Məhkəmə qərarları › İş №2-1(116)-1387/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1387/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1387/2023 05.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “1996-cı ildə ölkədə aparılmış Aqrar İslahat zamanı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin sabiq müdiri Cavabdeh2 tərəfindən bilərəkdən öz maddi maraqları baxımından keçmiş M.Ə.Sabir adına kolxozun tərkibində olan Zərdab rayonu Nəzəralı, Şıxbağı, Ağabağı və Gəndəbil kəndləri üzrə kolxoza aid gəlir və xərclərin habelə əmlakın 1936-cı ilin xəritəsinə əsasən bölünməli olduğu halda, bilərəkdən sözügedən həmin xəritənin onun tərəfindən yoxa çıxarılması nəticəsində Gəndəbil kəndinin həmin bölgüyə aid edilməməklə torpaq sahələri ilə bağlı yaranmış uyğunsuzluğun aradan qaldırılması və Gəndəbil kənd sakinlərinə əmlak payı olaraq verilmiş torpaq sahələrinin yenidən müəyyənləşdirilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “1996-cı ildə ölkədə aparılmış Aqrar İslahat zamanı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin sabiq müdiri Cavabdeh2 tərəfindən bilərəkdən öz maddi maraqları baxımından keçmiş M.Ə.Sabir adına kolxozun tərkibində olan Zərdab rayonu Nəzəralı, Şıxbağı, Ağabağı və Gəndəbil kəndləri üzrə kolxoza aid gəlir və xərclərin habelə əmlakın 1936-cı ilin xəritəsinə əsasən bölünməli olduğu halda, bilərəkdən sözügedən həmin xəritənin onun tərəfindən yoxa çıxarılması nəticəsində Gəndəbil kəndinin həmin bölgüyə aid edilməməklə torpaq sahələri ilə bağlı yaranmış uyğunsuzluğun aradan qaldırılması və Gəndəbil kənd sakinlərinə əmlak payı olaraq verilmiş torpaq sahələrinin yenidən müəyyənləşdirilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki,iddia ərizəsində cavabdeh qismində göstərilən fiziki şəxs və inzibati orqan hazırkı iddia tələbinə cavab verməli olmadığından iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya təyin olunmuş müddət ərzində iddiaçı xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli X2 aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon X2 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X3 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçının hazırkı iddia qaldırmaqda hüquqi marağı Zərdab rayonu Nəzəralı, Şıxbağı, Ağabağı və Gəndəbil kəndlərində aparılmış aqrar islahatın ləğv olunmaqla Zərdab rayon Gəndəbil kənd sakinlərinə əmlak payı olaraq verilmiş torpaq sahələrinin yenidən müəyyənləşdirilməsi barədə qərar qəbul edilməsindən ibarətdir.Məhkəmə iddia tələbinə münasibətdə bildirir ki, Respublikamızda aparılan aqrar islahat başa çatmış və X2 hüquqi varisi müəyyən edilməməklə ləğv olunmuşdur. İddia tələbinin yönəldiyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi X3 Komissiyasının hüquqi varisi olmamaqla hazırkı iddia tələbinə cavab verməli orqan deyildir. İddia ərizəsindən müəyyən edilir ki,digər Cavabdeh2 aparılan aqrar islahat zamanı DTXK-nin Zərdab Rayon Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Hazırkı iddia tələbi cavabdeh qismində fiziki şəxsə ünvanlana bilməz. Belə ki,fiziki şəxsin hazırkı iddia tələbini həyata keçirmək səlahiyyəti mövcud deyil və olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “1996-cı ildə ölkədə aparılmış Aqrar İslahat zamanı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin sabiq müdiri Cavabdeh2 tərəfindən bilərəkdən öz maddi maraqları baxımından keçmiş M.Ə.Sabir adına kolxozun tərkibində olan Zərdab rayonu Nəzəralı, Şıxbağı, Ağabağı və Gəndəbil kəndləri üzrə kolxoza aid gəlir və xərclərin habelə əmlakın 1936-cı ilin xəritəsinə əsasən bölünməli olduğu halda, bilərəkdən sözügedən həmin xəritənin onun tərəfindən yoxa çıxarılması nəticəsində Gəndəbil kəndinin həmin bölgüyə aid edilməməklə torpaq sahələri ilə bağlı yaranmış uyğunsuzluğun aradan qaldırılması və Gəndəbil kənd sakinlərinə əmlak payı olaraq verilmiş torpaq sahələrinin yenidən müəyyənləşdirilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar