Məhkəmə qərarları › İş №2-1(116)-14/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-14/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-14/2022 12.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "X1 və ailə üzvlərinin adına olan JN-1409 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsi" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "X1 və ailə üzvlərinin adına olan JN-1409 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsi" barədə iddiasına dair iş Şəki İnzibati Məhkəməsinin icraatındadır. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, X1 və ailə üzvlərinin adına olan JN-1409 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın hissəvi ləğv edilə bilməsi üçün həmin dövlət aktının mübahisələndirilən hissəsinin qanunsuz olması müəyyən edilməlidir. Həmin dövlət aktında göstərilən torpaq sahəsi mülkiyyətçilərə Balakən Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 nömrəli qərarı əsasında verilmişdir. Beləliklə, hazırkı işdə əsas və həlledici sənəd Balakən Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 nömrəli qərarıdır ki, bu qərar da hazırda qüvvədədir, yəni hər hansı bir yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Belə olan halda isə, hazırkı iddia mümkün sayıla bilməz. Eyni hüquqi mövqe 2-1(102)-360/2022 nömrəli oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2022-ci il tarixli qərarında ifadə edilmişdir. Məhkəmənin 28.03.2022-ci il tarixli məktubu ilə bu hallar tərəflərin diqqətinə çatdırılmış və məhkəmənin mövqeyi ilə bağlı fikirlərini 10 gün müddətində məhkəməyə bildirmələri xahiş edilmişdir. Cavabdeh məhkəmənin təklifinə münasibət bildirməsə də, iddiaçılar məhkəməyə yazılı münasibət göndərərək iddianın mümkün sayılmamasına etiraz etmiş və iddianın təmin olunmasını xahiş etmişlər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddiada mübahisələndirilən "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsinin mülkiyyətçilərə Balakən Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 nömrəli qərarı əsasında verilməsi və həmin qərarın hal-hazırda qüvvədə olması iddianın mümkün sayılmasını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "X1 və ailə üzvlərinin adına olan JN-1409 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar