Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1397/2022 27.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “üçüncü şəxslər X4 və X1 “ünvan 1 ünvanından pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslər X4 və X1 “ünvan 1 ünvanından pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, iddia ərizəsində X4 və (Əhmədova) X2 üçüncü şəxs olaraq qeyd etmişdir. Məhkəmə müvafiq qeydi iddiaçının vəsatəti olaraq qəbul edir. Məhkəmə hesab edir ki, vəsatət əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, adları qeyd edilən şəxslər iddiaçının mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatdadırlar və mübahisə edilən hüquq münasibətində onların iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin şəxslər barəsində vahid qərarın qəbul olunmasını şərtləndirir. Azərbaycan Respublikası İPM-nin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: Vəsatət təmin edilir. 2-1(116)-1397/2022 nömrəli inzibati iş üzrə ilə X4 və (Əhmədova) X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilsinlər. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1397/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1397/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver