Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-140/2021 25.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1ci maddəsində qeyd olunur: Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onlarn fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır (sonuncu cümlə 2017-ci il iyulun 1dən qüvvəyə minir). 2017-ci il iyulun 1-dən sonra pensiya hüququ yaranan şəxslərə pensiya hesablanarkən Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsinin qaydası nəzərə alınmaqla pensiyanın məbləği müəyyən olunmalıdır. İddiaçıya 2018-ci il 1 yanvar tarixdən yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunan olduğu halda Qanunun 27.1-ci maddəsinin sonuncu cümləsi nəzərə alınmadan pensiya təyin edilmiş və hesablanmışdır. Qeyd olunanlarla bağlı cavabdeh orqanın iddiaçıya ünvanladığı 07.05.2019-cu il tarixli, 156 nömrəli məktubda qeyd edilir ki, 01.01.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası elektron qaydada təyin olunmuşdur. Ona pensiya təyin edilərkən 01.01.2006-cı il tarixədək 25 il, 01.01.2006-cı ildən pensiya hüququ yaranan tarixədək 6975.40 manat pensiya kapitalı nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarına əsasən onun əyani təhsil müddəti sığorta stajına daxil edilmişdir. Həmin müddətin onun 01.01.2006-cı il tarixədək olan stajının üzərinə daxil edilərək pensiyasının yenidən hesablanması üşün tələb olunan sənədlərin şöbəyə təqdim olunması xahiş olunur. Cavabdeh orqanın iddiaçıya ünvanladığı digər 16.08.2019-cu il tarixli, **********9 nömrəli məktubda qeyd edilir ki, ona 01.01.2019-cu ildən elektron qaydada 01.01.2006-cı il tarixədək 28 il 10 ay sığorta stajına, 01.01.2006-cı ildən pensiya hüququ yaranan 01.01.2018-cı il tarixədək 7 il 11 ay sığorta stajına, 8295.28 manat kapitala əsasən 173,87 manat pensiya təyin edilmişdi. Məhkəmə qərarına əsasən iddiaçının əyani təhsil müddəti nəzərə alınmaqla ona 01.01.2018-ci il tarixdən 193.10 manat pensiya təyin olunmuşdur. 01.01.2018-ci ildən ona ödənilməmiş 2013 manat aylar üzrə pensiyasının üzərinə əlavə edilməklə (193.10 + 195.10 = 388.20 manat) aylar üzrə ödəniləcəkdir. Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı 28.02.2019-cu il tarixli, **********9 nömrəli məktubda qeyd edilir ki, 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 21.01.2021-ci il tarixli, **********9 nömrəli etiraz məkrubunda qeyd edilir ki, Qullar kənd sakini İddiaçı məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsini iddia etmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, 2006-cı il yanvar ayından 2017-ci ilin 01 iyul tarixinədək fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 6975 manata bərabər olmuşdur. Bu pensiya kapitalını qanunun 27.1-ci maddəsinin sonuncu cümləsinə əsasən 80% artırılmaqla (6975x80%=5580) 6975+5580=12555 manata çatdırmalı, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində toplanmış və istifadə edilməmiş pensiya kapitalı 12555 manata bərabər olmalıdır. Hesab edirik ki, filialın imtinası əsaslıdır və iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması həyata keçirilməməlidir. Belə ki, vətəndaş 01.07.1954-cü il təvəllüdlü İddiaçı 01.01.2018-ci il tarixində 185.66 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə əsasən müəyyən olunmuş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaşın yaşa görə əmək pensiyasına hüququ 01.01.2018-ci il tarixində yaranmış və 13.03.2019-cu il tarixli qərar ilə pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajlarının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajları aylarının sayına mütənasib olunmaqla hesablanaraq) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 01.01.2006-cı il tarixə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla bağlı bildiririk ki, İddiaçı təqdim etdiyi staj məlumatlarına əsasən onun 01.01.2006-cı il tarixədək 29 il 4 ay, 01.01.2006-ci il tarixindən sonra isə 7 il 3 ay sığorta stajı qeydə alınmış və pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 27.1-ci maddəsi qüvvəyə mindiyi 01.07.2017-ci il tarixdən sonrakı məbləğ tam nəzərə alınaraq pensiya təyin edilmişdir. Belə ki, PAS-da (X3) bu artımlar həyata keçirilərək hər bir sığorta olunanların istifadə olunmamış kapitalı müvafiq olaraq 01.07.2017-ci il tarixə 80% artırılmışdır. 01.01.2019-cu il tarixə həmin qanunun 29-cu maddəsinə əsasən iddiaçıya aldığı yaşa görə əmək pensiyası indeksləşdirilərək 191,11 manata çatdırılmış, Qanunun 6.1-ci maddəsinə əsasən İddiaçı pensiyası 200 manatdan az olduğu üçün 2019-cu ilin 1 oktyabr tarixində 200 manata çatdırılmışdır. 01.01.2020-ci il tarixinə iddiaçının pensiyası həmin qanunun 29-cu maddəsinə əsasən 233,2 manata çatdırılmaqla ödənişi hələ də davam etdirilir. 16 saylı regional ərazi filialı (Balakən rayon şöbəsi) tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası hüququ yarandığı 01.01.2018-ci il tarixdən pensiya hesablanaraq 01.01.2018-ci ildən 01.01.2019-cu il tarixədək olan dövrün alınmamış məbləği tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli, 2-1(102)-670/2019 nömrəli qərarının surətindən müəyyən edilir ki, iddiaçı cavabdeh DSMF-nin Balakən rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1972-1976-cı illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda ali təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim K.H.Vəliyev) 02.10.2018-ci il tarixli, 2-1(84)- 1330/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh orqan tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2018-ci il tarixli, 2-1(107)-692/2018 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 02.10.2018-ci il tarixli, 2-1(84)-1330/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli, 2-1(102)-670/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2018-ci il tarixli, 2-1(107)-692/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan cavabdehin məhkəməyə ünvanladığı 07.10.2020-ci il tarixli, **********4 nömrəli arayışda qeyd edilir ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajlarının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajları aylarının sayına mütənasib olunmaqla hesablanaraq) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 01.01.2006-cı il tarixə qeydə alınır. (01.07.2017-ci ilədək 170 manat * 80%= 306 manat) 01.07.2017-ci ildən sonra nəzərə alınmaqla, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 01.01.2006-cı ildən 01.07.2017-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 01.07.2017-ci il tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bildirilir ki, İddiaçı pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 27.1-ci maddəsi 01.07.2017-ci il tarixdən qüvvəyə mindikdən sonrakı məbləği tam nəzərə alınmışdır. Belə ki, PAS-da (X3) bu artımlar həyata keçirilərək hər bir sığorta olunanların istifadə olunmamış kapitalı müvafiq olaraq 01.07.2017-ci il tarixə 80% artırılmışdır. İddiaçı həmin kapitalın əsassız olaraq 12555 manata çatdırılmasını tələb edir. Bildirilir ki, İddiaçı hesablanmış pensiya yaşa görə əmək pensiyası onun fərdi hesabında toplanmış kapitalın 01.07.2017-ci il tarixdən sonrakı dövrə aid olduğu üçün 80% artırılmaqla nəzərə alınmışdır. Belə ki onun pensiyası 01.01.2006-cı il tarixədək 25 il 6 ay sığorta stajına, ayda topladığı 8295,182 manat pensiya kapitala əsasən elektron qaydada 2019-cu ildən təyin edilmişdir. Lakin şöbə tərəfindən ona yaşa görə əmək pensiyası hüququ yarandığı 01.01.2018-ci il tarixdən pensiya hesablanaraq 01.01.2018-ci ildən 01.01.2019-cu il tarixədək olan dövrün alınmamış məbləği tam olaraq ödənilmişdir. İddiaçı 01.01.2018-ci ildə pensiya hüququ yaranmasına baxmayaraq filiala sənəd təqdim etməkdən imtina etmiş, ona görədə ona həmin tarixdən pensiya təyin edilməmişdir. Lakin sonradan 01.01.2018-ci ildən 01.01.2019-cu ilədək olan dövr üzrə alınmamış pensiyasını bərpa etmək üçün filiala əyani təhsil müddətini də əlavə etməklə iş stajları barədə sənədləri təqdim etmişdir. Ondan sonra ona həmin dövr üçün ödəniləcək məbləğ tam ödənilmişdir. 01.01.2018-ci ildə ona pensiya təyin edilərkən 01.01.2006-cı il tarixədək 29 il 4 ay sığorta stajından və 01.01.2006-cı il tarixdək 01.01.2018-ci il tarixədək olan dövrdə topladığı 7583,22 manat kapitaldan istifadə edilmişdir. Bildirilir ki, İddiaçı pensiya hüququ 01.07.2017-ci ildən sonra yarandığından 27.1-ci maddədə göstərilən artımlar tam nəzərə alınaraq ona 233,20 manat qanunauyğun olmaqla pensiyası ödənilir. DSMF publik hüquqi şəxsin 16 saylı ərazi filialının məhkəməyə ünvanladığı 17.12.2020-ci il tarixli, **********4 nömrəli məktubda qeyd edilir ki, İddiaçı təqdim etdiyi staj məlumatlarına əsasən onun 01.01.2006-cı il tarixədək 29 il 4 ay sığorta stajı olmuşdur. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır”. Həmin maddənin şərtlərini nəzərə alaraq İddiaçı 01.01.2006-cı ilədək qazandığı sığorta stajını 01.01.2018-ci il tarixinə artıraraq 20576.45 manat təşkil etmişdir. 01.01.2006-cı ildən sonra İddiaçı fərdi hesabın sığorta hissəsində isə 7 il 3 ay üçün 6158,44 manat olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Beləliklə, vətəndaş İddiaçı 01.01.2018-ci il tarixinə 01.01.2006-cı il tarixinə kimi qazandığı 29 il 4 ay və 01.01.2006-cı ildən sonrakı müddətdə fərdi hesabın sığorta hissəsində topladığı 6158,44 manat olmaqla 185,66 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra 01.01.2019-cu il tarixə həmin qanunun 29-cu maddəsinə əsasən İddiaçı aldığı yaşa görə əmək pensiyası indeksləşdirilərək 191,11 manata çatdırılmışdır. Həmin qanunun 6-1-ci maddəsinə əsasən İddiaçı pensiyası 200 manatdan az olduğu üçün 2019-cu ilin 1 oktyabr tarixində 200 manata çatdırılmışdır. 01.01.2020-ci il tarixinə İddiaçı pensiyası həmin qanunun 29-cu maddəsinə əsasən 233,2 manata çatdırılmaqla ödənişi davam etdirilir. İş materiallarında olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanladığı 29.03.2021-ci il tarixli, **********7 nömrəli xidməti məktubda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 27.1-ci bəndinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 1.0.8-ci yarımbəndində qeyd edilir ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildirilir ki, Qanunun 37.3.1-ci yarımbəndinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı hesabında 01.01.2006-cı ilədək 28 il 9 gün sığorta stajı (01.01.2018-ci il tarixinə uyğun olaraq pensiya kapitalına çevrildikdən sonra 19657,44 manat) və 01.01.2006-cı il tarixindən hüququnun yarandığı 01.01.2018-ci il tarixədək 6320,16 (90%-lə) manat pensiya kapitalı mövcud olmuşdur. İddiaçı 28.08.2019-cu il tarixindən işdən çıxdıqdan sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ona 01.01.2018-ci il tarixdən 01.07.2019-cu il tarixədək 1382,06 (90%-lə) manat pensiya kapitalı hesablanmışdır. Bildirilir ki, X1 Sisteminin X3 İddiaçı 01.01.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilən zaman qeyd olunan pensiya kapitalı və təhsil aldığı müddət sığorta stajına əlavə edilmişdir. İş materiallarında olan iddiaçının pensiya işində olan arayışın təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçı 01.01.2006-cı il tarixədək 3 il 10 ay 7 gün sosial sığorta haqqı ödəmişdir. İddiaçının pensiya işinə əlavə edilən 112940 nömrəli diplomun təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 1972-1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tarix ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçının pensiya işinə əlavə edilən Balakən Rayon Dövlət Arxivinin 19.02.2018-ci il tarixli, 05 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1970-1971-ci illərdə 104 və 182 adam günü olmaqla “Oktyabr” adına kolxozda dispetçer işləmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Həmin Qanununun 1.0.10-ci maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Həmin Qanununun 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Həmin Qanununun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinəqeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. İddiaçı hesab edir ki, fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılıb 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyası yenidən hesablanmalıdır. Hazırkı mübahisə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilənə qədər toplamış olduğu pensiya kapitalının yenidən nəzərə alınmalı olması ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 1 iyul 2007-ci ildən qüvvədə olan üçüncü cümləsinə görə sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Yuxarıda qeyd olunduğu kimi bu cümlə əvvəllər “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində olmamış, 1 iyul 2017-ci ildən qüvvəyə minməklə sonradan əlavə edilmişdir. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, 1 yanvar 2006-cı ildən 1 iyul 2017-ci ilə qədər (təbii ki, həm də 1 iyul 2017-ci ildən sonra) olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin, ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməyə davam etsin. Bu iki vəziyyətdə olan vətəndaşlara pensiya təyin edilən zaman 27.1-ci maddənin üçüncü cümləsi tətbiq oluna bilər. Çünki bu kateqoriyaya aid şəxslər işlərini davam etdirmiş şəxslər olurlar və onların əmək haqlarından məcburi dövlət sosial sığorta yığımı davam edir, onların fərdi hesabında toplanır və istifadə olunmur. Bu halda 1 yanvar 2006-cı ildən 1 iyul 2017-ci ilədək olan dövrərzində hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, bu müddətdə pensiya təyin edilən və işləməyə davam edən şəxslərin isə pensiya təyin olunduqdan sonra 1 iyul 2017-ci ilə qədər işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla 1 iyul 2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınacaqdır. İddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla 2018ci ildə ona pensiya təyin edilmiş, təqdim etdiyi staj məlumatlarına əsasən onun 01.01.2006-cı il tarixədək 29 il 4 ay, 01.01.2006-ci il tarixindən sonra isə 7 il 3 ay sığorta stajı qeydə alınmış və pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 27.1-ci maddəsi qüvvəyə mindiyi 01.07.2017-ci il tarixdən sonrakı məbləğ tam nəzərə alınaraq pensiya təyin edilmişdir. Belə ki, PAS-da (X3) bu artımlar həyata keçirilərək hər bir sığorta olunanların istifadə olunmamış kapitalı müvafiq olaraq 01.07.2017-ci il tarixə 80% artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsi pensiya təyin edilənə qədər toplanmış və pensiya təyin edilən zaman istifadə edilmiş pensiya kapitalının fərdi hesabın sığorta hissəsində 80 faiz artırılmasını nəzərdə tutmamışdır. İddiaçı hesabında 01.01.2006-cı ilədək 28 il 9 gün sığorta stajı (01.01.2018-ci il tarixinə uyğun olaraq pensiya kapitalına çevrildikdən sonra 19657,44 manat) və 01.01.2006-cı il tarixindən hüququnun yarandığı 01.01.2018-ci il tarixədək 6320,16 (90%-lə) manat pensiya kapitalı mövcud olmuşdur. İddiaçı 28.08.2019cu il tarixindən işdən çıxdıqdan sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ona 01.01.2018-ci il tarixdən 01.07.2019-cu il tarixədək 1382,06 (90%-lə) manat pensiya kapitalı hesablanmışdır. Odur ki, iddiaçının müraciətini təmin etməməklə cavabdeh inzibati orqan haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-140/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-140/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver