Məhkəmə qərarları › İş №2-1(116)-1389/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1389/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1389/2020 06.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə qarşı “Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Sərəncamının icrası ilə Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronovirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlərinə əsasən ona aprel-may ayları ərzində işsiz kimi 380 manat birdəfəlik ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçıcavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Sərəncamının icrası ilə Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronovirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlərinə əsasən ona aprel-may ayları ərzində işsiz kimi 380 manat birdəfəlik ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Zaqatala rayonunda yaşayır. Ailə münaqişəsi zəminində nikahı pozulmuşdur. İddiaçının iki azyaşlı övladı var, bu səbəbdən də o, işləyə bilmir. Ölkədə mövcüd olan karantin vəziyyəti ilə bağlı iddiaçı işsiz kimi qeydiyyata durmuş, lakin bu günə kimi ona heç bir ödəniş edilməmiş, xx.xx.2020-ci il tarixdən bu günə kimi müraciətinə cavabdeh orqan tərəfindən baxılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4602/2020 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Şəki İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş işlə bağlı məhkəmə tərəfindən iddiaçıya xx xxxxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilmiş və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"nda deyilir ki, birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tərəfindən həyata keçirilir (1.4-cü bənd). İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. (3.2-ci bənd) MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. (3.4-cü bənd) Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. (3.5-ci bənd) Göründüyü kimi, istər birdəfəlik ödəmənin təyin edilməsi, istərsə də onun verilməsindən imtina olunması Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tərəfindən elektron qaydada qəbul edilən qərarla həyata keçirilir. Yardım məktubu ilə həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, iddianın növü düzgün seçilməmiş və mübahisələndirmə iddiası daha münasib olduğu halda, səhvən öhdəliyin icrası haqqında iddia verilmişdir. Buna görə də yeni iddia ərizəsi tərtib edərək cavabdeh kimi Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyini göstərməsi, iddia tələbini isə birdəfəlik ödəmənin verilməsindən imtina barədə Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinin qərarının ləğv olunması, habelə imtina nəticəsində almadığı birdəfəlik ödəmənin ödənilməsi kimi ifadə etmək iddiaçıya təklif edilmişdir. Yuxarıda qeyd edilənlərə münasibət bildirməsi üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi yardım məktubu imzalanaraq alınmışdır. Lakin tələb olunan müddət ərzində məktuba münasibət bildirilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə qarşı “Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Sərəncamının icrası ilə Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronovirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlərinə əsasən ona aprel-may ayları ərzində işsiz kimi 380 manat birdəfəlik ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar