Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1392/2020 07.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X2 və Cavabdeh1 Sedreddinovaya qarşı (maraqlı şəxs Oğuz şəhər bələdiyyəsi) “1999-cu ildə işlədiyi sovxozdan əmlak payı kimi verilmiş 121 topa fındıq, qoz, şabalıd ağacları yerləşən Oğuz bələdiyyəsinin mülkiyyətində olmuş 0,27 ha torpaq sahəsinin Cavabdeh1 Sedreddinovnanın mülkiyyətinə verilməsinə dair DƏDRXnin 9 saylı X2 tərəfindən qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışın və həmin torpağa dair plan-ölçü sənədinin ona aid hissəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X2 və Cavabdeh1 Sedreddinovaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1999-cu ildə işlədiyi sovxozdan əmlak payı kimi verilmiş 121 topa fındıq, qoz, şabalıd ağacları yerləşən Oğuz bələdiyyəsinin mülkiyyətində olmuş 0,27 ha torpaq sahəsinin Cavabdeh1 Sedreddinovnanın mülkiyyətinə verilməsinə dair DƏDRX-nin 9 saylı X2 tərəfindən qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışın və həmin torpağa dair plan-ölçü sənədinin ona aid hissəsinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya xx xxxxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, fiziki şəxs olan hazırkı cavabdehə (Cavabdeh1 Sedreddinovna) qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçininin, çıxarış və plan-ölçü sənədi inzibati akt olmadığı üçün etibarsız hesab edilə bilməz. İddiaçının nəzərinə o da çatdırılmışdır ki, tələbdə göstərdiyi mübahisəli sənədlər (xx.xx.2019-cu il tarixli ********** saylı çıxarış və plan-ölçü sənədi) Cavabdeh1 Sedredinovnaya Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-333/2019 nömrəli Qərarı əsasında verilmişdir. Poçt xidməti məktubu “bu ünvanda yaşamır” qeyd edərək məhkəməyə geri qaytarmışdır. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək həmin iddia ərizəsi üzrə sənədlərin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçının nümayəndəsinə izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X2 və Cavabdeh1 Sedreddinovaya qarşı (maraqlı şəxs Oğuz şəhər bələdiyyəsi) “1999-cu ildə işlədiyi sovxozdan əmlak payı kimi verilmiş 121 topa fındıq, qoz, şabalıd ağacları yerləşən Oğuz bələdiyyəsinin mülkiyyətində olmuş 0,27 ha torpaq sahəsinin Cavabdeh1 Sedreddinovnanın mülkiyyətinə verilməsinə dair DƏDRXnin 9 saylı X2 tərəfindən qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışın və həmin torpağa dair plan-ölçü sənədinin ona aid hissəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1392/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1392/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver