Məhkəmə qərarları › İş №2-1(116)-1395/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1395/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1395/2023 25.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, Şikayətçi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “aldığı dörd torpaq sahəsinin koordinatlarının təyin edilərək texniki pasportların rəsmiləşməsinə 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən icra edilməsi üçün və qanunsuzluq edən əməkdaşları barələrində tədbir görülməsi barədə” ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “aldığı dörd torpaq sahəsinin koordinatlarının təyin edilərək texniki pasportların rəsmiləşməsinə 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən icra edilməsi üçün və qanunsuzluq edən əməkdaşları barələrində tədbir görülməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizədə İddiaçı və X1 imzaları mövcuddur. İddiaçı – şikayətçi, Fərid Süleymanov - ərizəni etibarnamə əsasında təqdim edən qeyd edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, təqdim edilmiş ərizə İPM-nin 46.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsinin forması ilə bağlı formal tələblərə əməl edilməməsi ilə bərabər, cavabdehə qarşı yönəlmiş tələb də qeyri-müəyyən formada ifadə olunmuş, hansı torpaq sahəsinin koordinatlarının təyin edilməsi və texniki pasportun verilməsi ilə bağlı nail olmaq istənilən hüquqi nəticə aydın qeyd edilməmişdir. Məhkəmə tərəfindən göndərilmiş hüquqi yardım məktubu xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə, ərizədə qeyd edilmiş ünvan 1 ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə həmin ünvana çatdırılmışdır. Həmçinin tələbin dəqiqləşdirilməsi və yol verilmiş nöqsanların aradan qaldırılması üçün iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixə hazırlıq icraatı çərçivəsində məhkəmə iclası təyin edilmiş, lakin, İddiaçı təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdir. Müəyyən edilmişdir ki, Məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə, şikayətçi X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “dörd torpaq sahəsinin koordinatlarının təyin edilərək texniki pasportun rəsmiləşdirilməsinin cavabdeh tərəfindən icra edilməsi üçün qanunsuzluq edən əməkdaşlar barədə tədbir görülməsinə dair qərar qəbul edilməsi” barədə ərizə daxil olmuşdur (hazırkı ərizə ilə eyni məzmunlu). Həmin inzibati iş üzrə də tələb qeyri müəyyən formada ifadə olunduğundan və təqdim edilmiş ərizə İPM-nin 46.1-ci maddəsinin tələblərinə uyğun olmadığından İPM-nin 13-cü maddəsinə əsasən ərizəçiyə hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixə hazırlıq icraatı çərçivəsində məhkəmə iclası təyin edilmişdir. Həmin iclasda iştirak edən Fərid Süleymanov tələbini qismən dəqiqləşdirdiyi iddia ərizəsini məhkəməyə təqdim etmiş, məhkəmə iclasından sonra iddia ərizəsini hüquqi marağına uyğun olaraq tam dolğun şəkildə tərtib edərək təqdim edəcəyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, İddiaçı ölkə ərazisində deyil, özünə verilmiş etibarnamə əsasında həmin iş üzrə iddia ərizəsini də özü tərtib edərək təqdim etmişdir və həmin tələbdə yol verilmiş nöqsanları da eyni qaydada aradan qaldıraraq məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iclasından 1 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə İddiaçı imzası ilə dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Həmin ərizə ölkə daxili poçt və ya hər hansı vasitə ilə deyil, məhkəmənin dəftərxanasına birbaşa təqdim edilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı adının qarşısındakı imza göy rəngli qələmlə icra edilmişdir. Beləliklə, iddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəmənin icraatında olan digər inzibati iş üzrə Fərid Süleymanova dəfələrlə hüquqi yardım edilərək, iddia ərizəsində yol verilmiş nöqsanlar və onun aradan qaldırılması qaydası izah edilmiş və həmin hüquqi yardım məktublarına müvafiq olaraq yol verilmiş nöqsanların aradan qaldırılması barədə ərizələr təqdim edilməklə bərabər, hazırkı iş üzrə də anoloji nöqsanların aradan qaldırılması ilə bağlı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” xx.xx.2023, xx.xx.2023-cü il, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələr daxil olmuşdur. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələr İddiaçı, xx.xx.2023-cü il tarixli ərizə isə Fərid Süleymanovun imzası ilə məhkəməyə təqdim edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş ƏN-İ 916106 nömrəli etibarnamədə İddiaçı tərəfindən X2 iddia ərizəsini imza etmək səlahiyyəti ümumiyyətlə verilməmişdir. Beləliklə İddiaçı imzası ilə məhkəməyə ilkin ərizə və sonuncu hüquqi yardıma münasibətlə birlikdə 5 ərizə daxil olmuşdur ki, onlardan hər birində imza fərqli qaydada icra edilmişdir. Həmin ərizələrdə icra edilmiş imzaların heç biri aşkar şəkildə bir birinə bənzəmir. Təqdim edilmiş ərizələrdə icra edilmiş imzalar bir-birilə, o cümlədən hər biri ayrılıqda işdə olan digər sənədlərdə icra edilmiş imzalarla qarşılıqlı müqayisə olunaraq təhlil edilmiş, iş materiallarında olan sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində icra edilmiş İddiaçı aid imza ilə ilkin ərizədə və sonradan təqdim edilmiş “tələbin dəqiqləşdirilməsi barədə” ərizələrdə, o cümlədən məhkəmənin hüquqi yardımına münasibətdə icra edilmiş imzalar arasında aşkar fərqlərin olması müəyyən edildiyindən, həmin imzaların İddiaçı tərəfindən deyil kənar şəxs tərəfindən icra edilməsi təəssüratı yaranmışdır. Belə ki, məhkəmənin icraatında olan Fərid Süleymanovun iddiaçı olduğu anoloji iş üzrə eyni məzmunlu “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin verilməsi və yuxarıda qeyd edilən, ilkin ərizə və “tələbin dəqiqləşdirilməsi barədə” ərizələrdə icra edilmiş imzalar arasında aşkar fərqlər olduğundan məhkəmə, təqdim edilmiş ərizələrin İddiaçı imzasına bənzədilməklə kənar şəxs tərəfindən icra edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən xx.xx.1981-ci il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə məlumatlar Dövlət Sərhəd Xidmətindən sorğu edilmiş, müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etmişdir. Buna baxmayaraq məhkəməyə təqdim edilmiş ilkin ərizənin ölkə daxili poçt xidmətindən istifadə edilməklə, ünvan 2 ünvanından, Fərid Süleymanov tərəfindən göndərildiyi aydın olur. Yəni, İddiaçı Azərbaycan Respublikası ərazisində olmadığından onun hazırki iddia ərizəsini imzalayaraq, qeyd edilən ünvandan məhkəməyə göndərməsi, o cümlədən digər “dəqiqləşmə barədə ərizələri” imzalayaraq birbaşa məhkəməyə təqdim etməsi mümkün ola da bilməzdi. Bu isə bir daha onu təsdiq edir ki, iddia ərizəsi İddiaçı tərəfindən tərtib edilməmiş və imzalanmamışdır. Hazırkı inzibati iş üzrə ilkin ərizə qeyd edilən, ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən növbəti dəfə hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, ərizələrin İddiaçı tərəfindən imzalanması ilə bağlı şübhə mövcuddur və yaranmış şübhənin aradan qaldırılması üçün müvafiq iddia ərizəsi İddiaçı şəxsən iştirakı ilə notarial qaydada, yəni imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq olunmaqla məhkəməyə təqdim olunmalıdır. Eyni zamanda İddiaçı şəxsən Şəki İnzibati Məhkəməsinə gələrək (iş günləri və iş saatları daxilində) iddia ərizəsini imzalamaqla məhkəməyə təqdim edə, yaxud iddia ərizəsi iddiaçının müvafiq səlahiyyət verdiyi şəxs tərəfindən imzalana bilər. xx.xx.2023-cü il tarixdə mailto:mixeevnikolay81@gmail.comElektron ünvan elektron poçt ünvanından məhkəmənin elektron poçt ünvanına ərizə daxil olmuş və həmin ərizənin məzmunundan görünür ki, işdə olan ərizələrdə aşkar imza fərqlərinin olması və yol verilmiş nöqsanın aradan qaldırılması ilə bağlı Məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvan 1 ünvanına çatdırılmışdır. Həmçinin, ərizənin məzmununda Fərid Süleymanovun iddiaçı olduğu inzibati iş üzrə xüsusatların sadalanması həmin ərizənin də, digər ərizələr kimi sonuncu tərəfindən tərtib edilməsi qənaətini yaratmışdır. Məhkəmə bir daha qeyd edir ki, sonuncu ərizədəki imza əvvəlki ərizələrdəki imzalardan tamamilə fərqlənir. Məhkəmənin elektron poçt ünvanına daxil olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrin kim tərəfindən göndərilməsini, həqiqətən də İddiaçı iradəsinə uyğun tərtib edilib-edilməməsini müəyyən etmək mümkün olmadığından, qeyd edilən ərizələr məhkəmədə hazırki iş üzrə iddiaçının iradəsinin müəyyən edilməsi üçün yetərli deyildir. Belə ki, işin yuxarıda sadalanan hallarına istinad olunmaqla məhkəmə hesab edir ki, elektron poçt ünvanının İddiaçı məxsus olması və sonuncu tərəfindən göndərilməsi görüntüsü yaradılmasına cəhd edilmiş, hüquqi yardım məktubunda qeyd edilmiş aşkar imza fərqləri ilə bağlı nöqsanlar aradan qaldırılmamışdır. İddiaçı, özü isə qeyri-müəyyən formada ifadə olunmuş (hansı torpaq sahəsinin koordinatlarının təyin edilməsi və texniki pasportun verilməsi ilə bağlı nail olmaq istənilən hüquqi nəticə aydın) ərizənin belə özü tərəfindən imzalanmasını sübut edə bilmədiyindən məhkəmə o qənaətə gəlir ki, faktiki olaraq ilkin ərizə və sonrakı ərizələr İddiaçı adından kənar şəxs tərəfindən tərtib edilməklə imzalanmışdır. Bu isə həm də ilkin ərizədə yol verilmiş nöqsanın da aradan qaldırılmaması deməkdir. İnzibati Prosessual Məcəllənin 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər qeyd edilmişdir. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Mülki Prossesual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Prossesual qanunvericilikdə iddia ərizəsinin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin və hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Odur ki, iddia ərizəsindəki imzanın iddiaçıya aid olub-olmamasının müəyyən edilməsi hazırki iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından zəruridir. Məhkəmə hesab edir ki, hazırkı mərhələdə cavabdeh orqan tərəfindən hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi üçün zəruri olan iddiaçının hüquqi marağının müəyyən edilməsi mümkün olmadığından və yol verilmiş nöqsanlar arada qaldırılmadığından ərizə mümkün sayılmamalı, İddiaçı imzası ilə təqdim edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli, X3 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizələrin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli ərizələr İddiaçı imzasına bənzədilməklə icra edildiyindən və xx.xx.2023-cü il tarixli ərizə səlahiyyətsiz şəxs tərəfindən imzalandığından, həmin ərizələr hazırkı tələb üzrə iddiaçının hüquqi marağının və iradə ifadəsinin müəyyən edilməsi baxımından heç bir hüquqi əhəmiyyət daşımır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: "İddianın dəyişdirilməsi barədə" İddiaçı imzası ilə təqdim edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli, X3 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizələrin qəbul edilməsindən imtina olunur. Şikayətçi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “aldığı dörd torpaq sahəsinin koordinatlarının təyin edilərək texniki pasportların rəsmiləşməsinə 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən icra edilməsi üçün və qanunsuzluq edən əməkdaşları barələrində tədbir görülməsi barədə” ərizəsi mümkün sayılmır. Qərardadın, “ərizənin mümkün sayılmaması” hissəsindən onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar