Məhkəmə qərarları › İş №2-1(116)-1388/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1388/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1388/2023 30.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının müddətsiz 85-100 faiz müəyyən edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən təkrarən ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icasında iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının müddətsiz 85-100 faiz müəyyən edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. Belə ki, o, 1992-ci ildə Ucar RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə Abdal kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə kürəyindən güllə yarası almışdır. Ona “Hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin svartları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması diaqnozu qoyulmuşdur. xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Bakı şəhəri, X5 Eksperimental cərrahiyyə insitutunda müayinə və müalicə olunmuşdur. Aldığı xəsarətlər nəticəsində ilk dəfə 2006-cı ildə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Səhhətində olan xəstəliklərlə bağlı növbəti 2007-ci il tarixdən etibarən İİ dərəcəli əlillik təyin edilmişdir. Təyin olunan əlillik dərəcəsi ilk əvvəllər hər il artırılmış, 2016-cı il tarixdən etibarən isə 5 illik müddətinə təyin edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixdə növbəti müayinə zamanı “Hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin svartları” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə növbəti müayinə zamanı əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ucar rayon sakini İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0323003AAGLQ nömrəli göndərişi əsasında xx.xx.2021 -ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2004-cü il tarixli 248 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Hemopnevmotraksla fəsadlaşmış döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin şvatları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Döş qəfəsinin sol yarısının sağ plevra boşluğun dəlib keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Plevral qalınlaşmalar şəkilində. Ağ ciyərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli. kəskinləşmə mərhələsi, əhəmiyyətli ventilyasiya pozğunluğ ilə. Xroniki respirator çatmamazlıq, XRÇ-qı ll-ci dərəcə Essensial birincili hipertenziva, Kəskin nəzərə çarpan hipertenziya Nevrasteniva, Astenonevrotik sindrom Yanaşı xəstəliklər Xroniki xolesistit, Xroniki xolesistopankreati” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə araşdırılmışdır. Əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’ yə müvafiq olaraq Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 29 nəfər və müxtəlif tarixlərdə müayinədən keçmiş 15 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Ucar rayon sakini xx.xx.1971 -cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyan;. müayinə olunmuş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir.(ESDAS:**********2) Nönbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2004-cü il tarixli 248 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin svartları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə" dlaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki döş qəfəsinin arxa səthində çapıq və soltərəfli torakosintezin çapıq izi İzlənilmiş, auskultasiya zamanı xəstənin ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Təqdim edilmiş X1 institutunun xx.xx.2022-ci il tarixli 8947 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışığ tipli əhəmiyyətli ventilvasiva pozğunluğu qeyd olunur kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qeyd edilmişdir ki, vətəndaş xx.xx.2021-cl il tarixdə DTSERA-da əyani müayinə olunmuş, hazırkı sağlamlıq vəziyyətində dinamikada ağırlaşma aşkar edilməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 248 nömrəli qərarından görünür ki, Ucar RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1992-ci ildən fərarilik etdiyi üçün barəsində Qarabağ hərbi prokurorluğu tərəfindən xx.xx.2001-ci ildə amnistiya qərarı tətbiq edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı yaralanma-diaqnoz: “Hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin şvartları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə” nə səbəbə ki, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Bakı ş. X5 Eksperimental cərrahiyyə institutunda müayinə və müalicə olunmuşdur (Bakı ş. ETKECİ-nin xx.xx.1992-ci il tarixli çıxarış epikrizi Ucar RHK-nın xx.xx.2004-cü il tarixli 4/133 saylı arayışı, Qarabağ hərbi prokurorluğunun xx.xx.2001-ci il tarixli amnistiya haqqında qərarı), “Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır”. - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********4 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında və xx.xx.2021-ci il tarixli **********9 nömrəli protokolunda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci tarixdə qiymətləndirilmiş və aşağıdakılar müəyyən olunmuşdur: Ucar rayon sakini xx.xx.1971-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir.(ESDAS:**********2) Nönbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2004-cı il tarixli 248 nömrəli Qərar verilmişdir, Həmin Qərarda “Hemopnevmotoraksla fəsadlasmış döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin svartları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki döş qəfəsinin arxa səthində çapıq və soltərəfli torakosintezin çapıq izi izlənilmiş, auskultasiya zamanı xəstənin ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Təqdim edilmiş X1 İnstitutunun xx.xx.2022-ci il tarixli 8947 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilvasiva oozüuntuöu qeyd olunur" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş, hazırkı sağlamlıq vəziyyətində dinamikada ağırlaşma aşkar edilməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti tavin etmir barədə qərar qəbul edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə “Hemopnevmotoraksla fəsadlasmış döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin svartları” diaqnozu ilə, Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Əsas diaqnoz Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Döş qəfəsinin sol yarısının sağ plevra boşluğun dəlib keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət.Plevral qalınlaşmalar şəkilində. Ağ ciyərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi, əhəmiyyətli ventilyasiya pozğunluğ ilə, Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, XRÇ-ğı ll-ci dərəcə, Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Kəskin nəzərə çarpan hipertenziya, Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Asteno-nevrotik sindrom, Yanaşı xastəliklər K81.1 Xroniki xolesistit, Xroniki xolesistopankreatit. İmtina səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə ExoKQ müayinəsinin nəticəsini nəzərə alaraq əlavə müayinə və müalicəni davam etdirmək məsləhət görülür yardımçı müayinələr tam aparılmayıbdır. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Əsas diaqnoz: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Döş qəfəsinin sol yarısının sağ plevra boşluğun dalıb keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Plevral qalınlaşmalar şəkilində. Ağ ciyərin xroniki obstruktiv xəstəliyi, orta ağırgedişli, kəskinləşmə mərhələsi, əhəmiyyətli ventilyasiya pozğunluğ ilə. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Əsas diaqnoz: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Döş qəfəsinin sol yarısının sağ plevra boşluğuna dəlib keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. - “Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli PHŞ-6-77/2- 931/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Yuxarı Şilyan kənd sakini İddiaçı əlilliklə əlaqəli olaraq xx.xx.2022- ci il tarixdə "Döş qəfəsinin sol yarısının sağ plevra boşluğun dəlib keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, Plevral qalınlaşmalar şəklində, ağ ciyərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi, əhəmiyyətli ventilyasiya pozğunİuq ilə, Xroniki respirator çatmamazlıq, XTÇ-ğı, ll dərəcə, Kəskin birincili hipertenziya, Nevrasteniya, Astenonevrotik sindrom, Xroniki xolesistit, Xroniki xolesistopankreatıt diaqnozu ilə “Ucar Rayon Mərkəzi Xəstəxanası“ publik hüquqi şəxsə müraciət etmişdir. Xəstəyə və tibbi sənədlərə baxış keçirilmiş, “Forma-088'’ yazılaraq Tibbi-Sosial Ekspert Komissiyasına qöndərilməsi üçün xx.xx.2022-ci il tarixdə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasından Diaqnoz əlillik əlaməti təyin etmir” cavabı gəlmişdir. İddiaçı diaqnozları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş 1.1.1, 1.1.1.3, 2.1.1, 3.6.1, 3.6.2 xəstəlikləri ilə eynilik təşkil edir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1388/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2023-cü il tarixli 3685 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd etmişdir ki, Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişində qeyd edilən “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, döş qəfəsinin sol yarısının sağ plevra boşluğunu dəlib-keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, plevral qalınlaşmalar şəklində, ağciyərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli, kəskinləşmə mərhələsi, əhəmiyyətli ventilyasiya pozğunluq ilə, xroniki respirator çatmamazlıq, XRÇ-ğı İİ dərəcə, essensial birincili hipertenziya, kəskin nəzərə çarpan hipertenziya, nevrasteniya, asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər: xroniki xolesistit, xroniki xolesistopankreatit” diaqnozlar xəstənin müalicə və müayinələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə X1 İnstitutuna əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar göndərilərkən İnstitutda kliniki, anamnestik, ağciyərlərinin rentgenoqrafik və spiroqrafik müayinələri aparılaraq ona “Ağciyərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, Z98.8-döş qəfəsinin sol yarısının və sağ plevra boşluğunu dəlib-keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, plevral qalınlaşmalar şəklində” diaqnozu müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq imtina qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş imtina cavabının çap tarixi xx.xx.2023-cü il qeyd edilmiş və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddia tələbi əlilliyin təyin edilməsi şəklində ifadə edilsə də, məhkəmə hesab edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbini (xx.xx.2022-ci il tarixdə) diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nə həvalə edilmişdir. Sonuncunun xx.xx.2023-cü il tarixli 3685 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz (3.1.1) olmaqla müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının - 1.1.1, 1.1.1.3, 2.1.1, 3.6.1, 3.6.2-ci bəndlərində qeyd edilmiş xəstəliklərlə eynilik təşkil etdiyi bildirilmişdir. Müəyyən edilir ki, istinad olunan Meyarların 1.1.1.3-cü bəndində “ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə” diaqnozu nəzərdə tutulmuşdur və orqanizmin funksiyalarının pozulma faizi müddətsiz, 85-100 % müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”-nın 1.1.1.3-cü bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsi üçün əsas yaratdığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının müddətsiz, 85-100 faiz müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar