Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1385/2020 03.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Yevlax rayon Salahı kənd Bələdiyyəsinə qarşı “Yevlax rayon Salahlı kənd Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 14 saylı Qərarının ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 cavabdeh Yevlax rayon Salahı kənd Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yevlax rayon Salahlı kənd Bələdiyyəsinin xx xxxxxxx 2019cu il tarixli, 14 saylı Qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildə anadan olmuşdur. Azərbaycanlıdır, Azərbaycan Respublikasının vətəndaşıdır. Tam orta təhsillidir. Ailəlidir. Yuxarıda göstərdiyi ünvanda qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanununun 3-cü maddəsinin 4-cü hissəsinə əsasən “Şəxsin yaşayış yerinin müəyyən olunması üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.” Ona görə də yaşayış yerindən arayış təqdim etmir. O, Yevlax rayon Salahlı kənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarına əsasən bələdiyyənin mülkiyyətində olan örüş torpaq sahəsindən 1,30 hektar heyvandarlıqla məşğul olmaq məqsədi ilə 30 il müddətinə icarəyə götürmüş və Salahlı kənd Bələdiyyəsi ilə bu barədə xx.xx.2004-cü il tarixli, 02 saylı torpaq icarəsi müqaviləsi bağlamışdır. Yevlax rayon Salahlı kənd Bələdiyyəsi xx.xx.2020-ci il tarixli, 061 saylı məktubla onunla bağlanmış torpaq icarəsi müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2019cu il tarixli, 14 saylı Qərarının surətini ona göndərmişdir. O, həmin qərarı qanunsuz inzibati akt kimi qiymətləndirərək həmin qərarın ləğv edilməsi tələbi ilə Salahlı kənd Bələdiyyəsinə inzibati şikayət göndərmişdir. Salahlı kənd Bələdiyyəsi xx.xx.2020-ci il tarixli, 072 saylı məktubla bu barədə məhkəməyə müraciət etməyini ona tövsiyə etmişdir. O, bu məktubu xx.xx.2020-ci ildə almışdır. Salahlı kənd Bələdiyyəsi qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 saylı Qərarına və Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2019-cu il tarixli, 5-M-127 saylı təklif məktubuna əsaslanmışdır. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı “Yevlax rayonu Salahlı kənd Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli 14 saylı qərarının ləğv edilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciəti ilə bağlı işin tam və obyektiv aparılması ücün Salahlı Bələdiyyəsi bildirir ki,bələdiyyə mülkiyyətinə aid 42.3 ha torpaq sahəsinin icarə müqavilələrinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Reqional Ədliyyə İdarəsi tərəfindən 28.10.20-ci il tarixli 5-M-127 saylı təklif məktubunda göstərilmiş Azərbaycan Respublikası Nazirlər Kabininetnin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş "orüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi" Qaydalarının 13-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan müəssələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiklə nəzərdə tutulmuş qaydada Daşınmış Əmlakın Dövlət Reystrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. Salahlı Bələdiyyəsi təklif məktubunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarını əldə rəhbər tutaraq xx xxxxxxx 2019-cu il tarixli 14 saylı iclas protokulu ilə müzakirəyə cıxararaq yuxarıda göstərilən 42.3 ha torpaq sahəsinin istifadəsi üçün bağlanmış icarə müqavilələrini qanunsuz hesab edərək ləğv etmişdir. Müqavilələrin ləğvi ilə əlaqədar icarəçilərə xx xxxxxx 2019-cu il tarixdə icarə müqaviləsi bitmiş bütün icarəçilərə məlumat verilmiş və həmin icarəçilərdən icarə müqaviləsi əsasında şəhadətnaməsi olan icarəçilərin şəhadətnaməsinin ləğvi barədə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 17 saylı X6 müraciət olunaraq ləğv edilmişdir. Həmin bildirişlərin rəsmi çatdırılma və xəbərnaməsi təqdim edə bilmirik amma məktubların qeydiyyat kitabında həmin tarixə vətəndaşlara göndərilmiş bildirişlər haqqında qeydiyyat aparılmışdır. Yeni bələdiyyə seçkilərindən sonra Həsənov X2 dəvət olunaraq onunla söhbət aparılmış həmin torpaq sahəsinin icarəyə götürülməsi ona yenidən təklif olunmuş və yenidən müqavilə bağlanması üçün ərizə ilə müraciət etmişdir. Lakin bir necə saat sonra həmin ərizəni geri götürərək getmişdir. Salahlı Bələdiyyəsi yenidən xx.xx.2020ci il tarixli 061 saylı məktubla ona həmin sahənin yenidən qanunvericiliyin tələblərinə uyğun icarə müqaviləsi bağlamaq ücün İddiaçı müraciət olunmuşdur və ona dəfələrlə Nazirlər Kabinetinin müvafiq qərarının Respublika üzrə bütün örüş otlaq sahələrindən istifadə edən icarəçilərə şamil edildiyini onun nəzərinə catdırmışdır. Lakin Həsənov X3 Bələdiyyəsinə həmin qərarın ləğv olunması ilə bağlı tələb irəli sürməkdə ısrarlıdır. Həmin torpaq sahəsi onun istifadəsindən alınmır sadəcə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən sənədləşdirilir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçı xx.xx.2020-ci il tarixli telegram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan Yevlax rayonu Salahlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli Qərarından və Torpaq sahəsinin icrarəyə verilməsi haqqında Müqavilədən görünür ki, Salahlı bələdiyyəsinin mülkiyyətində olan Salahlı kəndinin şərqində suvarma arxı ilə pay torpağı arasında yerləşən torpaq sahəsi 30 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Yevlax rayonu Salahlı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 061 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 15 mart tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi" Qaydalarının 13-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan müəssələrə yay qış otlaq sahələri qısa müddətli istifadəyə verildiyi, digər hüququ və fiziki şəxslərin icarəsinə isə 10 ildən 15 ilədək verildiyini iddiaçıya bildirmişdir. Salahlı kənd Bələdiyyəsi bu qanunu əldə əsas tutaraq xx xxxxxx 2019-cı il tarixli 14 saylı protokoluna əsasən icarəyə verilmiş torpaq sahəsinə aid icarə müqaviləsinə xitam verilmişdir. İcarəyə verilmiş torpaq sahəsinin hazırki qanunvericiliyin tələblərinə uyğun icarə müqaviləsi bağlamaq təklif olunmuşdur. Dəfələrlə müraciət olunmasına baxmayaraq iddiaçı müqavilə bağlamaqdan boyun qaçırmışdır. 10 qün müddətinə müqavilə bağlamaq üçün Salahlı Bələdiyyəsinə müraciət etməyi əks təqdirdə həmin torpaqdan imtina etmək kimi qbul edilib başqa kənd sakinlərinə təklif ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2019-cu il 30 oktyabr tarixində qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixində qərarın ləğv edilməsi üçün müraciət etmiş, cavabdeh orqan isə iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 72 nömrəli məktubla müraciəti cavablandırmışdır. İddiaçı həmin xx.xx.2020-ci il tarixli məktubunda bələdiyyənin xx.xx.2020-ci il tarixli 061 saylı məktubunu və mübahisəli qərarı aldığını qeyd etmişdir. Hazırkı iş üzrə mübahisələndirilən Qərarı iddiaçı ən azından xx.xx.2020-ci il tarixində almışdır. Buradan da göründüyü kimi iddiaçı sözügedən inzibati aktın qəbul edilməsindən xəbərdar olmuş, onu almış lakin o, qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, məhkəməyə xx.xx.2020-cu il tarixində poçt vasitəsi ilə müraciət etməklə (iddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəmənin dəftərxanasına daxil olmuşdur.) həmin aktı mübahisələndirmə imkanını itirmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Yevlax rayon Salahı kənd Bələdiyyəsinə qarşı “Yevlax rayon Salahlı kənd Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 14 saylı Qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1385/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1385/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver