Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1386/2022 28.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxslər X7 və X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “X4 adına qeydiyyata alınmış Qəbələ rayonu Hacıalılı kəndindəki 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın və A №248986, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adına qeydiyyata alınmış Qəbələ rayonu Hacıalılı kəndindəki 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın və A №248986, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayonu Hacıalılı kəndində iddiaçının mülkiyyətində 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, 55,5 kv.metr yaşayış sahəsi, 15,6 kv.metr yardımçı sahədən ibarət 71,1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 1 mərtəbəli, 45.15 kv.metr sahədən ibarət tövlə, 1 mərtəbəli, 42 kv.metr sahədən ibarət quraqlıq, 2,4 kv.metr sahədən ibarət ayaqyolu, 20,45 kv.metr sahədən ibarət hasar tikililəri olub. Həmin 0,16 ha torpaq sahəsi və üzərində yerləşən tikililər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2012-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Həmçinin Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən istifadəsində olan torpaq sahəsi ümumi olaraq 0,219 ha olmuşdur ki, 0,16 ha qeydiyyata alınmış torpaq sahəsi, 0,219 0,16=0,059 ha torpaq sahəsi isə zəbt torpaq olmuşdur. 2012-ci il tarixdə X10 Limanı tikilən zaman Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi ilə əlaqədar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikililər tikinti altına düşdüyündən 55400 (əlli beş min dörd yüz) manat kompensasiya ödənilməklə həmin torpaq sahəsi avtomobil yolunun tikintisi altına verilmişdir. Çıxarışla iddiaçıya məxsus torpaq sahəsinin hamısı iddiaçıdan alınmamış, təxminən 0,03 ha yaxın hissəsi mülkiyyətində qalmışdır. Bir müddət sonra iddiaçıda qalmış torpaq sahəsinə dair çıxarış almaqdan ötrü cavabdehə müraciət etdikdə, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,16 ha torpaq sahəsindən yol çəkilişi ilə bağlı layihəyə düşən torpaq sahəsi çıxıldıqdan sonra iddiaçının mülkiyyətində 0,01116 ha qaldığını və eyni zamanda Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatlarına əsasən iddiaçının istifadəsində 0,007839 ha torpaq sahəsinin qaldığını, həmin torpaq sahəsinin də bələdiyyə mülkiyyətinə aid olduğu bildirilmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,0148 ha torpaq sahəsi Hacıalılı bələdiyyəsi tərəfindən X1. Cavabdeh xx.xx.2022-ci il tarixli **********19 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi məsələ “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Təqdim edilmiş məhkəmə qərarlarının nəticə hissəsindən göründüyü kimi Qəbələ rayonu Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı üçüncü şəxs X4 adına qeydə alınmış çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, X9 tərəfindən qeyd olunan çıxarış əsasında həmin torpaq sahəsi başqa bir vətəndaşa notarial qaydada satılmış və həmin vətəndaşa dövlət reyestrindan çıxarış və plan-ölçü sənədi verilmiş, həmin vətandaş da yenidən notarial qaydada başqa bir vətəndaşla alqı-satqı etmiş və dövlət reyestrindan çıxarış və plan-ölçü sənədi verilmişdir. Qeyd olunan alqı-satqı müqavilələri və mülkiyyət sənədləri ləğv edilməmiş və hal-hazırda qüvvədədir. İmtina məktubunda iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli **********21 nömrəli etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli 2-1(116)-1386/2022 nömrəli qərardadları ilə X8 və X12 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: **********63-10301 reyestr nömrəli xx.xx.2012-ci il tarixdə cavabdeh tərəfindən tərtib olunmuş “Daşınmaz əmlakın texniki pasportu”nun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Hacıalılı kəndində, sənəd üzrə 0,16 ha, faktiki 0,219 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Hacallı kəndində 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş RX seriyalı ******* nömrəli xx.xx.2018ci il qeydiyyat tarixli **********75 reyestr nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,0148 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş A seriyalı 248986 nömrəli **********75 reyestr nömrəli xx.xx.2018-ci il tarixli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,0148 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Sənəddə qeyd olunur ki, plan-ölçü Qəbələ rayonu Hacallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı əsasında tərtib olunmuşdur. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Qəbələ rayonu Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, həmin qərarla 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə X1. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-108/2021 nömrəli qərarından görünür ki, həmin qərarla İddiaçı cavabdeh Qəbələ rayon Hacıalılı bələdiyyəsinə qarşı “mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X2 barədə Qəbələ rayon Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Qəbələ rayon Hacıalılı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı X4 adına olan RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-108/2021 nömrəli qərarından cavabdeh Qəbələ rayonu Hacıalılı bələdiyyəsi və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-394/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-108/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-394/2021 nömrəli qərarından X8 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 242/2022 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-394/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçınıın üçüncü şəxsə münasibətdə daha əvvəl tərtib edilmiş və ona məxsus hüququ təsdiq etmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsindən ibarət tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iş üzrə üçüncü şəxs X6 bələdiyyə tərəfindən satılmış torpaq sahəsinə dair bələdiyyə qərarı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qismən, yəni X4 adına olan RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Odur ki, həmin qərar əsasında tərtib olunmuş Qəbələ rayonu Hacıalılı kəndindəki 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış və A №248986, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri də ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X4 adına qeydiyyata alınmış Qəbələ rayonu Hacıalılı kəndindəki 0,0148 ha torpaq sahəsinə dair **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın və A №248986, **********75 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1386/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1386/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver