Məhkəmə qərarları › İş №2-1(116)-1380/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1380/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1380/2020 04.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11051.38 manat vergi, maliyyə sanksiyası və faiz tutulması barədə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********156400 saylı Qərarının ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “11051.38 manat vergi, maliyyə sanksiyası və faiz tutulması barədə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********156400 saylı Qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin tələbin icraya yönəldilməsi haqqında xx xxxx 2020-ci il tarixli, **********156400 saylı Qərarı ilə əsas vergi üzrə 1103.42 manat, maliyyə sanksiyası üzrə 9390.30 manat, faiz üzrə 557.66 manat olmaqla 11051.38 manat borc ödənilmədiyinə görə icraya yönəldilmişdir. Qərardan o, xx xxxx 2020-ci ildə xəbərdar olmuşdur. Belə ki, borcla bağlı Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə dəvət olunarkən xəbərdar olmuşdur. Qərara əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli Vergi borcunun ödənilməsinə dair bildirişin məzmununda isə borcun hansı tarixdən yaranması barədə məlumat yoxdur. Hesab edir ki, onun borcu yoxdur. O, borcunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2020-ci il tarixli **********156400 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərarın məhkəmədə mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, hazırkı mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb vergi ödəyicisinin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi olmuşdur. Belə ki, vergi orqanının xx.xx.2019-cu il tarixli **********6230 nömrəli qərarına əsasən vergi ödəyicisində operativ vergi nəzarəti tədbiri keçirilmiş və həmin nəzarət tədbirinin nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********1819 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla vergi ödəyicisinə 9114,33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Sözügedən xx.xx.2020-ci il tarixli qərar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixdə **********936800 nömrəli müşayiətedici məktubla göndərilmiş və vergi ödəyicisi həmin qərarla xx.xx.2020-ci il tarixdə tanış olmuşdur. Bundan sonra, vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********397500 nömrəli borca dair bildiriş göndərilmiş, vergi ödəyicisi həmin bildirişlə xx.xx.2020-ci il tarixdə tanış olmuş, lakin borc məbləğini dövlət büdcəsinə ödəməmişdir. Daha sonra, vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********049400 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, vergi ödəyicisi həmin bildirişlə xx.xx.2020-ci il tarixdə tanış olmuş, lakin borc məbləğini yenədə dövlət büdcəsinə ödəməmişdir. Borc məbləğinin dövlət büdcəsinə tutulması məqsədi ilə növbəti prosedur olaraq vergi orqanı təfindən xx.xx.2020-ci il tarixli **********156400 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərar qəbul edilərək icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Eyni zamanda qəbul edilmiş həmin qərar vergi ödəyicisinə həm poçt, həm də eketron poçt vasitəsi ilə göndərilmiş və vergi ödəyicisi qeyd olunan qərarla xx.xx.2020-ci il tarixdə tanış olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; 1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli "Elektron sənəd mübadiləsi haqqında” müqaviləyə əsasən vergi ödəyicisinin vəzifəsi vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütamadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyənləşdirilmişdir Buna baxmayaraq, iddiaçı 30 gündən çox müddət keçdikdən sonra yəni mübahisələndirilən qərar onun elektron qutusuna göndərildildikdən 6 ay sonra məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərkən iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Həmçinin Məhkəmənin nəzərinə çatdırırıq ki, ilkin inzibati akt olan xx.xx.2020-ci il tarixli **********1819 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda vergi ödəyicisi tərəfindən hazırkı vaxtadək mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********673100 nömrəli vəsatətindən görünür ki, vergi orqanının xx.xx.2019-cu il tarixli **********6230 nömrəli qərarına əsasən vergi ödəyicisində operativ vergi nəzarəti tədbiri keçirilmiş və həmin nəzarət tədbirinin nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********1819 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla vergi ödəyicisinə 9114,33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Sözügedən xx.xx.2020-ci il tarixli qərar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixdə **********936800 nömrəli müşayiətedici məktubla göndərilmiş və vergi ödəyicisi həmin qərarla xx.xx.2020-ci il tarixdə tanış olmuşdur. Bundan sonra, vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********397500 nömrəli borca dair bildiriş göndərilmiş, vergi ödəyicisi həmin bildirişlə xx.xx.2020-ci il tarixdə tanış olmuş, lakin borc məbləğini dövlət büdcəsinə ödəməmişdir. Daha sonra, vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********049400 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, vergi ödəyicisi həmin bildirişlə xx.xx.2020-ci il tarixdə tanış olmuş, lakin borc məbləğini yenədə dövlət büdcəsinə ödəməmişdir. Borc məbləğinin dövlət büdcəsinə tutulması məqsədi ilə növbəti prosedur olaraq vergi orqanı təfindən xx.xx.2020-ci il tarixli **********156400 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərar qəbul edilərək icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Eyni zamanda qəbul edilmiş həmin qərar vergi ödəyicisinə həm poçt, həm də eketron poçt vasitəsi ilə göndərilmiş və vergi ödəyicisi qeyd olunan qərarla 24.030.2020-ci il tarixdə tanış olmuşdur. Buna baxmayaraq, iddiaçı 30 gündən çox müddət keçdikdən sonra yəni mübahisələndirilən qərar onun elektron qutusuna göndərildildikdən 6 ay sonra məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərkən iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Həmçinin, ilkin inzibati akt olan xx.xx.2020-ci il tarixli **********1819 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda vergi ödəyicisi tərəfindən hazırkı vaxtadək mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********936800 nömrəli Məsuliyyət qərarının və tələbinin göndərilməsi haqqında məktubundan görünür ki, maliyyə sanksiyasının qısa müddət ərzində büdcəyə ödənilməsinin təmin edilməsi iddiaçıya tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********5 nömrəli vergi borcunun ödənilməsinə dair Bildirişdən görünür ki, İddiaçı xx.xx.3030-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 11.028.49 manat borcunun olduğu bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********049400 nömrəli Xəbərdarlıqdan görünür ki, dövlət büdcəsinə olan vergi borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.6-cı və “İnzibati İcraat haqqında” Qanunun 82-ci maddələrinin müddəalarına əsasən vergi orqanının borc tələbinin icraya yönəldilməsi haqqında inzibati qərar qəbul etmək hüququna malik olduğu, dövlət büdcəsinə olan borcun məcburi qaydada alınması məqsədilə qanunverivciliklə müəyyən edilmiş qaydada icra orqanına müraciət ediləcəyi iddiaçının diqqətinə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********156400 nömrəli Tələbin icraya yönəldilməsi haqqında Qərarından görünür ki, 11051.38 manat borc məbləğinin İddiaçı məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Müqavilədən görünür ki, İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi arasında elektron sənəd mübadiləsi haqqında müqavilə bağlanmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qarşı “11051.38 manat vergi, maliyyə sanksiyası və faiz tutulması barədə xx xxxx 2020-ci il tarixli, **********156400 saylı Qərarından ən azından xx.xx.2020-ci ildən məlumatı olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsaəsn, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. Bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, təqdim edilmiş olsa belə yuxarıda qeyd olunan faktiki hallara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən istinad edilən ərizənin verilməsi əhəmiyyətsiz olardı. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11051.38 manat vergi, maliyyə sanksiyası və faiz tutulması barədə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********156400 saylı Qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar