Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1385/2023 20.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “X3 18 may 1981-ci il tarixdən 19 iyul 1983-cü il tarixədək Göyçay 9-nömrəli ixtisaslaşdırılmış montaj sahəsində işlədiyi müddətin, 01 avqust 1983-cü il tarixdən 01 aprel 1989-cu il tarixədək Ağdaş rayonlararası ixtisaslaşdırılmış montaj sahəsində qaynaqçı işlədiyi müddətin, 18 may 1989-cu ildən 10 dekabr 1990-cı il tarixədək 182 saylı Göyçay MTT X1ynaqçı işlədiyi müddətin, 13 dekabr 1990-cı il tarixdən 12 noyabr 1993-cü il tarixədək Göyçay “Kəndkimya” Birliyində qaynaqçı işlədiyi müddətin, 02 yanvar 1995-ci il tarixdən 06 iyul 2000-ci il tarixədək Göyçay “Kəndkimya” Birliyində qaynaqçı işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sığorta stajı kimi müəyyən edilərək sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “X3 18 may 1981-ci il tarixdən 19 iyul 1983-cü il tarixədək Göyçay 9-nömrəli ixtisaslaşdırılmış montaj sahəsində işlədiyi müddətin, 01 avqust 1983-cü il tarixdən 01 aprel 1989-cu il tarixədək Ağdaş rayonlararası ixtisaslaşdırılmış montaj sahəsində qaynaqçı işlədiyi müddətin, 18 may 1989-cu ildən 10 dekabr 1990-cı il tarixədək 182 saylı Göyçay MTT X1ynaqçı işlədiyi müddətin, 13 dekabr 1990-cı il tarixdən 12 noyabr 1993-cü il tarixədək Göyçay “Kəndkimya” Birliyində qaynaqçı işlədiyi müddətin, 02 yanvar 1995-ci il tarixdən 06 iyul 2000-ci il tarixədək Göyçay “Kəndkimya” Birliyində qaynaqçı işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sığorta stajı kimi müəyyən edilərək sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “X3 18 may 1981-ci il tarixdən 19 iyul 1983-cü il tarixədək Göyçay 9-nömrəli ixtisaslaşdırılmış montaj sahəsində işlədiyi müddətin, 01 avqust 1983-cü il tarixdən 01 aprel 1989-cu il tarixədək Ağdaş rayonlararası ixtisaslaşdırılmış montaj sahəsində qaynaqçı işlədiyi müddətin, 18 may 1989-cu ildən 10 dekabr 1990-cı il tarixədək 182 saylı Göyçay MTT X1ynaqçı işlədiyi müddətin, 13 dekabr 1990-cı il tarixdən 12 noyabr 1993-cü il tarixədək Göyçay “Kəndkimya” Birliyində qaynaqçı işlədiyi müddətin, 02 yanvar 1995-ci il tarixdən 06 iyul 2000-ci il tarixədək Göyçay “Kəndkimya” Birliyində qaynaqçı işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sığorta stajı kimi müəyyən edilərək sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1385/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1385/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver