Məhkəmə qərarları › İş №2-1(116)-1387/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1387/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1387/2020 27.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdeh qarşı "adına olan Mingəçevir şəhər "Şəfa" kollektiv bağçılıq ərazisində yerləşən torpaq sahəsinə X2 İttifaqı Şurasının qərarı ilə X1 adına verilmiş, sonradan xx xxxx 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsinin Cavabdeh adına verilməsi barədə qərarların və həmin torpaq sahəsinə kadastr sənədinin ləğv edilməsi" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "adına olan Mingəçevir şəhər "Şəfa" kollektiv bağçılıq ərazisində yerləşən torpaq sahəsinə X2 İttifaqı Şurasının qərarı ilə X1 adına verilmiş, sonradan xx xxxx 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsinin Cavabdeh adına verilməsi barədə qərarların və həmin torpaq sahəsinə kadastr sənədinin ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1.2-ci və 46.1.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, habelə iddiaçının (ərizəsinin) tələbi göstərilməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Sadalanan normalardan görünür ki, inzibati məhkəmə mübahisələndirmə haqqında iddiaya o halda baxa bilər ki, həmin iddiada mübahisələndirilən sənəd inzibati akt anlayışına cavab versin. Bu növ iddialarda cavabdeh qismində həmin inzibati aktı qəbul etmiş inzibati orqan iştirak etməlidir. İddiaçı iddiasında isə inzibati orqan olmayan X2 İttifaqı Şurasının qərarı mübahisələndirilmişdir. Eyni zamanda, cavabdeh qismində həmin orqan deyil, Cavabdeh adlı şəxs göstərilmişdir. Belə olan halda, həmin tələbə inzibati məhkəmədə baxıla bilməz. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsində deyilir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddianın ikinci hissəsi kadastr sənədinin ləğv edilməsindən ibarət olsa da, iddiada bu sənədin mahiyyəti, rekvizitləri göstərilmədiyinə görə iddiaçının hansı sənədin ləğvini istəməsi aydın deyil. Eyni zamanda, həmin tələbə cavab verməli olan inzibati orqan da iddiada göstərilməmiş, iddiaçının eyni tələblə hansısa inzibati orqana müraciət edib-etməməsi işdən görünmür. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış, onların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmiş və əks təqdirdə, iddianın mümkün sayılmaması məsələsinin müzakirə olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı xx.xx.2020-ci ildə məhkəməyə teleqram göndərərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X4 müraciət etdiyini bildirmiş, sənədləri əldə edənə kimi məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Bundan sonra məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçının xx.xx.2020-ci il teleqramında neçə gün müddət tələb olunmasını qeyd etmədiyi onun diqqətinə çatdırılmış, bununla yanaşı, məhkəmənin xx.xx.2020-ci il məktubunda iddiaçının diqqətinə çatdırılan digər məsələlərə münasibət bildirməsi üçün əlavə olaraq 20 gün müddət təyin edilmiş və əks təqdirdə, iddianın mümkün sayılmaması məsələsinin müzakirə olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2020-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin ötən müddət ərzində iddiaçı qeyd olunan çatışmazlıqları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Eyni zamanda, məhkəmə izah edir ki, iddiaçı yuxarıda göstərilən formal xətaları aradan qaldıraraq yenidən məhkəməyə iddia ilə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı "adına olan Mingəçevir şəhər "Şəfa" kollektiv bağçılıq ərazisində yerləşən torpaq sahəsinə X2 İttifaqı Şurasının qərarı ilə X1 adına verilmiş, sonradan xx xxxx 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsinin Cavabdeh adına verilməsi barədə qərarların və həmin torpaq sahəsinə kadastr sənədinin ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar