Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1401/2024 17.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “Şamaxı-İsmayıllı-Ağsu rayonlarının ərazisində baş vermiş məlum zəlzələnin baş verdiyi xx.xx.2019-cu il tarixdən başlayaraq evinin tikilib ona təhvil veriləcəyi günədək hər ay ödənilən 300 manat kirayə haqqının hesablanaraq cavabdehlərin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı-İsmayıllı-Ağsu rayonlarının ərazisində baş vermiş məlum zəlzələnin baş verdiyi xx.xx.2019-cu il tarixdən başlayaraq evinin tikilib ona təhvil veriləcəyi günədək hər ay ödənilən 300 manat kirayə haqqının hesablanaraq cavabdehlərin üzərinə qoyulması (iki min üç yüz otuz səkkiz) manat ziyanın cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-16212/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. İddia ərizəsinə əsasən iddiaçının mülkiyyətində olan, İsmayıllı rayon Xəlilli kəndində yerləşən fərdi yaşayış evi 2019-cu ilin fevral ayında Şamaxı-İsmayıllı zonasında baş vermiş məlum zəlzələ zamanı yararsız hala düşmüşdür. Lakin bu təbii fəlakətlə bağlı müvafiq icra hakimiyyəti orqanlarına rəsmi məlumat versə də evi zəlzələdən zərər görmüş evlər sırasına salınmamışdır. İddiaçı İsmayıllı rayon icra Hakimiyyəti və Azərbaycan Respublikası Cavabdeh1nə evinin zəlzələdən zərər çəkmiş evlər sırasına qeydə alınmasi üçün müraciət etmişdir. Həmin orqanlar bundan rəsmi olaraq imtina etmişlər. İddiaçı evinin zəlzələdən zərər çəkmiş evlər sırasına qeydə alınmasi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi ilə müvafiq məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(112)-249/2022 saylı qərarı ilə iddiam təmin olunmuş və ona məxsus olmaqla İsmayıllı rayon Xəlilli kəndində yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu ildə baş vermiş zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin iddiaçı və ailə üzvüləri zəlzələnin baş vergiyi tarixdən ev təhlükəli vəziyyətdə olduğundan evdən çıxaraq kirayədə yaşayır. Həmin vaxtdan hər ay kirayə haqqı kimi 300 manat ödəyir. İddiaçı qeyd edilən kirayə haqqının cavabdeh təşkilatlar tərəfindən ödənilməsi üçün İsmayıllı rayon icra hakimiyyətinə və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə müraciət etmişdir. Lakin həmin təşkilatlar qeyd edilən tələbimdən rəsmən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixli etiraz məktubda qeyd olunur ki, 2022-ci ildə İddiaçı tərəfindən Cavabdeh1nə qarşı “zəlzələ nəticəsində evin zəlzələdən zərər görmüş evlərin sırasına daxil edilməsi” tələbi qaldırılmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən İddiaçı məxsus İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən yaşayış evinin xx.xx.2019-cu ildə baş vermiş zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə 21 sentyabr 2022-ci il tarixli 2-1(112)-249/2022 nömrəli Qərar qəbul etmişdir. Qərarın icrasının təmin etmək məqsədi ilə Cavabdeh1n Tikintidə X1 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ-nin mütəxəssisləri İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə İddiaçı məxsus ismayıllı rayonu, Xəlilli kəndində yerləşən yaşayış evinə 10 avqust 2023-cü il tarixində texniki baxış keçirilmişdir. Texniki baxışın nəticəsində fotoşəkillər əlavə edilməklə müvafiq Akt tərtib edərək evin təmirə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2019-cu il tarixli 1021 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə müvafiq məbləğdə vəsait ayrılmışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti 20 fevral 2024-cü il tarixli 5-54/2-134/2024 nömrəli məktubu ilə Agentliyə bildirilmişdir ki, qeyd olunan sərəncamla ayrılmış vəsait hesabına müvafiq siyahı üzrə işlər tamamlanmışdır, habelə vətəndaşların fərdi yaşayış evlərinin təmir olunması və evlərdə mənzil şəraitinin yaxşılaşdırılması üçün Rayon icra Hakimiyyətinin 2024-cü il xərclər smetasında vəsait nəzərdə tutulmadığından İddiaçı məxsus evin təmir olunması imkan xaricindədir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırıq ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-249/2022 nömrəli Qərarına əsasən İddiaçı iddiatələbi təmin olunmuş və Cavabdeh1 komissiya tərkibində evə baxış keçirərək onun təmirə ehtiyac olan evlər siyahısına daxil edilməsi üçün müvafiq tədbirlər görülmüşdür Bakı İnzibati Məhkəməsinin 5 sentyabr 2024-cü il tarixli, 2-1(112)-249/2022 saylı qərardada əsasən İddiaçı inzibati orqanın cərimə olunması barədə ərizəsi rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəfimizdən məhkəmə qərarının icrası təmin olunmuş və vətəndaşın evi zərər görmüş evlərin sırasına daxil edilmişdir. Cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli etiraz məktubda qeyd olunur ki, İsmayıllı Rayon İcra Hakimiyəti üzərinə düşən vəzifəni yerinə yetirmiş, İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər əsasında aidiyyəti dövlət qurumlarına müraciət etmiş. Azərbaycan Respublikası Cavabdeh1 mütəxəsislərindən ibarət yaradılmış komissiya yaşayış evlərinə baxış keçirmişdir. 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ ilə bağlı yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifə yaşayış evlərinə dəymiş ziyanla bağlı bir ay ərzində daxil olmuş müraciətləri siyahıya almaq və aidiyyəti üzrə Cavabdeh1nə təqdim etmək olmuşdur.İddiaçı komissiya rayon ərazisində fəaliyyətini başa vurduqdan sonra müraciət etdiyi üçün evinə baxış keçirilməsi və dəymiş ziyanın səbəblərinin müəyyənləşdirilməsi mümkün olmamışdır. İddiaçı “05 fevral 2019-cu il tarixdə baş vermiş məlum zəlzələ nəticəsində onun evinin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi öhdəliyinin cavabdeh İsmayıllı Rayon İcra Hakimiyətinin və Azərbaycan Respublikası Cavabdeh1 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Bakı İnzibati Məhkəməsinin 21 09.2022-ci il tarixli məhkəmə iclasında baxılmış, iddia ərizəsi cavabdeh ismayıllı Rayon İcra Hakimiyətinə aid hissədə mümkün sayılmamışdır, işə mahiyyəti üzrə baxan Bakı İnzibati Məhkəməsinin həmin tarixli 2-1(112)-249/2022 nömrəli qərarı ilə iddiaçıya məxsus ismayıllı rayonunun Xəlilli kəndində yerləşən yaşayış evinin xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 üzərinə qoyulmuşdur. Zəlzələdən zərər görmüş evlərin müəyyən edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Cavabdeh1 vəzifələrinə daxildir. Prosedur qaydalara uyğun olaraq Azərbaycan Respublikası Cavabdeh1 mütəxəssisləri iddiaçıya məxsus yaşayış evinə baxış keçirdikdən sonra yaşayış evinin dayanıqlığı barədə rəy verir. FHN həmin rəylər əsasında yaşayış evinin qənaətbəxş, təmir, bərpa gücləndirmə və ya qəzalı olması barədə qərar verir. Evin qəzalı olması barədə qərar verildiyi halda yaşayış evi sökülərək yeni ev tikilir. Yeni ev tikilənədək vətəndaşların kirayə və digər kommunal xərclərinin qarşılanması qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq evinin tikilib ona təhvil veriləcəyi günədək hər ay ödənilən 300 manat kirayə haqqının hesablanaraq ona ödənilməsini tələb etməsinə baxmayaraq onun həmin tarixdən kirayədə yaşadığını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Gəraybəyli kənd İƏD üzrə nümayəndəliyin RİH-nə təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışında Xəlilli kənd sakini İddiaçı Xəlilli kəndində 204 saylı təsərrüfatda ailəsinə məxsus 1958-ci ildə inşa edilmiş evdə yaşadığı və hal-hazırda da yaşamaqda davam etdiyi göstərilir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. İsmayıllı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu.
2. 07.07.2023-cü il tarixli Qərarın surəti.
3. Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X1 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu.
4. Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli 1021 nömrəli sərəncamının surəti.
5. 10.08.2023-cü il tarixli X2 surəti.
6. İsmayıllı rayon İH Başçısının Gəraybəyli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışı.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı İsmayıllı rayon Xəlilli kəndində yerləşən fərdi yaşayış evinin zəlzələ nəticəsində zərər görməsi səbəbindən aylıq kirayə haqqı ilə təmin olunmasından ibarətdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin : Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən Yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar (bundan sonra - yanında olan orqanlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının ( Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Cavabdeh1, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. “Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması” haqqında xx.xx.2019-cu il tarixli Sərəncam və “Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Sərəncama əsasən baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 11 milyon manat, o cümlədən yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpagücləndirmə işlərinin davam etdirilməsi üçün Cavabdeh1nə 5 milyon manat, yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat ayrılmışdır. Yuxarıda qeyd olunan Sərəncamlara əsasən ayrılan maliyyə vəsaiti iki istiqamətdə nəzərdə tutulmuşdur.
1. yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpagücləndirmə işlərinin davam etdirilməsi;
2. yaşayış evlərinin təmiri üçün. Göründüyü kimi iddiaçıya məxsus f’rdi ya.ay;. evi təbii fəlakət nəticəsində zərər görmüş evlərin siyahısına daxil edilmişdir.Lakin,iddiaçının hazırkı tələbi mənzil inşa olunanadək ona kirayə haqqının verilməsi ilə bağlıdır. Yuxarıda qeyd olunan Sərəncamlara əsasən hazırkı iş üzrə cavabdehlərə iddia tələbi istiqamətində hər hansı maliyyə vəsaiti ayrılmamış,eləcə də qanunvericilikdə hazırkı cavabdehlərin timsalında Azərbaycan Respublikasının belə bir öhdəliyi mövcud deyildir.Qeyd olunan Sərəncamlara əsasən təbii fəlakətdən zərər görmüş şəxslərin müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi həyata keçirilmişdir. Həmçinin Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar inzibati mübahisə üzrə 2-1(102)-1924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-281/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2- 1(102)-1301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe əks olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara baxmayaraq iddiaçıya məxsus mənzilin təmiri ilə bağlı dövlətin yardım etməyi digər öhdəliyin,o cümlədən kirayə pulunun verilməli olması kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdehlər İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “Şamaxı-İsmayıllı-Ağsu rayonlarının ərazisində baş vermiş məlum zəlzələnin baş verdiyi xx.xx.2019-cu il tarixdən başlayaraq evinin tikilib ona təhvil veriləcəyi günədək hər ay ödənilən 300 manat kirayə haqqının hesablanaraq cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə