Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1407/2020 29.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X1rşı “cavabdeh tərəfindən 2 ha torpaq sahəsinə dair rəsmi sənəd verilmədiyindən Zərdab rayonu, Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən ona 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2 ha torpaq sahəsinin dövlət qeydiyyatı ilə bağlı sənədləşdirmə işlərinin aparılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən 2 ha torpaq sahəsinə dair rəsmi sənəd verilmədiyindən Zərdab rayonu, Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən ona 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2 ha torpaq sahəsinin dövlət qeydiyyatı ilə bağlı sənədləşdirmə işlərinin aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya xx xxxxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinə əlavə edildiyi qeyd edilən şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yerindən arayış, keçmiş DT və XK-nin Zərdab rayon şöbəsinin rəyi və torpağın planı, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surəti, Gödəkqobu bələdiyyəsinin məktubları və iclas protokolunun qərarından çıxarış, Dövlət Reyestr Xidmətinin 16 saylı X2 xx.xx.2020-ci il tarixli **********32 nömrəli məktubu həmin ərizənin zərfi açılarkən zərfin içərisində aşkar edilməmişdir. Qeyd olunan sənədlərin qısa müddət ərzində məhkəməyə göndərilməsi iddiaçıya təklif edilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi iddiaçı yardım məktubunu xx.xx.2020-ci il tarixdə şəxsən imzalayaraq almışdır. Lakin tələb olunan müddət ərzində məktuba münasibət bildirməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Belə ki, hazırkıiddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Bu səbəblərdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X1rşı “cavabdeh tərəfindən 2 ha torpaq sahəsinə dair rəsmi sənəd verilmədiyindən Zərdab rayonu, Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 saylı qərarına əsasən Gödəkqobu kəndi ərazisindən bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsindən ona 25 (iyirmi beş) il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2 ha torpaq sahəsinin dövlət qeydiyyatı ilə bağlı sənədləşdirmə işlərinin aparılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1407/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1407/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver