Məhkəmə qərarları › İş №2-1(116)-140/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-140/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-140/2022 26.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********308100 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********308100 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Gəlir vergisinin hesablanması barədə” 07 may 2019-cu il tarixli **********308100 nömrəli qərarı ilə ona 1030.91 manat əlavə məbləqdə 2018-ci il üçün gəlir vergisi hesablanmışdır. Hesab edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş qərar əsassızdır və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir: Bildirirəm ki, Vergi Məcəlləsinin 85.5. maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Şəxsi vərəqədən aydın görünür ki, xx.xx.2019-cu il tarixində eyni məbləğli gəlir vergisini 3 dəfə hesablamışdır. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. VM-nin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Cavabdeh xx.xx.2021-ci il etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2019-cu il tarixli **********308100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın məhkəmədə mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə təqdim edilmiş 2018-ci ilin gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlamaları keçirilmiş və həmin yoxlamanın nəticəsinə dair qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********308100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla vergi ödəyicisinə 1030,91 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır. Sözügedən xx.xx.2019-cu il tarixli **********308100 nömrəli qərar vergi ödəyicisinin elektron qutusuna xx.xx.2019-cu il tarixdə göndərilmiş və xx.xx.2019-cu il tarixdə oxunmuş, kameral yoxlama üçün sənədlərin təqdim olunması barədə xx.xx.2019-cu il tarixli **********269300 nömrəli kameral uyğunsuzluq məktubu xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və həmin tarixdə oxunmuşdur. Vergi ödəyicisinə vergilərin hesablanmasına səbəb isə fərdi sahibkar İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş 2018-ci ilin gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlanması zamanı bəyannamədə göstərdiyi 93867.72 manat mal-material və yanacaq xərclərinin 11550.54 manat məbləğində olan hissəsinin sənədlərlə öz təsdiqini tapmaması olmuşdur. Belə ki, vergi ödəyicisinin 2017-ci il üçün təqdim etdiyi gəlir vergisi bəyannaməsində hesabat dövrünün sonuna mal qalığının 5201.45 manat olduğu göstərilmiş, 2018-ci il üzrə isə Elektron vergi hesab-faktura məbləğlərinə əsasən aldığı malların dəyərinin 77115.73 manat olduğu müəyyən edilmişdir. 2018-ci ilin sonuna isə mal qalığının olmadığı bəyan edilmişdir. Beləliklə də 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən gəlir vergisi bəyannaməsində göstərilən mal-material və yanacaq xərclərinin məbləği (93867.72) ilə 2018-ci ilin əvvəlinə vergi ödəyicisinin sahibliyində olan mal qalığı (5201.45 manat) və alınmış mal-material xərclərinin (77115.73) cəmi məbləği (5201.45+77115.73=82317.18) arasında 938xx.xx-82317 18=11550.54 manat fərq yaranmaqla 11550.54 manat xərclərin öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Lakin, vergi ödəyicisinin xx.xx.2019-cu il tarixli ərizəsinə və yanacaq xərcləri barədə təqdim etdiyi sənədlərə əsasən 3404 manat yanacaq xərclərinin, 2992 manat ezamiyyə xərclərinin olması qəbul edilərək sənədlərlə özə təsdiqini tapmayan xərc məbləği 115xx.xx-3404- 2992=5154.54 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, vergi ödəyicisinin 2018-ci il üzrə gəlirlərinin 142751.37 manat, gəlirdən çıxılan xərclərinin isə 1090xx.xx-5154.54.54=103845.56 manat olmaqla, büdcəyə ödənilməli gəlir vergisinin (142751.37- 103845.56)*20%=7781.16 manat olduğu müəyyən edilmişdir. Ona görə də vergi ödəyicisinə 07 may 2019-cu il tarixli **********308100 tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarla 77xx.xx-6750.25=1030.91 manat əlavə gəlir vergisi hesablanmışdır. 2018-ci il üzrə ümumilikdə vergi ödəyıcısinə 1030.91 manat məbləğində əlavə vergi məbləği hesablandığından bu məbləğin 1/3 hissəsini təşkil edən 343.64 manat cari vergi ödəmələri vergi ödəyicisinin bəyan etdiyi məbləğlərə əlavə edilməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənmişdir. Belə ki, Vergi Məcəlləsinin 151.1-ci maddəsinə görə hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin üzərinə düşür. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Mübahisələndirilən qərarlarda vergi ödəyicisinin narazılığı olduğu təqdirdə onların təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə, 3 ay müddətində isə yuxarı vergi orqanına şikayət etmək hüququ olduğu göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərar vergi ödəyicisinə həmin tarixdə göndərilmiş və onun tərəfindən xx.xx.2019-cu il tarixdə oxunmuşdur. Bundan başqa iddiaçının dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixdə **********071000 nömrəli qərar qəbul edilmiş qərar xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinə poçt və elektron poçt vasitəsilə göndərilmiş, elektron qutusuna göndərilmiş məktub onun tərəfindən xx.xx.2020-ci il tarixində oxunmuşdur (vergi ödəyicisi ilə yazışmalar barədə hesabat əlavə olunur). Qeyd olunanlara baxmayaraq, iddiaçı 30 gündən çox müddət keçdikdən sonra, yəni mübahisələndirilən qərar ona təqdim edildikdən iki ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərkən iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22-ci, 24-cü və 38-ci maddələrinin, Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinin müddəalarını rəhbər tutaraq İddiaçı iddiasına iddia müddətinin tətbiq edilməsi və iddianın mümkün sayılmaması Məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-ci il tarixli **********308100 nömrəli qərardan görünür ki, təqdim edilmiş bəyənnamə, hesabat üzrə tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 6.750.25 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 7.781.16 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 1.030.91 manat qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli, **********071000 nömrəli, tələbin iraya yönəldilməsi haqqında qərardan görünür ki, İddiaçı tərəfindən əsas vergi üzrə 898,37 manat, faiz üzrə 410,74 manat olmaqla ümumilikdə 1309.11 manat məbləğində borc qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş idarəsinin qərarı 18 12.2019-cu il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisələndirilən qərar xx.xx.2019-cu il tarixdə qəbul olunmuşdur. Cavabdeh orqan sözügedən qərarın iddiaçının elektron kabinetinə göndərilməsini və iddiaçı tərəfindən oxunmasını bildirərək İPM-in 38.1-ci maddəsi tətbiq edilməklə iddia tələbinin qeyri-mümkün sayılmasını xahiş etmişdir. Lakin, məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. İşin təkzibolunmaz faktıdır ki, adıçəkilən sənədlər iddiaçıya sifarişli məktubla göndərilməmişdir. Çünki bu növ qərarların göndərilməsi Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-462/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe) İddia mümkün olsa da, mahiyyət etibarilə əsassızdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixdə **********071000 nömrəli qərar və iddiaçının şəxsi hesab vərəqindən çıxarışdan müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə təqdim edilmiş 2018-ci ilin gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlanması zamanı bəyannamədə göstərdiyi 93867.72 manat mal-material və yanacaq xərclərinin 11550.54 manat məbləğində olan hissəsi sənədlərlə öz təsdiqini tapmadığından cavabdeh orqan iddiaçıdan kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub göndərmiş və baza məlumatlarına əsasən 11550.54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edildiyini bildirmişdir. Belə ki, vergi ödəyicisinin 2017-ci il üçün təqdim etdiyi gəlir vergisi bəyannaməsində hesabat dövrünün sonuna mal qalığının 5201.45 manat olduğu göstərilmiş, 2018-ci il üzrə isə Elektron vergi hesab-faktura məbləğlərinə əsasən aldığı malların dəyərinin 77115.73 manat olduğu müəyyən edilmişdir. 2018-ci ilin sonuna isə mal qalığının olmadığı bəyan edilmişdir. Beləliklə də 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən gəlir vergisi bəyannaməsində göstərilən mal-material və yanacaq xərclərinin məbləği (93867.72) ilə 2018-ci ilin əvvəlinə vergi ödəyicisinin sahibliyində olan mal qalığı (5201.45 manat) və alınmış mal-material xərclərinin (77115.73) cəmi məbləği (5201.45+77115.73=82317.18) arasında 938xx.xx-82317,18=11550.54 manat fərq yaranmaqla 11550.54 manat xərclərin öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Lakin, vergi ödəyicisinin xx.xx.2019-cu il tarixli ərizəsinə və yanacaq xərcləri barədə təqdim etdiyi sənədlərə əsasən 3404 manat yanacaq xərclərinin, 2992 manat ezamiyyə xərclərinin olması qəbul edilərək sənədlərlə öz təsdiqini tapmayan xərc məbləği 115xx.xx- 3404-2992=5154.54 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, vergi ödəyicisinin 2018-ci il üzrə gəlirlərinin 142751.37 manat, gəlirdən çıxılan xərclərinin isə 1090xx.xx-5154.54.54=103845.56 manat olmaqla, büdcəyə ödənilməli gəlir vergisinin (142751.37- 103845.56)*20%=7781.16 manat olduğu müəyyən edilmişdir. Ona görə də vergi ödəyicisinə 07 may 2019-cu il tarixli **********308100 tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarla 77xx.xx-6750.25=1030.91 manat əlavə gəlir vergisi hesablanmışdır. 2018-ci il üzrə ümumilikdə vergi ödəyıcısinə 1030.91 manat məbləğində əlavə vergi məbləği hesablandığından bu məbləğin 1/3 hissəsini təşkil edən 343.64 manat cari vergi ödəmələri vergi ödəyicisinin bəyan etdiyi məbləğlərə əlavə edilməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənmişdir. Vergi Məcəlləsinin 151.1-ci maddəsinə görə hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Göründüyü kimi cavabdeh orqan tərəfindən 1030.91 manat əlavə gəlir vergisi iddiaçının özünün təqdim etdiyi bəyənnamə və xərc məlumatları əsasında düzgün hesablanmışdır. Odur ki, müvafiq qərarın ləğvi üçün hər hansı hüquqi əsas mövcud deyil. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2 kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1- kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3 kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4 kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6 kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 67.1 bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********308100 nömrəli qərarının ləğv edilməsi” barədə iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar