Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1398/2024 24.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1982-cİ ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə işlədiyi "xxxx" Birgə Müəssisəsindən çıxmışdır. Ona görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci madəsinə uvğun aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının ümumilikdə 40 ilə yaxın əmək stajı vardır. Bu stajın 15 il 8 ay 13 gününü zərərli sahə hesab olunan işlərdə işləmişdir. Belə ki, xx.xx.2005-ci İl tarixdə "xxxx" MMCnin Sumqayıt sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsinə qəbul olunmuş, xx.xx.2009-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingəri peşəsinə uyğun olaraq zərərli əmək şəraitində işlərə aiddir. Bu müəssisədə güzəştli pensiya hüququ verən əmək stajı 03 il, 02 ay, 04 gün təşkil edir. Bundan əlavə o, xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-nin “STP Tikinti Lahiyyəsi”nin X1raşdırıcı-çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdən vəzifə dərəcəsı saxlanılmaqla Ağır Avadanlıqlar sexində X1raşdırıcı-çilingər peşəsində fəaliyyətimi davam etdirmişdir. xx.xx.2012-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68- ci madəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq xitam verilmişdir. Bu müəsisədə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” fəslinin “a” “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə uyğun olaraq zərərli peşə hesab olunur. Bu müəssisədə güzəştli pensiya stajı 03 il, 06 ay, 28 gün təşkil edir. O, xx.xx.2012-ci il tarixdən xx.xx.2013- cü il tarixədək "xxxx" MMC-nin “Ağır Maşınqayırma zavodunun Kran təsərrüfatı sexinin Kran istehsalı sahəsinin 6-cı dərəcəli quraşdırıcı çiingər peşəsində işləmişdir. İşlədiyi bu peşə Nazirlər Kabinetinin yuxarıda qeyd etdiyi Qərar ilə təsdiq edilmiş Siyahının 29-cu fəslində müəyyən edilmiş “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsinin vəzifəsinin xüsusiyyətləri ilə eynidir. Bu müəssisədə güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı 08 ay, 18 gün təşkil edir. Eyni zamanda AZFEN Birgə müəssisəsində xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək “Quraşdırıcı” peşəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “Konstruksiya quraşdırıcı” peşəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı ildək “boruçu” peşəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Konstruksiya quraşdırıcısı” peşəsində, xx.xx.2020-cı il tarixdən xx.xx.2020-ci i! tarixdən xx.xx.2020-ci il tarixinədək “boruçu” peşəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “boru ustası” peşəsində işləmişdir. xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək, işlədiyi “Quraşdırıcı” peşəsi, xx.xx.2014-cü il tarixdən xx.xx.2005-cİ il tarixədək işlədiyi “Konstruksiya quraşdırıcı” peşəsi və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi “Konstruksiya quraşdırıcısı” peşəsi Nazirlər Kabinetinin yuxanda qeyd etdiyi Qərar ilə təsdiq olunmuş Siyahının 29-cu fəslinin Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri başlığı altında polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndində göstərilən xüsusiyyatları ilə eynidir. Eyni müəsissədə, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2020cı il tarixdən xx.xx.2020-ci il tarixinədək işlədiyi “boruçu” peşəsi həmin Siyahının 29-cu fəslinin Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri başlığı altında sənaye dəmir- beton borularının boruçəkənləri göstərilən xüsusiyyətləri ilə eynidir. Həmin müəsissədə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci tarixinədək işlədiyi “boru ustası” peşəsi eyni siyahının 29-cu fəslinin Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırılma işləri üzrə usatalar bəndi ilə eynilik təşkil edir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın öz əksini tapmışdır. Onun 40 ildən çox əmək stajı vardır. Bu stajın 12 il 6 ayından çoxunu zərərli iş şəraitində işləmişdir. Güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdatıə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, idarə guya güzəştli iş stajının 12 il 6 aydan az olmasını əsas gətirərək pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh orqan, iddia tələbinə xx.xx.2024-cü il tarixli etirazında qeyd etmişdir ki, işin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, beləliklə də xx.xx.2023-cü il tarixdə 62 yaşı tamam olmuşdur. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir həmin maddənin iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan normaların müddəaları baxımından İddiaçı 2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu:
1. Ərizəçinin 60 yaşı tamam olmalıdır (yaş tələbi);
2. Ərizəçi iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi);
3. Ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə ərizəçi ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). Ərizəçinin işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən: Həmin Qaydaya 2 nömrəli Əlavədə isə şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışının forması göstərilmişdir. Buna əsasən, işəgötürənin arayışında aşağıdakı məlumatlar qeyd olunmalıdır:
1. Arayışı verən dövlət orqanının (qurumun), işlədiyi müəssisənin adı;
2. Arayışın təqdim olunduğu şəxsin adı, soyadı və atasının adı;
3. Şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) işlədiyi dövrlər və həmin vəzifənin adı;
4. Şəxsin 3-cü bənddə qeyd edilmiş vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər;
5. Şəxsin işlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı (il, ay, günlə göstərilməklə);
6. Şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri;
7. Şəxsin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı Qərarı ilə təsdiq edilmiş Siyahının hansı bəndinə/ (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyğun olması. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Həmin icmal məktubunda qeyd olunur ki, bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İşin faktiki hallarından da məlum olur ki, iddiaçı M.X7 müraciət edərkən aşağıda qeyd olunmuş 4 müəssisədən iş stajı ilə bağlı arayışlar təqdim etmişdir:
1. "xxxx" ASC;
2. "xxxx" ASC;
3. "xxxx" MMC;
4. “Azfen" BM. Həmin arayışlarda iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının aşağıdakı bəndlərinə uyğun olduğu qeyd edilmişdir:
1. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və sənaye dəmir-beton borularının boruçəkənləri, eləcə də mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar;
2. Elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr bəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri. M.X5 təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 8/k12 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək həmin müəssisədə quraşdırıcı-çilingər, boru xətlərinin və sinxron konpensatoriarın quraşdırıcısı, texnoloji boru xətləri quraşdırılması peşələrində çalışmışdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 01-PH/320 və 01-PH/320/1 nömrəli arayışlarında xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək iddiaçının quraşdırıcı-çilingər peşəsində çalışdığı qeyd olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 29 nömrəli arayışında xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək İddiaçı quraşdırıcı-çilingər peşəsində işlədiyi göstərilmişdir. "xxxx" BA/l-in xx.xx.2023-cü il tarixli AZF-2023/57-K nömrəli arayışında isə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının həmin müəssisədə boruçu və boru ustası peşələrində işlədiyi qeyd edilmişdir. İddiaçı quraşdırıcı-çilingər, boru xətlərinin və sinxron konpensatorların quraşdırıcısı, texnoloji boru xətləri quraşdırılması və quraşdırıcı-çilingər peşələri sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulan peşələrə aid deyil. Həmçinin, sözügedən arayışlarda iddiaçının boruçu peşəsində işlədiyi müddətdə bilavasitə sənaye dəmir-beton borularının çəkilməsində işləyib-işləmədiyi, boru ustası peşəsində işlədiyi müddətdə isə tikinti və quraşdırma işləri üzrə usta olub-olmadığı barədə hər hansı məlumat qeyd olunmadığından həmin dövrlərin güzəştli iş stajına aid olubolmamasını müəyyən etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdehin imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır:
1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması;
2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib- seçməməsi. Mövcud icraat materiallarına əsasən İddiaçı güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 6 aydan azdır və “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə pensiya təyinatına imkan verməmişdir. Deməli, güzəştli iş stajı ilə bağlı dispozisiya şərti iddiaçıya münasibətdə mövcud olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olubolmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, güzəştli iş stajı və pensiya kapitalı (və ya ümumi iş stajı) tələbi ilə bağlı qeyd olunan üç şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. İddiaçı güzəştli iş stajı tələb olunan müddətdən az olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2021-ci tarixli Arayışı; AZFEN Birgə Müəssisəsinin xx.xx.2023-cü il tarixli Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair Arayışı; "xxxx" MMC-nin 29 nömrəli, 15 may 2023-cü il tarixli Arayışı, xx.xx.2002-ci il tarixli 102 nömrəli Əmək müqaviləsi və 01-ks nömrəli Əmr; Azərbaycan Respublikası "xxxx" ASC-nin işin xarakteri haqqında Arxiv Arayışı; Azərbaycan Respublikası "xxxx" ASC-nin Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair Arayışı; AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, ИT-İ ******* №-li əmək kitabçasının surəti.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 (iddiaçının hüququnun yarandığı vaxt qüvvədə ola redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1961-ci ildə doğulub). Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixinədək iddiaçının ümumi iş stajını 32 il 1 ay 27 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 10 ay 27 gün əmək stajı (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olaraq qəbul edir. Həmçinin cavabdeh orqanın mövqeyinə görə iddiaçıya münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixinə 40800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 63834,36 manat təşkil etmişdir. Yəni, iddiaçının ümumi iş stajını və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Bununla belə cavabdeh orqan iddiaçının xx.xx.2021-ci il tarixə güzəştli iş stajının 12 il 6 aydan az (5 il 1 ay 11 gün (xx.xx.2003-xx.xx.2005- ci il, xx.xx.2014-xx.xx.2016-cı il, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini bildirir və bunu onunla əsaslandırır ki, iddiaçının quraşdırıcı-çilingər, boru xətlərinin və sinxron konpensatorların quraşdırıcısı, texnoloji boru xətləri quraşdırılması və quraşdırıcı-çilingər peşələri sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulan peşələrə aid deyil. Həmçinin, sözügedən arayışlarda iddiaçının boruçu peşəsində işlədiyi müddətdə bilavasitə sənaye dəmir-beton borularının çəkilməsində işləyib-işləmədiyi, boru ustası peşəsində işlədiyi müddətdə isə tikinti və quraşdırma işləri üzrə usta olub-olmadığı barədə hər hansı məlumat qeyd olunmadığından həmin dövrlərin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, aşağıda qeyd olunmuş 4 müəssisədən iş stajı ilə bağlı arayışlar təqdim etmişdir:
1. "xxxx" ASC;
2. "xxxx" ASC;
3. "xxxx" MMC;
4. “Azfen" BM. Həmin arayışlarda iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının aşağıdakı bəndlərinə uyğun olduğu qeyd edilmişdir:
1. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və sənaye dəmir-beton borularının boruçəkənləri, eləcə də mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar;
2. Elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr bəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 8/k12 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək həmin müəssisədə quraşdırıcı-çilingər, boru xətlərinin və sinxron konpensatoriarın quraşdırıcısı, texnoloji boru xətləri quraşdırılması peşələrində çalışmışdır (7 il, 11 ay, 15 gün). "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 01-PH/320 və 01-PH/320/1 nömrəli arayışlarında xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək iddiaçının quraşdırıcı-çilingər peşəsində çalışdığı qeyd olunmuşdur (6 il, 09 ay, 2 gün). "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 29 nömrəli arayışında xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək iddiaçının quraşdırıcı-çilingər peşəsində işlədiyi göstərilmişdir (8 ay 18 gün). "xxxx" BAM-in xx.xx.2023-cü il tarixli AZF-2023/57-K nömrəli arayışında isə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının həmin müəssisədə boruçu və boru ustası peşələrində işlədiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən iddiaçının zərərli sahədə işləməsinə dair təqdim etdiyi güzəştli arayışların məzmununun dəqiqləşdirilməsi məqsədilə "xxxx" MMC-yə və "xxxx" ASC-yə sorğular verilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı, "xxxx" MMC-də xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək kran istehsalı sahəsində, quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. İddiaçının "xxxx" MMC-də quraşdırıcı-çilingər vəzifəsi üzrə faktiki yerinə yetirmiş olduğu əmək funksiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 29-cu fəslində müəyyən edilmiş "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" sahəsinin və "polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar" vəzifəsinin xüsusiyyətləri ilə eynilik təşkil edir. "xxxx" ASC tərəfindən təqdim edilmiş cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı, xx.xx.2005-ci ildə (əmr№ 190-ş, xx.xx.2005-ci il) "xxxx" MMC-nin Sumqayıt sahəsinə 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsinə qəbul edilib, xx.xx.2007-ci ildə (Əmr №-209/la -kş, xx.xx.2007-ciil) X3 İdarəsinin Turbin Quraşdırmasında 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsinə işləmişdir və xx.xx.2009-cu ildə (Əmr №-12/14-kş, xx.xx.2009-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə ( işçinin təşəbbüsü ilə ) əsasən əmək müqaviləsi xitam edilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” fəhlələr bəndinin “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” yarımbəndinə əsasən quraşdırıcılarm işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXVİİ fəslinin “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə”a” Fəhlələr fəslinin “polad və dəmir-beton konstruksiyaların quraşdırılması” üzrə quraşdırıcılar 2290000a-14612 saylı ilə eynidir və xüsusi zərərli əmək şəraitli işlər hesab edildiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. Göründüyü kimi iş üzrə toplanmış sübutlarla iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahələrdə işləməsi və həmin müddətin tələb olunan 12 il 6 aydan artıq olması müəyyən edilir. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisələr onun istinad olunan Siyahıda qeyd edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işləməsini təsdiq etdiyi halda cavabdeh orqanın hansı meyara əsasən həmin arayışların məzmunu ilə razılaşmaması aydın deyil. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan yarandığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının bitdiyi xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.