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vaitəsilə xx.xx.N2-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin xahiş etdi hissəsində cavabdeh kimi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi” kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.N2-ci il tarixli, 2-1(116)-1282/N2 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh xx.xx.N2-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.N2-ci il tarixli, 7459 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı hərbi xidmətdə olduğu dövrdə 26 noyabr N1-ci il tarixdə narkotik tipli vasitələrdən istifadə edilibedilməməsini müəyyən etmək üçün ondan Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində analiz nümunələri götürülmüşdür. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi Laboratoriyasında 26 noyabr N1-ci il tarixdən 30 noyabr N1-ci il tarixədək İddiaçı götürülmüş nümunələr üzərində tədqiqat aparılmışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi Laboratoriya rəisinin xx.xx.N1-ci il tarixli mütəxəssis rəyinin nəticəsində çavuş İddiaçı sidik və qan nümunəsində marixuana (THC) narkotik maddəsi aşkar olunması göstərilmişdir. N nömrəli hərbi hissənin komandanlığı çavuş İddiaçı sidik və qan nümunələrində marixuana (THC) narkotik maddəsi aşkar edilməsi barədə yazılı məlumat aldıqdan sonra İddiaçı hərbi qulluqçuların şərəf məhkəməsində dinləməyə çıxarılmışdır. Şərəf məhkəməsində çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxılmasına dair qərar qəbul olunmuş və bununla əlaqədar yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Bundan sonra Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmri ilə çavuş İddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır. Bundan əlavə çavuş İddiaçı qan və sidik nümunələrinin tədqiqatı nəticəsində marixuana (THC) narkotik maddəsinin aşkar olunduğu üçün N nömrəli hərbi hissədə fakt üzrə xidməti araşdırma təyin olunmuşdur. Toplanmış material prosessual qərar qəbul olunması üçün hərbi hissənin təhqiqatçısı, ədliyyə baş leytenantı Təbriz Adıyeva tapşırılmışdır. Təhqiqat araşdırması zamanı İddiaçı saxlancda saxlanılan qan və sidik nümunələri təkrar prosessual qərarla ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə tapşırılmışdır. xx.xx.N2-ci il tarixli, 1194 nömrəli ekspert rəyində görünür ki. İddiaçı Kannabinoiddən istifadə etmə halı olduğu göstərilmişdir. 10 iyun N2-ci il tarixdə N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu çavuş İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Prosessual qərar Tərtər hərbi prokurorluğunda öyrənilərək qanuni qüvvədə saxlanılmışdır. Odur ki, göstərilən fakt Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığına, nizam-intizamına mənfi təsir göstərir. Narkotik vasitələrdən və psixotrop maddələrdən isitifadə edən şəxs Ordu sıralarında xidmət edə bilməz. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı tərəfindən əmrin mübahisələndirilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddətin ötürüldüyü müəyyən edilməmişdir. Məhkəmə aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Cavabdehin etiraz məktubuna əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli təqdimatında qeyd olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, N nömrəli hərbi hissə, səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücüelektriki, xx.xx.N0-ci il tarixdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunur. Təqdimatda həmçinin qeyd olunur ki, Narkotik maddə istifadəçisi olmasından şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya mərkəzinə müayinə olunması üçün göndərilmiş və dövriyyəsi qadağan olan narkotik maddə istifadə etməsi aşkarlanmışdır. Narkotik maddə istifadəçisi olduğuna görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı barəsində komandanlıq tərəfindən “Xidməti uyğunzuluğa görə” ehtiyata buraxılması üçün qərar qəbul edilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş söhbət vərəqəsindən görünür ki, həm birinci söhbətdə, həmçinin ikinci söhbətdə iddiaçı narkotik maddələrin istifadəçisi olmadığını və buna qarşı etiraz etdiyini bildirmişdir. Birinci söhbətdə iddiaçı ilkin analizin cavabının negativ gəldiyini, ikinci dəfə yenidən yoxlanılması üçün DTX-nin qospitalına müayinəyə göndərilməsinə etiraz etdiyini qeyd etmişdir. İkinci söhbətdə iddiaçı ilkin analizin nəticəsini yenidən təqdim etmiş və araşdırma aparılmasını xahiş etmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş 1721 nömrəli arayışdan görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 444 nömrəli göndərişi ilə xx.xx.N2-ci ildə N nömrəli hərbi hissənin qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: “sol böyrəyin kiçik ölçülü (3 və 4 mm) mikrolitləri, vegetativ damar distoniyası. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Mingəçevir regional hospitalının xx.xx.N2-ci il tarixli rəyindən görünür ki, iddiaçının analizində marixuana aşkar edilməmiş və nəticə “negativ” olmuşdur. Cavabdehin etiraz məktubuna əlavə olunmuş DTX-nin Hərbi-tibb baş idarəsinin xx.xx.N1-ci il tarixli, rəyində qeyd olunur ki, şöbəyə tədqiqat üçün təqdim olunan İddiaçı məxsus 30 ml sidik və 2 ml qan nümunəsinin tərkibi geniş şəkildə araşdırılmışdır. “CLİA WAİVED” ekspress test metodu ilə şəxsin sidik nümunəsinin analizi zamanı marixuana (THC) narkotik qrupuna qarşı pozitiv nəticə vermişdir. Yekun rəy: “LCMS-8030 cihazının xromotoqrafik analizinin nəticəsinə əsasən müayinə olunan sidik və qan nümunəsində marixuana (THC) narkotik maddəsi aşkar edilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Daxili Təhlükəsizlik İdarəsinin N nömrəli hərbi hissənin komandirinə ünvanladığı 7/1357 nömrəli, xx.xx.N1-ci il tarixli məktubunda qeyd olunur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçuların narkotik vasitələrdən istifadə etmələrinə dair Daxili Təhlükəsizlik İdarəsinə daxil olmuş məlumat müvafiq qaydada araşdırılmışdır. Araşdırma çərçivəsində MAHHXHQ əsgər İddiaçı Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Mərkəzində qan və sidik nümunələri götürülərək, məhkəmə-kimyəvi tədqiqatı aparılmışdır. Ekspertiza nəticəsində İddiaçı qan və sidik nümunələrinin tərkibində THC (marixuana) aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq müvafiq tədbirlərin görülməsinə və nəticələri barədə Daxili Təhlükəsizlik İdarəsinə məlumat verilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Cavabdehin etiraz məktubuna əlavə olunmuş iddiaçının şərəf məhkəməsinin xx.xx.N2-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışda qeyd olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı məhkəmədə çıxışında qeyd etmişdir ki, Daxili Təhlükəsizlik İdarəsinə daxil olmuş məktubda göstərilən analizin cavabının nəticələri ilə razılaşmır. Heç bir narkotik vasitələrdən istifadə etmədiyini məhkəmə iştirakçılarına bildirmişdir. Çıxışında bildirdi ki, mülki xəstəxanada həkimlərin məsləhəti ilə səhhətində yaranan problemlərlə bağlı iki ilə yaxındır ki, psixoloji dərmanlardan istifadə edərək müalicə alır. Ona göstərilən iradlarla razılaşmır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş iddiaçının şərəf məhkəməsinin xx.xx.N2-ci il tarixli, 1 nömrəli qərarından çıxarışda qeyd olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.N1ci il tarixli 7/1357 nömrəli məktubuna əsasən Məhkəmə Tibbi-Ekspertiza və X1 və sidik nümunələri götürülərək məhkəmə-kimyəvi tədqiqatı aparılmışdır. Müayinə nəticəsində qan və sidik nümunələrinin tərkibində marixuana (THC) maddəsi aşkarlandığını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təhqiqatçısının iddiaçı barəsində “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.N2-ci il tarixli 27 nömrəli qərarında qeyd olunur ki, araşdırma zamanı izahatı alınmış N nömrəli hərbi hissənin Səyyar rabitə qovşağının rəisi vəzifəsində xidmət edən kapitan Tahir İsmayılov izahatında çavuş İddiaçı ilə aralarında normal xidməti münasibətin olduğunu yə sonuncunun narkotik maddə qəbul etdiyinin şahidi olmadığını, İddiaçı narkotik maddə qəbul etdiyini narkotik vasitə və ya psixotrop maddə istifadə etməsi şübhəsi ilə bağlı analiz üçün ekspertizaya göndərildikdən sonra rəyinin müsbət gəldiyini öyrəndikdə sonuncunun narkotik maddədən istifadə etdiyindən xəbərinin olduğunu bildirmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.N1-ci il tarixli mütəxəssis rəyindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı məxsus 30 ml sidik və 2 ml qan nümunəsinin tərkibi geniş şəkildə araşdırılmışdır. "CLİA WAİVED" ekspress test metodu ilə şəxsin sidik nümunəsinin analizi zamanı marixuana (THC) narkotik qrupuna qarşı pozitiv nəticə verərək sidik və qan nümunəsində marixuana (THC) narkotik maddəsi aşkar edilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş, xx.xx.N2-ci il tarixli 1194 nömrəli ekspert rəyindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı Kannabinoiddən istifadə etmə halı olub. Hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı narkotik vasitədən istifadə etsə də, onun əməlində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə ətmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin tərkibi əlamətləri yoxdur. Odur ki, çavuş İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməlidir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.N2-ci il tarixli, 6(098)-04/N2 nömrəli qərarından görünür ki, İddiaçı onun barəsində “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.N2-ci il tarixli 27 nömrəli qərardan narazı qalaraq həmin qərarın ləğv olunması və yenidən araşdırma aparılması üçün təhqiqata göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi İddiaçı ərizəsində hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.N1ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.N2-ci il tarixli 1194 nömrəli ekspert rəyi özlüyündə ziddiyyətlidir, mötəbər hesab edilə bilməz və qərəzli verilmiş rəylərdir. Bəlkə də kiminsə analiz cavabı ilə səhv salınmışdır. Tərtər Hərbi Məhkəməsinin xx.xx.N2-ci il tarixli, 6(098)-04/N2 nömrəli qərarı ilə İddiaçı tərəfindən onun barəsində “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.N2-ci il tarixli 27 nömrəli qərarından verilmiş şikayət rədd edilmişdir. N nömrəli hərbi hissənin Səyyar rabitə qovşağının rəisi Tahir İsmayılovun İddiaçı barəsində tərtib etdiyi xidməti xasiyyətnamədə qeyd olunur ki, MAHHXHQ çavuş İddiaçı N nömrəli hərbi hissənin Səyyar komanda məntəqəsində xidmət etdiyi müddət ərzində özünü müsbət cəhətdən göstərmişdir. Öz xidməti vəzifələrini bilir və onları vicdanla yerinə yetirir. Xidmətə münasibətdə məsuliyyətlidir, xidmət ərzində nalayiq hərəkətlərə yol vermir və öz yoldaşlarını da pis vərdişlərdən yayındırır. Hərbi nizamnamələrin tələblərini bilir. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları dəqiq, vaxtında yerinə yetirir. Hərbi texnikanı dərindən mənimsəyir, geyim qaydasını pozmur, daim təmiz və səliqəli olmasına diqqət edir və ona tapşırılmış texnikanı saz, döyüşə hazır vəziyyətdə saxlayır. Hərb peşəsini sevir. Bilik və əməli vərdişlərini artırmaq üçün daima öz üzərində işləyir. Hərbi kollektiv arasında hörməti qənaətbəxşdir, ünsiyyətdə nəzakətlidir. Hərbi və dövlət sirlərini qorumağı bacarır. Fiziki cəhətdən sağlamdır. Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N2-ci il tarixli, 015əç nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrlə çavuş İddiaçı, 952-ci zenit raket briqadasının (N nömrəli hərbi hissə) səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 87 nömrəli nizami hissə üzrə əmrindən çıxarışda qeyd olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə taqımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 28 fevral N2-ci ıl tarixli, 015əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbəriik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə göndərilsin. Əmrdə onun tərtib olunmasına əsas olaraq Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanının 28 fevral N2-ci il tarixli, 015əç nömrəli əmri göstərilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ekspert komissiyası tərəfindən N nömrəli hərbi hissənin təhqiqatçısının xx.xx.N2-ci il tarixli qərarına əsasən aparılmış müayinənin nəticəsi olaraq tərtib edilmiş xx.xx.N2-ci il tarixli, 1194 nömrəli rəyində qeyd olunur ki, N nömrəii hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı Kannabinoiddən istifadə etmə halı olub. Halhazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.N2-ci il tarixli, xx/xx-16423 nömrəli məktubunda qeyd olunur ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün "Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, Sumqayıt Şəhər Narkoloji Dispanseri, Gəncə Şəhər Narkoloji Dispanseri, Mingəçevir Şəhər Narkoloji Dispanseri, Lənkəran Şəhər Narkoloji Xəstəxanası tibbi müayinə aparmaq səlahiyyətinə malik dövlət narkoloji tibb müəssisələridir. Tibbi müayinə həkim-narkoloq tərəfindən aparılır. “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, Sumqayıt Şəhər Narkoloji Dispanseri, Gəncə Şəhər Narkoloji Dispanseri, Mingəçevir Şəhər Narkoloji Dispanseri, Lənkəran Şəhər Narkoloji Xəstəxanası qanunvericiliyin tələbləri baxımından dövlət narkoloji tibb müəssisələri hesab olunur. Tibbi müayinənin nəticəsi "Ambulator Məcburi Narkoloji Tibbi Yoxlama”nın rəyi rəsmiləşdirilərək təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb Baş İdarəsinin mütəxəssis rəyi dövlət narkoloji tibb müəssisəsinin rəyini əvəz edə bilməz. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 161-İİQ nömrəli Qanununa əsasən: 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir; ... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; ... 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir... 14.1. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, narkoloji xəstəliklərin narkoloji sahədə qeyri-ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə narkoloji sahədə qeyri-ixtisaslaşdırılmış tibb müəssisələrinin nəzdində narkoloji bölmələrin yaradılması qadağandır. Hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. 14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirir... 20.1. İnsan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsu əsasında həyata keçirilir... 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməs” Qaydasına əsasən:
1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər.
2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır.
3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. ...
5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibb yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli isə işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibi yoxlama) keçməsi təmin olunmalıdır
6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə əsasən: I. Peşə növlərinin və vəzifələrin siyahısı ...10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr. İİ. Məhdudiyyətin müddəti Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 274-İVQ nömrəli Qanununa əsasən: 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Maddə 26. Hərbi qulluqçular və hərbi vəzifəlilər əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünür. 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); ... “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 nömrəli Qanununun 24-cü maddəsinə əsasən:
1. Hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər.
2. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi qulluqçular aşağıdakıları etməyə borcludurlar: Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq; Azərbaycan Respublikasına sadiq olmaq barəsində hərbi and içmək; Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının başqa qanunlarına ciddi əməl etmək, komandirlərin və rəislərin əmrlərini qeyd-şərtsiz yerinə yetirmək; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan başqa vəzifələri yerinə yetirmək.
3. hərbi qulluqçuların vəzifələri və bu vəzifələri yerinə yetirməsi qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri, habelə Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının qərarları əsasında qəbul olunmuş normativ aktlarla müəyyən edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ... b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; ... Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimata əsasən:
62. Əmr şərh və sərəncam hissələrindən ibarət olur (6 nömrəli əlavə). Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır.
63. Əmrin sərəncam hissəsi mətn dayandırılmadan “əmr edirəm” sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hər bənd struktur bölməsinin konkret icraçısının və ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır.
64. Əmrin mətni əlaqədar struktur bölmələri ilə, lazımi hallarda isə tabelikdə olan əlaqədar təşkilatlarla razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri imzalayan və tarix qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər. İddiaçının barəsində verilmiş xidmətdən ehtiyata buraxılmaya dair Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanının 28 fevral N2-ci il tarixli, 015əç nömrəli əmrində onun verilməsinə əsas qeyd olunmasa da, məhkəmə araşdırması ilə müəyyən olunur ki, əmrin əsasını iddiaçının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi Laboratoriyasında tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması təşkil etmişdir. Cavabdehin etiraz məktubuna və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, 28 fevral N2-ci il tarixli, 015əç nömrəli əmr verilərkən əsas olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi Laboratoriyasının xx.xx.N1-ci il tarixli mütəxəssis rəyinə istinad olunmuşdur. Həmin rəyə əsasən iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində marixuana (THC) aşkar edilmişdir. Beləliklə, aydınlaşdırılmalı olan ilk məsələ ondan ibarətdir ki, şəxsin narkoloji xəstə olduğu təsdiq olunmadığı halda belə, narkotik maddələrin qəbulu faktı özü-özlüyündə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma üçün yetərli əsas təşkil edirmi, digər tərəfdən cavabdeh inzibati orqan tərəfindən iddiaçının işdən çıxarılmasına əsas olmuş faktlar qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində prosedurlara əməl olunmaqla əldə edilmişdirmi? Məhkəmə qeyd edir ki, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində qeyd olunmuşdur ki, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Sözügedən müayinə həm də insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunmasını təmin etməyə yönəlmişdir. Qanunvericilikdə təsbit olunmuş bu imperativ tələb əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlət təhlükəsizliyinin müdafiəsi kimi legitim məqsədlərə xidmət edir. Məhkəmə hesab edir ki, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu halın özü həqiqi hərbi xidmətdən ehtiyata buraxılma (xidməti uyğunsuzluğa görə) üçün yetərli əsas ola bilər. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması halları qeyd olunmuşdur. Həmin maddənin 41.0.6-cı bəndində xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) olan hal ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas kimi göstərilmişdir. Qanunvericiliyin sadalanın normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu hərbi qulluqçunun nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda hərbi qullquçunun xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün “xidməti uyğunsuzluğuga görə” həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya əsas ola bilər. Lakin şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji iş üzrə xx.xx.N2-ci il tarixli 2- 1(102)784/N2 nömrəli qərarında göstərilən məsələyə münasibətdə hüquqi mövqeyi aşağıdakı şəkildə ifadə olunmuşdur: “...Qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Bu mənada, hazırkı işin hallarına münasibətdə qanunçuluq prinsipinin tələbləri baxımından şəxsin narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələri qəbul etməsi faktı həm qanunvericinin səlahiyyətləndirdiyi müvafiq orqan tərəfindən müəyyən olunmalı, həm də qeyd edilən faktın mövcudluğunu sözügedən orqan qanunun tələb etdiyi mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir... İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur - səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səbəb - inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib- edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. (“Vergi ödəyicilərirıin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cıil 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust N0-ci il tarixli Qərardadının 26 və 29-cu bəndləri)...” İşin hallarından müəyyən olunduğu kimi iddiaçı Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 28 fevral N2-ci il tarixli, 015əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən narkotik vasitələrin istifadəsi əsası ilə ehtiyata buraxıldığı zaman tibbi müayinədən "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş normanın tələblərinə görə keçirilməmişdir. Həmin norma təsbit edir ki, belə müayinə dövlət narkoloji tibb müəssisəsində keçirilməlidir. Sözügedən 23.4-cü maddədə şəxslərin belə müayinədən keçməsi qaydasının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi göstərilmiş, daha sonra “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə üç ay müddətində Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etmək tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti özünün 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasını təsdiq etmişdir. Sözügedən Qaydaların 1-3-cü bəndlərində də aşkar şəkildə təsbit edilmişdir ki, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Beləliklə, qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün keçirilməli olan tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər. Müvafiq olaraq yalnız belə müəssisələrin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmanın əsasını təşkil edə bilər. Başqa sözlə, yalnız həmin müəssisələrin müayinələrinin nəticələri qanunilik prinsipinə uyğun və inzibati aktın səbəb ünsürünün tələbləri baxımından əlverişli və yetərli əsas kimi qəbul edilə bilər. Məhkəmə araşdırması nəticəsində verilmiş sorğulara cavab olaraq əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb Baş İdarəsinin mütəxəssis rəyi dövlət narkoloji tibb müəssisəsinin rəyini əvəz edə bilməz. Belə ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin məhkəmənin sorğusuna xx.xx.N2-ci il tarixli, xx/xx-16423 nömrəli cavab məktubunda birbaşa olaraq qeyd olunmuşdur ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün "Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, Sumqayıt Şəhər Narkoloji Dispanseri, Gəncə Şəhər Narkoloji Dispanseri, Mingəçevir Şəhər Narkoloji Dispanseri, Lənkəran Şəhər Narkoloji Xəstəxanası tibbi müayinə aparmaq səlahiyyətinə malik dövlət narkoloji tibb müəssisələridir. Tibbi müayinə həkim-narkoloq tərəfindən aparılır. “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, Sumqayıt Şəhər Narkoloji Dispanseri, Gəncə Şəhər Narkoloji Dispanseri, Mingəçevir Şəhər Narkoloji Dispanseri, Lənkəran Şəhər Narkoloji Xəstəxanası qanunvericiliyin tələbləri baxımından dövlət narkoloji tibb müəssisələri hesab olunur. Tibbi müayinənin nəticəsi "Ambulator Məcburi Narkoloji Tibbi Yoxlama”nın rəyi rəsmiləşdirilərək təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb Baş İdarəsinin mütəxəssis rəyi dövlət narkoloji tibb müəssisəsinin rəyini əvəz edə bilməz. Cavabdeh tərəfindən məhz DTX Hərbi-tibb Baş İdarəsinin xx.xx.N1-ci il tarixli mütəxəssis rəyinə əsaslanılaraq Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N2-ci il tarixli, 015əç nömrəli əmri ilə iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərara alınmış, sonradan isə iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 87 nömrəli nizami hissə üzrə əmri ilə xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbəriik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə göndərilməsinə qərar verilmişdir. Cavabdeh tərəfindən öz mövqeyini əsaslandırmaq üçün mübahisəli xx.xx.N2-ci il tarixli 015əç nömrəli əmrin verilməsindən sonra əldə edilmiş Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin xx.xx.N2-ci il tarixli 1194 nömrəli rəyi məhkəməyə təqdim edilsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, həmin rəy məhz iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından sonra alınmış və onun alınması iddiaçıya münasibətdə başlanmış cinayət təqdibinin həyata keçirilməsi çərçivəsi ilə bağlı olmuş, iddiaçıya münasibətdə cinayət təqibinə bəraətverici əsasla xitam verilmişdir. Göstərilənlər əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mübahisəli əmrlərin qəbul edilməsi zamanı şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunması müxanizminə, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlarına riayət edilməmişdir. Digər tərəfdən cavabdeh tərəfindən iddiaçıya münasibətdə tərtib edilmiş əmr “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın tələblərinə cavab verməməklə, şərh hissəsinə malik deyildir. Məhkəmə işin hallarına yuxarıda göstərilən qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, cavabdeh qanunvericiliyin aşkar imperativ tələblərini pozmaqla iddiaçıya münasibətdlə mübahisələndirilən əmri qəbul edərək, onun hüquqlarına birbaşa müdaxilə etməklə iddiaçının konstitusion hüquqlarının pozulmasına və məhrumiyyətlərə məruz qalmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmrinin və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli, 87 nömrəli əmri ləğv edilsin. İddiaçı N nömrəli hərbi hissənin səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə.