Məhkəmə qərarları › İş №2-1(116)-1388/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1388/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1388/2022 18.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X18, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Zaqatala rayon Muxax kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı 1989-cu ildə X15 adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə fərdi yaşayış evinin ümumi sahəsi 62,7 kv.m göstərilmiş, evin tikildiyi il kimi isə 1960-cı il qeyd olunmuşdur. Bundan sonra Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarına əsasən, həmin evin yerləşdiyi 1001,78 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X15 adına A seriyalı 246216 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. X23 xx.xx.2006-cı ildə vəfat etmiş, bundan sonra mərhuma məxsus olan təsərrüfat Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aparılan təsərrüfatbaşına uçot kitabında onun qızı X3 adına keçirilmiş və həmin təsərrüfatda aşağıdakı ailə üzvləri qalmışlar: 1) qızı X12, 2) oğlu İddiaçı, 3) qızı X13, 4) gəlini X24. X1 qalmış fərdi yaşayış evi xx.xx.2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Bundan sonra dağılmış evlərin əvəzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş layihələr əsasında 4000-dən artıq ev tikilmiş, o cümlədən X1 qalmış evin də yerində yeni ev inşa edilmişdir. Həmin ev Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilərək mərhum X15 ailə üzvlərinin, o cümlədən İddiaçı istifadəsinə verilmişdir. Bundan sonra Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş fərdi yaşayış evlərinin yerinə yeni inşa edilmiş evlər barədə məlumatlar Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 740 nömrəli məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. Məktuba əlavə olunan siyahının 296-cı sətrində X3 adı qeyd olunmuşdur. Daha sonra xx.xx.2020-ci ildə göstərilən fərdi yaşayış evi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X3 və digər mülkiyyətçilərin (adlar göstərilməmişdir) adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi həm sənəd üzrə, həm də faktiki 0,1002 ha göstərilmiş, evin tikildiyi il kimi isə 2012-ci il qeyd olunmuşdur. Texniki pasportda onun verilməsinə əsas kimi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 740 nömrəli məktubu və DT və XK-nin Zaqatala rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 1196 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" göstərilmişdir. Göstərilən 107,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə X3 tam mülkiyyət hüququ, evin yerləşdiyi 0,1002 ha torpaq sahəsinə isə X3, X16, X4, X5, X17, X9, X10, İddiaçıh Sadəddin oğlunun ümumi birgə mülkiyyət hüququ xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, X3 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********93 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və reyestrdən çıxarışın ləğv edilməsi İdarənin səlahiyyətinə aid deyil. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilərək (fərdi yaşayış evinə aid hissədə adının qeyd olunmaqla düzəliş edilərək), Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1002 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə özünün mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, hazırkı iddiada mübahisələndirdiyi çıxarış onun mərhum atasından miras qalmış evin zəlzələ nəticəsində dağılmasından sonra yerində dövlət tərəfindən tikilmiş evlə bağlı verilmişdir. Həmin çıxarışda torpaq sahəsi bütünmüəlkiyyətçilərin ümumi mülkiyyəti kimi göstərilsə də, hansısa səbəbdən ev yalnız bacısı X3 mülkiyyəti kimi göstərilmişdir. Zəlzələ nəticəsində dağılmış yaşayış evi mərhum atası X15 adına olduğuna görə yeni tikilmiş yaşayış evi də X19 adına rəsmiləşdirilməli idi ki, sonra vərəsəlik qaydasında vərəsələrə keçsin. Yol verilmiş formal xətalar barədə İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə məlumat verildikdən sonra o, məhkəməyə yeni iddia ərizəsi verərək, cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsini göstərmiş və iddia tələbini "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə dair hissədə qismən ləğv edilərək, Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1002 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə İddiaçıh Səəddin oğlunun ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması" kimi ifadə etmişdir. Bundan sonra həmin iddia ərizəsində də yol verilmiş formal xətalar barədə İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə məlumat verildikdən sonra o, məhkəməyə üçüncü iddia ərizəsini verərək, iddia tələbini "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi" kimi ifadə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin eyni tarixli digər qərardadı ilə X12 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********73 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad edərək bildirmişdir ki, sözügedən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına, həmin evin yerləşdiyi 0,1002 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə onun və digərlərinin (cəmi 8 nəfər) adlarına vahid daşınmaz əmlak kimi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışın verilməsi üçün əsas Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı və həmin qərara əsasən hazırlanmış A seriyalı 276950 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü", Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş evlərin siyahısı və digər sənədlər olmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 1989-cu il tarixli Texniki pasportdan görünür ki, həmin sənəd X15 adına fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş, həmin sənəddə fərdi yaşayış evinin ümumi sahəsi 62,7 kv.m göstərilmiş, evin tikildiyi il kimi isə 1960-cı il qeyd olunmuşdur. - İşdə olan, A seriyalı 246216 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X16 adına 1001,78 kv.m torpaq sahəsi ilə bağlı verilmişdir. - İşdə olan xx.xx.2020-ci il tarixli Texniki pasportdan görünür ki, həmin sənəd fərdi yaşayış evi ilə bağlı üçüncü şəxs X3 və digər mülkiyyətçilərin (adlar göstərilməmişdir) adına tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi həm sənəd üzrə, həm də faktiki 0,1002 ha göstərilmiş, evin tikildiyi il kimi isə 2012-ci il qeyd olunmuşdur. Texniki pasportda onun verilməsinə əsas kimi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 740 nömrəli məktubu və DT və XK-nin Zaqatala rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 1196 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" göstərilmişdir. - İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 107,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə X3 tam mülkiyyət hüququ, evin yerləşdiyi 0,1002 ha torpaq sahəsinə isə X3, X16, X4, X5, X17, X9, X10, İddiaçıh Sadəddin oğlunun ümumi birgə mülkiyyət hüququ xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, Zaqatala Rayon Muxax Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 393 nömrəli arayışından görünür ki, X15 adına olan akta əsasən, 1996-cı ildə Muxax kəndində torpaq islahatı aparılarkən mülkiyyətinə torpaq sahəsi veriləcək şəxs kimi, onun özünün və onun ailə üzvləri X4, X6, X3, İddiaçı, X17, X11, X7 adları qeyd edilmiş və onların adlarına işlənmiş torpaq sahəsi kimi 0,22 ha qeyd olunmuşdur. - İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 84 nömrəli arayışından görünür ki, İddiaçı, üçüncü şəxs X3 və digər ailə üzvlərinin yaşadığı ev və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsi onların mərhum atası X20 məxsus olmuşdur. Həmin ev xx.xx.2012-ci ildə baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və evin yerində mərhumun qızı X3 adına Fövqəladə Hallar Nazirliyi tərəfindən 2012-ci ildə üç otaqlı fərdi yaşayış evi tikilmişdir. X23 vəfat etdikdən sonra mərhuma məxsus olan təsərrüfat qızı X3 adına keçmiş və həmin təsərrüfatda aşağıda adları qeyd olunan ailə üzvləri qalmışlar: 1) qızı X12, 2) oğlu İddiaçı, 3) qızı X13, 4) gəlini X24. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" xx.xx.2022-ci il tarixli 1656 nömrəli Fərmanının 1.1-ci bəndində qərara alınmışdır ki, yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etsinlər. Fərmanın 2.1-ci bəndində isə qərara alınmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin. Göründüyü kimi, istinad olunan Fərmanda Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsinin qaydası müəyyən edilmişdir. Həmin qaydaya görə, yerli icra hakimiyyəti orqanları zəruri sənədləri, o cümlədən evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməli, sonuncu isə həmin siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında onların mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalıdır. Müəyyən edidi ki, iddia ərizəsində bəhs edilən, dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evi təkcə X8 deyil, onunla yanaşı, hazırda da həmin evdə yaşayan ailə üzvlərinə, o cümlədən İddiaçı verilmişdir. X2 ilə yanaşı, digər ailə üzvlərinin, o cümlədən İddiaçı, X5 və X17 yaşaması Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 84 nömrəli arayışı ilə də təsdiq olunur. Məhkəmə bildirir ki, belə olan halda, evə yalnız X3 mülkiyyət hüququnun qeydiyyata alınması qanuni olmamışdır. Məhkəmə bunu da qeyd edir ki, yerli icra nümayəndəliyində mövcud olan təsərrüfatbaşına uçot kitabında təsərrüfatın başçısı kimi X3 adının yazılması onunla birlikdə yaşayan digər ailə üzvlərinin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, "Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur. Deməli, kənd icra nümayəndəliyində təsərrüfatbaşına uçot kitabının aparılmasında məqsəd yaşayış məntəqəsi sakinlərinin, onların əmlakının hesabatını aparmaqdan ibarətdir, eyni zamanda, kitabda ailə üzvlərindən birinin "Təsərrüfat başçısı" kimi qeyd olunması həmin şəxsə digər ailə üzvlərinə münasibətdə heç bir imtiyaz, üstünlük vermir və yalnız hesabat aparılmasının operativliyinin və dəqiqliyinin təmin olunmasına xidmət edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh fərdi yaşayış evinə yalnız X3 mülkiyyət hüququnu qeydiyyata almaqla səhvə yol vermişdir. Ona görə də iddia təmin edilməli və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar