Məhkəmə qərarları › İş №2-1(116)-14/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-14/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-14/2021 18.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, X1, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs X13 iştirakı ilə İddiaçılar İddiaçı və X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X27rşı (üçüncü şəxs: X25) “X13 adına verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X27rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X13 adına verilmiş plan və ölçü sənədinin ləğv edilməsi və mülkiyyətlərində qalan 0.04 ha torpaq sahəsinin naturada tanıdılması, onların adına plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi iddiaçılar və X14 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair payların müəyyən edilməsi üçün məhkəməyə müraciət edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(025)-19/2014 nömrəli qətnaməsi ilə paylar müəyyən edilmiş, 0.04 ha iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Bunun əsasında RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. İddiaçı çıxarışa əsasən mülkiyyətlərində olan 0.04 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(84)-838/2019 nömrəli qərardadı ilə X25 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin dəftərxanasına xx.xx.2019-cu il tarixində daxil olmuş iddia ərizəsinə əlavədə iddiaçılar İddiaçı və X9 3-cü şəxsin adına verilmiş plan-ölçü sənədinin ləğv olunması, mülkiyyətlərində olan 0.04 ha torpaq sahəsinin naturada tanıdılması, adlarına plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli iclaslarında İddiaçı nümayəndəsi və vəkilinə iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X8 məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “X13 adına verilmiş plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(116)-44/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********37 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı X5 şəhərində yerləşən 0.04 ha torpaq sahəsinin naturada tanıdılması və plan və ölçü sənədinin hazırlanıb verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X35 müraciət etmişdir. İddiaçının müraciətinə əsasən Ərazi İdarəsinin mütəxəssisləri qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak obyektinə baxış keçirilərək çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə elektron kadastr baza məlumatları ilə müqayisə edilmiş, iş Ərazi idarəsinin arxivində saxlanılan həmin torpaq sahəsi ilə bağlı materiallardan istifadə olunmaqla mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmışdır. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli) Çıxarışa əsasən X13 adına qeydiyyata alınmış 0.025 ha torpaq sahəsi əvvəllər hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasında X22 mülkiyyətində olan 0.06506 ha torpaq sahəsinin tərkib hissəsi olmuşdur. X29 Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan 0.06506 ha torpaq sahəsinin 0.04 ha hissəsini xx.xx.2008-ci il tarixli 4Ə/96 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X3 və X15 müraciəti əsasında alqı satı yolu ilə əldə etdiyi 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2008-ci il taridə ********* qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış, həmin torpaq sahəsindən yerdə qalan 0.025 ha hissəsi isə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla X22 adına qeydiyyata alınmışdır. X22 0.025 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra vətəndaş həmin torpaq sahəsini xx.xx.2012-ci il tarixdə 4Ə/667 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2. X28 daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti əsasında həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınaraq X18 adına ********** qeydiyyat nömrəli Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X28 öz növbəsində həmin torpaq sahəsini xx.xx.2013-cü il tarixdə 4Ə/686 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X4 və Firəngiz Qəribovanın müraciəti əsasında 0.025 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Məlumat üçün bildirilir ki, qeyd olunan 0.06506 ha torpaq sahəsinə dair ilkin arxiv sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, xx.xx.2008-ci il tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasında X22 adına qeydiyyata alınmış 0.06506 ha torpaq sahəsinin planı və ölçüsü sənədi və həmçinin həmin torpaq sahəsindən bölünərək X15 adına xx.xx.2008-ci il taridə ********* qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 0.04 ha torpaq sahəsinin planı və ölçüsü sənədi Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatlarına istinad olunaraq sənəd üzrə göstərilən ölçüdə və koordinatda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmış, lakin xx.xx.2012-ci il tarixdə 0.025 ha torpaq sahəsi X22 adına qeydiyyata alınan zaman (sonradan həmin torpaq sahəsi X13 adına qeydiyyata alınmışdır - xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış) 0.025 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları texniki səhv olaraq 60 m xəta ilə Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatlarına görə JN-1501F saylı, şəhadətnamənin üzərinə düşmüş, əslində isə X13 adına qeydiyyata alınmış 0.025 ha torpaq sahəsinin sənəd üzrə yeri başqa ərazidə yerləşir və həmin torpaq sahəsindən başqa vətəndaş istifadə edir. Bu səbəbdən xx.xx.2014-cü il tarixli Məhkəmə qətnaməsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-1501F saylı şəhadətnamədən X10 və X7 payına düşən 0.04 ha torpaq sahəsi qeydiyyata alınan zaman həmin torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi mümkün olmamış, X11 və X7 adına yalnız xx.xx.2015ci il tarixdə (********** qeydiyyat nömrəli) Dövlət reyestrindən Çıxarış verilmişdir. Eyni zamanda məlumat üçün bildirilir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə aparılan çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatları ilə müqayisə olunarkən müəyyən olunmuşdur ki, sözü gedən ərazidə yerləşən torpaq sahələrinin sərhədlərinin vətəndaşların öz istəklərinə uyğun şəkildə bağlanması nəticəsində ətraf mühitin planı tamamilə dəyişilmiş və bu da faktiki ərazinin stiuasiyası planı ilə elektron DWJ baza məlumatları ilə müqayisədə uyğunsuzluqların yaranmasına səbəb olmuşdur. Qeyd olunan səbəblərə görə müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-1501F nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi iddiaçılarla X14 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-19/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, hazırkı iş üzrə iddiaçılarla həmin iş üzrə cavabdeh X14 paylı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin onlar arasında naturada ayrılması barədə iddia tələbi təmin edilmiş, xx.xx.2014cü il tarixli ekspert rəyinə əsasən torpaq sahəsinin 2/3 hissəsi naturada ayrılaraq iddiaçıların paylı mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2(107)-527/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra 0.04 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli çıxarış tərtib edilərək, sahə İddiaçı və G.Məmmədovanın ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-08/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, hazırkı iş üzrə üçüncü şəxs F.Qəribova cavabdehlər (hazırkı iş üzrə iddiaçılar) İddiaçı və G.Məmmədovaya qarşı iddia qaldıraraq cavabdehlərin onun torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2017ci il tarixli qərarla məhkəmə mühəndis-tikinti ekspertizası təyin etmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2017-ci il tarixli, 17295 nömrəli ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin rəisi Etibar Qasımovun xx xxxxxx 2017-ci il tarixli **********77 saylı məktubunu nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, № 02324499 saylı (xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli) Çıxarışa əsasən X13 adına qeydiyyata alınmış Qəbələ şəhəri, Nəsimi küçəsi, 30 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, № ******* saylı (xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli) Çıxarışa əsasən İddiaçı və X7 adına qeydiyyata alınmış Qəbələ şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin naturada (tam həcmdə) üst-üstə düşdüyü müəyyən edilir. Lakin sonradan iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, ərizənin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan JN-1495G nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 03 saylı qərarı ilə 0.07 ha həyətyanı torpaq sahəsi X34 və X22 mülkiyyətinə verilmişdir. R.İ.Kərimovun xx.xx.2003-cü il tarixdə vəfatından sonra həmin torpaq sahəsi mərhumun qanun üzrə vərəsəsi həyat yoldaşı S.Kərimovanın mülkiyyətinə verilmişdir. AA seriyalı 000913 nömrəli, xx.xx.2008-ci il tarixli plan və ölçü sənədi, MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 0.06506 ha həyətyanı torpaq sahəsi X22 mülkiyyətində olmuşdur. xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən S.Kərimova mülkiyyətində olan torpaq sahəsinin 0.04 ha hissəsini X3, bununla bağlı C.Səfərovun adına AA seriyalı, 001691 nömrəli xx.xx.2008-ci il tarixli plan və ölçü sənədi və MH seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Həyətyanı torpaq sahəsinin qalan 0.025 ha hissəsinə S.Kərimovanın adına AA seriyalı 012969 nömrəli xx.xx.2012-ci il tarixli plan ölçü sənədi və RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış tərtib edilmişdir. Bundan sonra S.Kərimova mülkiyyətində olan 0.025 ha həyətyanı torpaq sahəsini xx.xx.2012-ci il tarixli müqavilə əsasında X2. Bunun əsasında Z.Məmmədovun adına AA seriyalı 016094 nömrəli xx.xx.2013-cü il tarixli plan və ölçü sənədi və RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarış tərtib edilmişdir. Z.Məmmədov isə xx.xx.2013-cü il tarixdə torpaq sahəsini hazırkı iş üzrə üçüncü şəxs F.Qəribovaya satmış və bununla bağlı sonuncunun adına RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarış və AA seriyalı 000045 nömrəli xx.xx.2013-cü il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında X22 adına qeydiyyata alınmış 0.06506 ha torpaq sahəsinin planı və ölçüsü sənədi və həmçinin həmin torpaq sahəsindən bölünərək X15 adına xx.xx.2008-ci il taridə ********* qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 0.04 ha torpaq sahəsinin planı və ölçüsü sənədi Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatlarına istinad olunaraq sənəd üzrə göstərilən ölçüdə və koordinatda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmış, lakin xx.xx.2012-ci il tarixdə 0.025 ha torpaq sahəsi X22 adına qeydiyyata alınan zaman (sonradan həmin torpaq sahəsi X13 adına qeydiyyata alınmışdır - xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış) 0.025 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları texniki səhv olaraq 60 m xəta ilə Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatlarına görə JN-1501F saylı, şəhadətnamənin üzərinə düşmüş, əslində isə X13 adına qeydiyyata alınmış 0.025 ha torpaq sahəsinin sənəd üzrə yeri başqa ərazidə yerləşir və həmin torpaq sahəsindən başqa vətəndaş istifadə edir. Bu səbəbdən xx.xx.2014-cü il tarixli Məhkəmə qətnaməsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-1501F saylı şəhadətnamədən X10 və X7 payına düşən 0.04 ha torpaq sahəsi qeydiyyata alınan zaman həmin torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi mümkün olmamış, X11 və X7 adına yalnız xx.xx.2015-ci il tarixdə (********** qeydiyyat nömrəli) Dövlət reyestrindən Çıxarış verilmişdir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə X13 adına xx.xx.2013-cü il tarixində tərtib edilmiş **********44 reyestr nömrəsi olan AA seriyalı 000045 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X33 üzərinə üçüncü şəxs X13 adına xx.xx.2013-cü il tarixində tərtib edilmiş reyestr nömrəsi **********44 olan AA seriyalı 000045 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar