Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-14/2023 16.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, cavabdehin Mingəçevir bələdiyyəsinin nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “bələdiyyə qərarlarının etibarsız hesab edilməsi, bələdiyyənin hesabına cəmi ödənilmiş 12740 manat və keçən dövr ərzində vurulmuş maddi zərərə görə 10 000 manat, mənəvi zərərə görə 5000 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 27770 manat pul vəsaitinin cavabdehdən tutularaq özünə ödənilməsi” tələbinə dair inzibati işə işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh xx.xx.2006-cı il tarixli, 23/4 saylı və xx.xx.2007-ci il tarixli, 34/2 saylı qərarlarının və torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2007-ci il tarixli və xx.xx.2006-cı il tarixli aktların etibarsız hesab edilməsi, bələdiyyənin hesabına ödənilmiş 6160 manat, 3120.40 manat, o cümlədən qeyd edilən torpaq sahələrinə görə 2018-ci il tarixinədək Mingəçevir Bələdiyyəsinə torpaq vergisinə görə ödənilmiş ümumilikdə 3460 manat, cəmi ödənilmiş 12740 manat və keçən dövr ərzində vurulmuş maddi zərərə görə 10 000 manat, mənəvi zərərə görə 5000 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 27770 manat pul vəsaitinin Cavabdehndən tutularaq özünə ödənilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-131/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 17 saylı Yevlax Ərazi İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin “torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2007-ci il tarixli və xx.xx.2006-cı il tarixli aktların etibarsız hesab edilməsi” hissəsi mümkün sayılmamışdır. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Minəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 34/2 saylı qərarına əsasən 0.7 ha torpaq sahəsi, Minəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 23/4 saylı qərarına əsasən 225 kv.m və fəaliyyətini genişləndirmək məqsədi ilə həmin ərazinin yanındakı 2465 kv.m yararlı hala salınmasını nəzərə alaraq, cəmi 2690 kv.m torpaq sahəsi alqı-satqı yolu iddiaçıya satılmışdır. İddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2007-ci il tarixli, 34/2 saylı qərarı ilə ayrılmış 0.7 ha torpaq sahəsinə görə xx.xx.2017-ci il tarixində 6160 azn, Minəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 23/4 saylı qərarı ilə ayrılmış 2690 kv.m torpaq sahəsinə görə xx.xx.2006-cı ildə 3120.40 azn pul vəsaiti ödənilmişdir. İddiaçı, sözügedən torpaq sahələri ilə bağlı 2018-ci il tarixinədək Mingəçevir şəhəri, Minəçevir Bələdiyyəsinə ümumilikdə 3460 azn torpaq vergisi ödəmişdir. Minəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 23/4 savlı və xx.xx.2007-ci il tarixli, 34/2 saylı qərarları ilə ayrılmış torpaq sahələri dövlət mülkiyyətində olmuş, bələdiyyənin həmin torpaq sahələrini ayırmaq səlahiyyəti olmamışdır. ünvan 1 ünvanda yerləşən İslam Mədrəsəsinin ükintisi üçün 0,70 ha torpaq sahəsi Mingəçevir şəhər X8 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 08 saylı qararı ilə ayrılmışdır. İslam Mədrəsəsinin binası Mingəçevir şəhər X5 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə 43 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış və həmin daşınmaz əmlaka dair "qeydiyyat vəsiqəsi" və texniki pasport" verilmişdir. Qeydiyyat vəsiqəsinə əsas olmuş sənədlərdən biri Mingəçevir Şəhər Xalq X2 Heyətinin xx.xx.1994-cü il tarixli 08 saylı qərarı olmuşdur. Həmin qərardan görünür ki, İslam Mədrəsəsinin tikintisi üçün ayrılmış 0,70 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Bundan əlavə xx.xx.2016-cı il tarixli, ********** nömrəli "Çıxarış"ın surətindən görünür ki, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 87 saylı sərəncamı ilə İslam Universitetinin Mingəçevir filialına öz şəxsi vəsaiti hesabına yeməkxana tikmək üçün filialın mövcud hasarının şimal tərəfindəki ərazidən ayrılmış 225 kv.m torpaq sahəsi də dövlət torpağı olduğundan Mingəçevir şəhəri, Minəçevir Bələdiyyəsinin həmin torpaq sahələrini ayırmaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydalar"ına əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması səlahiyyəti Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Göründüyü kimi Mingəçevir şəhəri, Minəçevir Bələdiyyəsi tərəfindən dövlət mülkiyyətinə aid olan torpaq sahələrinə dair qanunsuz olaraq sərəncam verilmiş, öz səlahiyyətlərinə aid olmayan qərarlar qəbul edilmişdir. Nəticədə iddiaçıya külli miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Cavabdeh, iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı 26 noyabr 1992-ci il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Mingəçevirdə islamın təbliği, dini ayinlərin və “Qurani-Kərim”in öyrənilməsi məqsədilə İslam Mədrəsəsinin qeydə alınmasını təvəqqe etmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 488 №-İi 02 dekabr 1992-ci il tarixli sərəncamı ilə onun ərizəsi nəzərə alınaraq X9 dini tədris müəssisəsi kimi uçota alınmışdır. Bundan 1 il sonra, İddiaçı xx.xx.1994-cü il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Mədrəsə tikintisi və gələcəkdə Mədrəsənin ərazisinin genişləndirilməsi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İddiaçı ərizəsi Mingəçevir Şəhər İcra Hakimiyyətində xx.xx.1994-cü il tarixdə qeydə alınaraq baxılması üçün Baş memara yönləndirilmiş və baş memar bu məqsəd üçün 0.70 ha torpaq sahəsinin ayrılması barədə Mingəçevir Şəhər X7rşısında vəsatət qaldırılmasını Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısına yazılı təklif etmişdir. Bundan sonra, İcra Hakimiyyətinin başçısı 04 fevral 1994-cü il tarixli 286 №-li vəsatətlə Mingəçevir Şəhər XDM-nə müraciət edərək İslam Mədrəsəsinin tikintisi üçün 0.08 ha və mədrəsənin gələcəkdə genişləndirilməsi üçün 0.62 ha - cəmi 0.70 ha torpaq sahəsinin ayrılmasına baxılmasını xahiş etmiş və vəsatətə İddiaçı ərizəsini, baş memarın vəsatətini və torpaq sahəsinin sxemini (şəhərin baş planından çıxarışı) əlavə etmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin həmin vəsatətinə Mingəçevir Şəhər XDM-nin Torpaq Komissiyasının xx.xx.1994-cü il tarixli iclasında baxılmış və həmin torpaq sahəsinin həmin ölçüdə ayrılmasını məqsədəuyğun hesab etmişdir. Bundan sonra, məsələ Mingəçevir Şəhər XDM-nin Rəyasət Heyətinin iclasına çıxarılmış və Mingəçevir Şəhər XDM Rəyasət Heyətinin 28 fevral 1994-cü il tarixli 03 saylı qərarı ilə Torpaq Komissiyasının rəyi nəzərə alınaraq İddiaçı şəxsi vəsaiti hesabına İslam Mədrəsəsinin tikintisi üçün 0.08 ha fərdi torpaq sahəsinin və gələcəkdə islam mədrəsəsinin genişləndirilməsi üçün 0.62 ha torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. Bundan sonra, İddiaçı ərizəsi əsasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli 213 №-li sərəncamı ilə ona 0.70 ha torpaq sahəsində İslam Mədrəsəsinin və əlavə köməkçi otaqların tikintisinə icazə verilmişdir. Daha sonra, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 87 №-İi 14 aprel 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ərizəsi və Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Torpaq Komissiyasının 11 mart 1999-cu il tarixli 03 №-li rəyi nəzərə alınaraq İslam Mədrəsəsinin hasarının şimal tərəfində yeməkxana tikintisi üçün 225 kv.metr torpaq sahəsi ayrılmışdır. Bundan sonra, İddiaçı ayrılmış 225 kv.metr torpaq sahəsinə bitişik boş olan 2465 kv.metr torpaq sahəsinin də fəaliyyətinin genişləndirilməsi üçün ona ayrılmasını və cəmi 2690 kv.metr (225+2465 kv.metr) torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini xx.xx.2006-cı il tarixli ərizəsi ilə Mingəçevir Şəhər Bələdiyyəsindən xahiş etmişdir. Mingəçevir Bələdiyyəsi bu müraciətlə əlaqədar DT və XK-nin Mingəçevir Şəhər Şöbəsinə xx.xx.2006-cı il tarixli vəsatətlə müraciət etmiş və DT və XK-nin Mingəçevir şəhər şöbəsi vəsatətə baxaraq xx.xx.2006-cı il tarixli məktubu ilə həmin məqsəd üçün torpaq sahəsinin torpaq qanunvericiliyinin tələblərinə uyğun ayrılmasını məqsədəmüvaflq hesab edərək 2690 kv.metr X11 məktuba əlavə etmişdir. Bundan sonra, Mingəçevir Bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq məsələləri” daimi komissiyası 2465 kv.metr əlavə torpaq sahəsinin İddiaçı ayrılmasını və cəmi 2690 kv.metr (225+2465 kv.metr) torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsinin məqsədəuyğunluğu barədə xx.xx.2006-cı il tarixli Rəy verərək Bələdiyyə sədrinə təqdim etmişdir. Bundan sonra, Mingəçevir Bələdiyyəsi 03 iyun 2006-cı il tarixli 23/4 Qərarı ilə İddiaçı müraciətini, Mingəçevir Bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq məsələləri” daimi komissiyasının, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin və DT və XK-nin Mingəçevir Şəhər Şöbəsinin müsbət rəylərini nəzərə alaraq 2690 kv.metr torpaq sahəsini alqı-satqı solu ilə bilavasitə İddiaçı mülkiyyətinə vermiş və torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Daha sonra, İddiaçı xx.xx.2007-ci il tarixdə ərizə ilə Mingəçevir Bələdiyyəsinə müraciət edərək Mingəçevir XDM-nin qərarı ilə istifadəsinə ayrılmış və həmin sahədə İslam Mədrəsəsinin tikintisinə icazə verilmiş 0.70 ha torpaq sahəsinin alqı- atqı yolu ilə onun mülkiyyətinə verilməsini xahiş etmişdir. X4 Babayevin bu müraciəti ilə əlaqədar xx.xx.2007-ci il tarixdə vəsatətlə DT və XK- lin Mingəçevir Şəhər Şöbəsinə müraciət etmiş və həmin şöbə xx.xx.2007-ci il tarixli 539 fc-li rəyi ilə alqı-satqı yolu ilə 0.70 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Bundan sonra, Mingəçevir Bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq məsələləri” daimi komissiyası İddiaçı ayrılmış 0.70 ha torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsinin məqsədəuyğunluğu barədə xx.xx.2007-ci il tarixli Rəy verərək Bələdiyyənin sədrinə təqdim etmişdir. Bundan sonra, Mingəçevir Bələdiyyəsi 31 mart 2007-ci il tarixli 34/2 saylı Qərarı ilə İddiaçı müraciətini, Mingəçevir Bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq məsələləri” daimi komissiyasının, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin və DT və XK-nın Mingəçevir Şəhər Şöbəsinin müsbət rəylərini nəzərə alaraq 0.70 ha torpaq sahəsini alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə vermiş və torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı ayrı-ayrı vaxtlarda ona torpaq sahəsinin ayrılması barədə ərizələri əsasında şəxsən onun istifadəsinə həmin torpaq sahələri ayrılmış və sonradan istifadəsində olan torpaq sahələrinin şəxsən ona satılması barədə Mingəçevir Bələdiyyəsinə ərizələri əsasında torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada ona satılmış və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmin vaxtdan da hal-hazıradək 30 ilə yaxındır ki, İddiaçı mübahisələndirdiyi torpaq sahələrindən əvvəlcə istifadəçi kimi, 2006-cı ildən isə mülkiyyətçi kimi istifadə edir. İddiaçı iddia tələbinin predmeti olan qərarların etibarsız sayılması tanınma haqqında iddia hesab olunur. Belə ki, İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialar müəyyənetmə və ya tanınma haqqında iddiadır və inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-nin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Bu hüquq normasının mənasına görə iddiaçı həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər hüquqi, iqtisadi və ya ideya xarakterli marağı olduğu halda iddia qaldıra bilər. Təqdim olunmuş sübutlara əsasən İddiaçı uzun illərdir ki, mübahisələndirdiyi torpaq sahələrindən öz məqsəd və mənafeyi üçün istifadə edir, onun maraqlarına toxunan hər hansı maneə və ya digər məhdudiyyətlər yoxdur. Belə olan halda hazırkı iddia tələbi üçün inzibati hüquq münasibətləri baxımından iddiaçının hansı hüquqi, iqtisadi və ya ideya xarakterli marağı ola bilər? Belə maraq qanunvericiliyin tələbləri baxımından mövcud deyil, yoxdur. İşin faktiki və hüquqi hallarından, eləcə də təqdim olunmuş sübutlardan göründüyü kimi, İddiaçı münasibətdə Mingəçevir Bələdiyyəsi səlahiyyətli olmuş və öz səlahiyyətləri daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahələrinin alqısatqısmı həyata keçirmişdir. Digər tərəfdən, hazırkı iş üzrə məhkəmə aidiyyəti mübahisəsi də var, yəni hazırkı mübahisə inzibati mübahisə deyil, mülki xarakterli olduğuna görə ümumi məhkəməyə aiddir. Belə ki, mübahisə müqavilə münasibətlərindən irəli gələn mübahisədir, iddiaçı və cavabdeh müqavilə tərəfləridir, tərəflər mübahisə predmeti üzrə bərabər tərəflərdir, alqısatqı üzrə tərəflərdən biri digərinə qarşı hakimiyyət səlahiyyətli deyil, alqı-satqıya münasibətdə bərabər, eyni statusa malik tərəflərdir. Yəni, Mingəçevir Bələdiyyəsi torpağı satan, İddiaçı isə torpağı alan qismində iştirak etməklə mülki xarakterli münasibətlər nümayiş etdirmişlər. Bu hüquqi nöqteyi-nəzərdən İddiaçı istifadəsinə verilmiş torpaq sahələrinin alqısatqı qərarı digər şəxslərə yönəlməmişdir, bilavasitə özünə satılmışdır, eləcə də, bələdiyyəyə məxsus boş olan 2465 kv. metr torpaq sahəsi də ona bilavasitə satılmışdır. İddiaçılə bələdiyyə arasındakı mübahisə mülki hüquqi xarakterli olduğundan, bu münasibətlərdən irəli gələn, o cümlədən hazırkı işdə olduğu kimi iddiaçının qərarların və alqı-satqı aktlarının etibarsız hesab edilməsindən ibarət tələbinə dair mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçın nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 1521 nömrəli arayışından görünür ki, Mingəçevir Bələdiyyəsinin 03 iyun 2006 - cı il tarixli 23/4 saylı qərarına əsasən 2690 m2 torpaq sahəsi alqı satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Mülkiyyətə verilmiş torpağa görə iddiaçı tərəfindən Bələdiyyənin hesabına xx.xx.2006 -cı il tarixdə 3120.40 (üç min bir yüz iyirmi manat qırx qəpik) manat və xx.xx.2017-ci il tarixdə 6160 (altı min bir yüz altmış) manat cəmi: 9280 (doqquz min iki yüz səksən) manat vəsait ödənilmişdir. Mülkiyyətə verilmiş həmin torpaqlara görə xx.xx.2010-cu il tarixdə 540 manat xx.xx.2010cu il tarixdə 210 manat, xx.xx.2011-ci il tarixdə 382 manat, xx.xx.2012-ci il tarixdə 388 manat, xx.xx.2013-cü il tarixdə 388 manat, xx.xx.2014-cü il tarixdə 388 manat, xx.xx.2015ci il tarixdə 388 manat, xx.xx.2017-ci il tarixdə 776 manat, cəmi: 3460 (üç min dörd yüz altmış) manat torpaq vergisi ödənilmişdir. 2018 -ci il üçün torpaq vergisi ödənilməmişdir. - Mingəçevir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 23/4 nömrəli qərarından görünür ki, Mingəçevir ŞİH-nın xx.xx.1999-cu il tarixli 87 saylı sərəncamı ilə Naxçıvan küçəsi ev 29 mənzil 132-də yaşayan Hacı İddiaçı Bakı İslam Universitetinin Mingəçevir filialına öz şəxsi vəsaiti hesabına yeməkxana tikmək üçün filialın mövcud hasarının şimal tərəfindəki ərazisindən ayrılmış 225 (iki yüz iyirmi beş) m2 və fəaliyyətinin genişləndirmək məqsədiləhəmin ərazinin yanındakı 2465 (iki min dörd yüz altmış beş) m2 torpaq sahəsinin yararlı hala salınması nəzərə alaraq, cəmi 2690 (iki min altı yüz doxsan) m2 torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi qərara alınmışdır. - Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 34/2 nömrəli qərarından görünür ki, Mingəçevir şəhər Naxçıvan küçəsi ev 29 mənzil 132-də yaşayan İddiaçı şəhər İH başçısının xx.xx.1994 tarixli 213 saylı sərəncamı ilə İslam Mədrəsəsinin tikintisi üçün A.Məmmədov küçəsinin sol hissəsindəki boş sahədən ayrılmış 0,7 hektar torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi qərara alınmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütxəssis rəyində qeyd edilmişdir ki, sorğuda qeyd edilmiş hər iki (0.7 ha və 2690 kv.m) torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində və istifadəsindədir. - Mingəçevir şəhər İHB-nın xx.xx.1999-cu il tarixli 87№-li sərəncamından görünür ki, Bakı İslam Universitetinin Mingəçevir filalı üçün Hacı xanəli oğlu Babayevin şəxsi vəsaiti hesabına yeməkxana tikmək üçün filialın mövcud hasarının şimal tərəfində 225 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. - XVİİ çağırış Mingəçevir şəhər xalq X2 heyəti iclasının xx.xx.1994-cü il tarixli 03 saylı protokolundan çıxarışdan görünür ki, X1 şəxsi vəsaiti hesabına İslam Mədrəsəsinin tikintisi üçün A.Məmmədov küçəsinin sol hissəsindəki boş sahədən 0.08 ha fərdi torpaq sahəsinin ayrılması, gələcəkdə İslam Mədrəsəsinin genişlənməsini nəzərə alaraq əlavə olaraq həmin ərazidən 0.62 ha torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. - JN-1403F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Mingəçevir şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə iddiaçıya 0.09 ha torpaq sahəsi verilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Seriya RX ******* nömrəli DƏDRdən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0635 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. - xx.xx.2018-ci il tarixli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin 531 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən 7777.0 kv.m torpaq sahəsini iddiaçı 80000 manat ödəməklə Əmlak Məsələləri Dövlət Komitəsindən satın almışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, Seriya RX ******* nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.7777 ha yaşayış məntəqəsi torpaqları və üzərində yerləşən 911.4 kv.m sahəsi olan qeyri-yaşayış binası iddiaçının tam xüsusi mülkiyyətindədir. - ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli, Seriya RX ******* nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.0556 ha yaşayış məntəqəsi torpaqları Dövlət mülkiyyətindədir. - 26 inventar nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhərində Aydın Məmmədov küçəsində yerləşən İslam Mədrəsəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə 1№-li reyestr kitabının 11-ci səhifəsində 43 reyestr nömrəsi ilə qeydə alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, DƏDR-dən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0.2690 ha yaşayış məntəqəsi torpaqları iddiaçının tam xüsusi mülkiyyətindədir. - “Kapital Bank” Mingəçevir şəhər filialının xx.xx.2007-ci il tarixli 337 nömrəli məktubundan görünür ki, iddiaçı tərəfindən torpaq satışı üçün Mingəçevir bələdiyyəsinin **********0№-li hesablaşma hesabına 6160 manat məbləğində pul köçürülmüşdür. - ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, Seriya RX ******* nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0.0225 ha yaşayış məntəqəsi torpaqları və üzərində yerləşən 322.1 kv.m qeyri-yaşayış binası iddiaçının tam xüsusi mülkiyyətindədir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasında mövcud olan xəritə məlumatlarına əsasən Mingəçevir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 23/4 saylı və xx.xx.2007-ci il tarixli 34/2 saylı qərarları qəbul edilərkən sözügedən torpaq sahələri (xx.xx.2006-cı il tarixli 23/4 saylı qərarda qeyd edilmiş 2690 kv.m torpaq sahəsinə münasibətdə 225 kv.m və 2465 kv.m torpaq sahəsi) dövlət mülkiyyətinə aid olub. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Lakin iddia qismən əsaslıdır. İddia tələbindən göründüyü kimi iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir:
1. “Cavabdeh xx.xx.2006-cı il tarixli, 23/4 saylı və xx.xx.2007-ci il tarixli, 34/2 saylı qərarlarının etibarsız hesab edilməsi,
2. Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 34/2 saylı qərarı ilə ayrılmış 0.7 ha torpaq sahəsinə görə bələdiyyənin hesabına ödənilmiş 6160 manat, Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 23/4 saylı qərarı ilə ayrılmış 2690 kv.m torpaq sahəsinə görə bələdiyyənin hesabına ödənilmiş 3120.40 manat pul vəsaitinin Cavabdehndən tutularaq özünə ödənilməsi,
3. Qeyd edilən torpaq sahələrinə görə 2018-ci il tarixinədək Mingəçevir Bələdiyyəsinə torpaq vergisinə görə ödənilmiş ümumilikdə 3460 manat pul vəsaitinin Cavabdehndən tutularaq özünə ödənilməsi,
4. Keçən dövr ərzində vurulmuş maddi zərərə görə 10 000 manat, mənəvi zərərə görə 5000 manat, dövlət rüsumuna görə 30 manat pul vəsaitinin Cavabdehndən tutularaq özünə ödənilməsi.
İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarları ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarların etibarsız hesab edilməsini xahiş etmişdir. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. İş materiallarından görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, Seriya RX ******* nömrəli və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, DƏDR-dən çıxarışda qeyd edilmiş müvafiq olaraq 0.7777 ha və 0.2690 ha torpaq sahələri üzərində iddiaçının xüsusi mülkiyyət hüququ 2018-2020-ci illərdə dövlət qeydiyyatına alınmış və qeydiyyatın aparılmasına əsas özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi olmuşdur. Odur ki, müvafiq rəsmiləşmə aparılanadək sözügedən torpaq sahələrinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasından iddiaçı məlumatlı ola bilməzdi. Sözügedən torpaq sahələrinə iddiaçı tərəfindən bələdiyyənin hesabına cəmi, 9280 manat pul məbləği ödənildiyindən, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi nəticənin əldə edilməsi ilə nəticələnəcəkdir. Yəni, iddiaçının maddi nəticə əldə etmək məqsədinin mövcudluğu onun hüquqi müdafiəyə ehtiyacı olduğunu göstərir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, hazırda iddiaçının xüsusi mülkiyyətində olan hər iki 0.7 ha və 2690 kv.m torpaq sahəsi Mingəçevir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 23/4 saylı və xx.xx.2007-ci il tarixli 34/2 saylı qərarları qəbul edilərkən dövlət mülkiyyətində olmuşdur. Göründüyü kimi Mingəçevir bələdiyyəsi sözügedən torpaq sahələrini heç bir hüquqi əsas olmadan öz mülkiyyəti kimi iddiaçıya satılması ilə bağlı qərarlar qəbul etmişdir. Həmin torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aidiyyətinin olmadığı məlum olduqdan sonra isə iddiaçı, haqlı olaraq “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən həmin qərarları müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hesab edərək etibarsız hesab edilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Qanunun: Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Mingəçevir bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 1521 nömrəli arayışı ilə müəyyən edilir ki, Mingəçevir Bələdiyyəsinin 03 iyun 2006-cı il tarixli 23/4 saylı qərarına əsasən bələdiyyənin hesabına 3120.40, xx.xx.2017-ci il tarixli 34/2 saylı qərarına əsasən 6160 (altı min bir yüz altmış) manat cəmi: 9280 (doqquz min iki yüz səksən) manat vəsait ödənilmişdir. Yuxarıda qeyd edildiyi kimi satılmış torpaq sahələri dövlət mülkiyyətində olduğundan Mingəçevir bələdiyyəsinin həmin torpaq sahələrinin satılmasına və buna görə ödənilmiş vəsaitin qəbul edilməsinə səlahiyyəti olmamışdır. Odur ki, iddiaçı həmin pul məbləğinin bələdiyyədən alınaraq özünə qaytarılmasını tələb etməkdə haqlıdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1855/2020 nömrəli qərarında həmin iş üzrə cavabdehin (bələdiyyənin) torpaq sahəsi üzərində sərəncam verməyə səlahiyyətinin mövcudluğuna hüquqi qiymət verilmiş və “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olduğu halda həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət edilməsinin mümkünlüyü vurğulanmışdır. İşin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi hazırkı mübahisədə “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcuddur.
İddia tələbinin “2018-ci il tarixinədək Mingəçevir Bələdiyyəsinə torpaq vergisinə görə ödənilmiş ümumilikdə 3460 manat pul vəsaitinin Cavabdehndən tutularaq özünə ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb həmin hissədə əsassızdır. Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir; - 8.0-ci maddəsinə əsasən, yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. fiziki şəxslərdən əmlak vergisi; Vergi Məcəlləsinin 8-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakı kimi müəyyən edilmişdir: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; Belə ki, iddiaçının ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışla mülkiyyətində olan 0.0635 ha həyətyanı, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.2690 ha və ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.7777 ha torpaq sahəsi faktiki olaraq 2010-cu ildən, yəni cavabdehə vergi ödədiyi vaxt mülkiyyətində, sahibliyində və istifadəsində olmuşdur. Torpaq vergisi üzrə xx.xx.2015-ci il tarixədək qüvvədə olmuş Vergi Məcəlləsinin 206.3-cü maddəsinin tələbinə görə digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzlərində Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 4 manat vergi dərəcəsi tətbiq olunmuşdur. Odur ki, iddiaçıya məxsus 0.2690 ha və 0.7777 ha (cəmi 10467 kv.m) torpaq sahəsinə münasibətdə xx.xx.2015-ci ilədək bir il üzrə vergi borcu məbləği aşağıdakı kimi hesablanmalıdır: 10467 x 4/100=418.68 manat ; Torpaq vergisi üzrə xx.xx.2015-ci il tarixədək qüvvədə olmuş Vergi Məcəlləsinin 206.3-cü maddəsinin tələbinə görə digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzlərində yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 0.3 manat vergi dərəcəsi tətbiq olunmuşdur. Odur ki, iddiaçıya məxsus 635 kv.m torpaq sahəsinə münasibətdə xx.xx.2015-ci ilədək bir il üzrə vergi borcu məbləği aşağıdakı kimi hesablanmalıdır: 635 x 0.3/100=1.9 manat. Beləliklə, 2010-cu ildən xx.xx.2015-ci ilədək iddiaçının ödəməli olduğu torpaq vergisinin məbləği 1-il üzrə 420.58 manat (418.68+1.9) olmaqla, cəmi 2102.9 manat olmuşdur. 20 iyun 2014-cü il tarixli 1004-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinin 206.3-cü maddəsinə dəyişiklik edilmiş, digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzlərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar 10000 m²- dək olduqda 4 manat, 10000 m²- dən yuxarı olan hissə üçün 8 manat vergi dərəcəsi tətbiq olunmuşdur. Odur ki, iddiaçıya məxsus 0.2690 ha və 0.7777 ha (cəmi 10467 kv.m) torpaq sahəsinə münasibətdə xx.xx.2015-ci ildən sonra bir il üzrə vergi borcu məbləği aşağıdakı kimi hesablanmalıdır: torpaq sahəsinin 10000 kv.metri üçün 400 manat (10000 x 4/100) torpaq sahəsinin 10000 kv.metrdən yuxarı olan hissəsi üçün 37.36 manat ((10467 - 10000) x 8/100); cəmi: 437.36 manat (400 + 37.36). 20 iyun 2014-cü il tarixli 1004-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinin 206.3-cü maddəsinə dəyişiklik edilmiş, digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzlərində Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar 10000 m²- dək olduqda 0.3 manat, 10000 m²- dən yuxarı olan hissə üçün 0.6 manat vergi dərəcəsi tətbiq olunmuşdur. Odur ki, iddiaçıya məxsus 635 kv.m torpaq sahəsinə münasibətdə xx.xx.2015-ci ildən sonra bir il üzrə vergi borcu məbləği aşağıdakı kimi hesablanmalıdır: 635 x 0.3/100=1.9 manat. Beləliklə, xx.xx.2015-ci ildən sonra xx.xx.2018-ci ilədək iddiaçının ödəməli olduğu torpaq vergisinin məbləği 1 il üzrə 439.26 manat (437.36+1.9) olmaqla, cəmi 1317.78 manat olmuşdur. Aparılmış hesablama ilə müəyyən olunur ki, iddiaçının 2010-cu ildən ödəməni dayandırdığı xx.xx.2018-ci ilədək bələdiyyəyə ödəməli olduğu torpaq vergisinin ümumi məbləği 3420.68 manat olmuşdur və həmin məbləğ ödənilməli olan əmlak vergisi nəzərə alınmadan hesablanmışdır. Həmçinin xüsusilə qeyd edilməlidir ki, iddiaçı tərəfindən 2018ci ildən sonra torpaq vergisinin ödənilməsi dayandırılmış və artıq 5 ildən çoxdur ki, o, bələdiyyənin hesabına ödəməli olduğu torpaq vergisini ödəmir. Yuxarıda qeyd edilmiş qaydada hesablama aparıldıqda iddiaçının son 5 il ərzində ödəməli olduğu torpaq vergisinin məbləği 2196 manata bərabərdir. Bununla belə iddiaçı, hazırda torpaq vergisini ödəməməklə bərabər, əvvəllər ödəmiş olduğu vergi məbləğinin də geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ödənilmiş vergi məbləğinin tələb edilməsini həmin torpaq sahələrinin bələdiyyə mülkiyyətində olmaması ilə əsaslandırmışdır. Məhkəmə bir daha izah edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, fiziki şəxslərin əmlakı və fiziki şəxslərin istifadəsində və ya mülkiyyətində olan torpaq sahələri bələdiyyə vergilərinin vergitutma obyektinə daxildir. Bələdiyyə budcəsinə yerli vergilərin ödənilməsi üçün həmin əmlakların bələdiyyə mülkiyyətində yox, bələdiyyənin ərazisində olması zəruri şərtdir. Yəni, hansı subyektin mülkiyyətində olmasından asılı olmayaraq fiziki şəxslər torpaq və əmlak vergisini yerli vergilər olaraq müvafiq bələdiyyənin hesabına ödəməlidirlər. Odur ki, iddia tələbinin Mingəçevir Bələdiyyəsinə torpaq vergisinə görə ödənilmiş ümumilikdə 3460 manat pul vəsaitinin geri qaytarılması hissəsi tamamilə əsassızdır.
Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı, torpaq vergisi ilə bərabər bələdiyyənin hesabına əmlak vergisi də ödəməlidir ki, iş materiallarından belə bir ödənişin edilməsi müəyyən edilmir. Belə ki, əmlak vergisi üzrə xx.xx.2015-ci il tarixədək qüvvədə olmuş Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində qeyd edilmişdir ki, binaların inventarlaşdırılmış dəyərindən bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə 0,1 faizlə vergi tutulur. Hazırkı iş üzrə toplanmış materiallarla 1233.5 kv.m sahəsi olan (xx.xx.2007-ci il tarixli istismara qəbul aktında ümumi sahə 1546.12 kv.m qeyd edilmişdir) qeyri-yaşayış sahəsinin inventarlaşdırılmış dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin, 20 iyun 2014-cü il tarixli 1004-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə dəyişiklik edilmiş və binaların sahəsinin hər kvadratmetrinə görə digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzlərində fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinə 0,2 manat vergi dərəcəsi tətbiq olunmuşdur. Sözügedən qeyri yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan, yalnız sənəd üzrə sahə (1233.5 kv.m) nəzərə alınmaqla xx.xx.2015-ci ildən sonra xx.xx.2018-ci ilədək iddiaçının ödəməli olduğu əmlak vergisinin məbləği 1 il üzrə 246.7 manat (1233.5 x 0.2) olmaqla, cəmi 740.1 manat olmuşdur. Yəni, faktiki olaraq 2010-cu ildən xx.xx.2018-ci ilədək bələdiyyəyə ödənilməli olan ümumi torpaq və əmlak vergisinin cəmi, minimum 4160.78 manat (3420.68+740.1) olduğu halda iddiaçı həmin məbləğdən az (3460 manat) vergi ödəmişdir.
İddia tələbinin “keçən dövr ərzində vurulmuş maddi zərərə görə 10 000 manat, mənəvi zərərə görə 5000 manat, dövlət rüsumuna görə 30 manat pul vəsaitinin Cavabdehndən tutularaq ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırkı iddia tələbində iddiaçı, bələdiyyə qərarlarının etibarsız hesab edilməsi tələbi ilə bərabər, həmin torpaq sahələrinə görə ödənilmiş pul məbləğlərinin də geri qaytarılmasını tələb etmiş, yuxarıda qeyd edildiyi kimi, ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı iddiaçının tələbi haqlı hesab edilmişdir. Lakin, ödənilmiş vəsaitdən başqa iddiaçıya maddi zərərin bələdiyyə tərəfindən hansı formada vurulduğu əsaslandırılmamış, buna dair sübutlar təqdim edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında vurulmuş maddi zərər tələbini onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən satıldığı güman edilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ sonradan dövlət qeydiyyatına alınarkən əlavə olaraq ödənişlər edilmiş və həmin ödənişlərin edilməsinə səbəb bələdiyyənin qəbul etdiyi qərarlar olmuşdur. Məhkəmə iddiaçının mövqeyini əsaslı hesab etməyərək qeyd edir ki, iddia tələbinin maddi və mənəvi zərərlə bağlı hissəsi heç bir mötəbər sübutla təsdiqini tapmır və iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı çəkdiyi xərclərlə Mingəçevir bələdiyyəsinin hərəkətləri (hərəkətsizliyi) arasında hər hansı səbəbli əlaqə yoxdur. İddia tələbinin “30 manat” dövlət rüsumunun geri qaytarılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən məbləğin ödənilməsinə ümumiyyətlə zərurət olmamışdır. Odur ki, hər hansı məcburiyyət olmadan ödənilmiş həmin vəsaitin cavabdeh orqandan tutulması ilə bağlı iddiaçının tələbi haqlı sayıla bilməz. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulmuş maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının ona vurulmuş mənəvi zərərin ödənilməsi barədə tələbinə gəldikdə isə qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiri müəyyən edilmiş olsun. Hazırki işdə isə qeyd olunan halların mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 23/4 saylı və xx.xx.2007-ci il tarixli, 34/2 saylı qərarları etibarsız hesab edilir. Mingəçevir Bələdiyyəsinin üzərinə bələdiyyənin xx.xx.2007-ci il tarixli, 34/2 saylı qərarı ilə ayrılmış 0.7 ha torpaq sahəsinə görə ödənilmiş 6160 manat, bələdiyyənin xx.xx.2006-cı il tarixli, 23/4 saylı qərarı ilə ayrılmış 2690 kv.m torpaq sahəsinə görə ödənilmiş 3120.40 manat, cəmi 9280,4 manat pul məbləğinin İddiaçı ödənilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.