Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1408/2025 23.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixinədək işlədiyi dövr sosial sığorta stajına daxil edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçıya xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixinədək işlədiyi dövr sosial sığorta stajına daxil edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş emişdir. Məhkəmənin iclas protokolunun qəradadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidöən hesablanmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi zirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondunun 3 saylı Şəki Zaqatala regional ərazi filialına müraciət etmişdir.Müraciətinə ünvanlanmış 02 mart 2024-cü il tarixli cavab məktubu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial idafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.Mərkəzi Filial tərəfindən aşağıdakı əsaslarla iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 283,69 manat məbləğində avtomatlaşdırılmış qaydada yasa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlərin surətlərinə əsasən onun xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 17750,29 manat (2023-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (315,87 manat) dəyişiklik olmamışdır. Həmçinin, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 23 il 8 ay 23 gün təşkil etdiyi halda ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı i! tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1994cü il tarixdən 25,05.1994-cü il tarixədək (işə daxil otma ve işdən azad olma əmrlərinin tarixləri qeyd edilmədiyindən, həmçinin xx.xx.1994-cü il tarixdə işdən çıxma əmrini imzalayan səlahiyyətli şəxsin ad, soyadının fərqli olmasına baxmayaraq xx.xx.1991-ci il tarixdəki işdən çıxma əmrindəki səlahiyyətli şəxsin imzası ilə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirılir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiya məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 315,87 manata çatdırılmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisələndirilən dövrlərə dair əmək kitabçasında olan qeydlərin müvafiq qərarla təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən mötəbərliyi sübut olunmur, Belə ki, yuxarıda qeyd olunan müvafiq qərarla təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”ndan da görünür ki, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməli vo əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud isdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilməlidir. İddiaçının əmək kitabçasına baxdıqda isə, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, 1 3.03,1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və 05.04,1994-cü il tarixdən 25.05,1994-cü il tarixədək (işə daxil olma və işdən azad olma əmrlərinin tarixləri qeyd edilmədiyindən, həmçinin xx.xx.1994-cü il tarixdə işdən çıxma əmrini imzalayan səlahiyyətli şəxsin ad, soyadının fərqli olmasına baxmayaraq xx.xx.1991-ci il tarixdəki işdən çıxma əmrindəki səlahiyyətli şəxsin imzası ilə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır, Göründüyü kimi qanunvericliyin normalarına əsasən İddiaçı tələb olunan ümumi (25 il ) eyni zamanda tələb olunan pensiya kapitalına malik olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958ci il təvəllüdlüdür.
2. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
3. BT 592696 nömrəli diplom;
4. İddiaçıya məxsus İT-İ ******* saylı Əmək kitabçası.
5. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet.
6. Bakı Dövlət Uniiversitetinin nəzdində İqdisadiyyat və Humanitar Kollecin xx.xx.2024-cü il tarixli 63 saylı arayışı;
7. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə olunan sənədlər.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta stajı nəzərə alınmaqla yenidən hesablanmasından ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2023-cü il tarixində yaranmış,ona həmin tarixdən pensiya təyin edilmişdir.Hazırkı mübahisənin yaranma səbəbi cavabdeh inzibati orqan tərəfindən xx.xx.2006-cı il tarixədək iddiaçının əmək kitabçasında qeyd edilən bəzi əmək fəaliyyəti dövlərinin mötəbər hesab edilməməsi və iddiaçının bu dövlərin də nəzərə alınaraq yenidən hesablanma aparılmasını tələb etməsi ilə bağlıdır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı,o cümlədən mübahisələndilən xx.xx.2006-cı il tarixinədək olan sosial sığorta stajını araşdırılmışdır. Belə ki,cavabdehin qəbul etmədiyi,iddiaçının əmək kitabçasında qeyd olunan və nəzərə alınması iddia edilən sığorta stajı dövrləri aşağıdakılar olmuşdur :
1. xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək,
2. xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixinədək; Cavabdeh imtinasındqa bildirir ki, qeyd olunan dövrə aid sənədlər mövcud olmadığına görə həmin dövrün araşdırılması mükmün olmamışdır. Məhkəmə cavabdehin dəlilini əsassız hesab edərək bildirik ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçıya məxsus İT-İ ******* saylı Əmək kitabçasının 46-47-ci səhifələrində aparılmış 9 nömrəli qeyddən görünür ki,iddiaçı xx.xx.1990-cı il tarixində 148 nömrəli Əmrə əsasən Zaqatala Rayon XDS-nin Memarlıq şöbəsinin nəznində təsərrüfathesablı istehsalat qrupunun texnik vəzifəsində işə qəbul edilmiş, xx.xx.1991-ci il tarixli 171 nömrəli Əmrə əsasən işdən azad edilmişdir. Daha sonra iddiaçı xx.xx.1992-ci il tarixində 06 nömrəli Əmrə əsasən Zaqatala Rayon İHB-nin Memarlıq və Tikinti şöbəsinin nəznində təsərrüfathesablı istehsalat qrupunun böyük texniki vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1994-cü il tarixli 24 nömrəli Əmrə əsasən işdən azad edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilən dövrlər iddiaçıya məxsus əmək kitabçasına əsasən öz təsdiqini tapmışdır.Bundan başqa iddiaçı xx.xx.1994-cü il tarixindəın sonra da 20 ildən artıq əmək fəaliyyətini davam etdirmişdir ki,nəticədə bir neçə müəssisə tərəfindən əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Nəticə etibarı ilə cavabdehin mübahisələndirdiyi dövrün əsassız olmasına dair hər hansı sübutu olmamaqla bərabər əmək kitabçasının müvafiq qeydlərinin mötəbərliyini istisna edən hal məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” : 3.1. Əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciətə Fondun aidiyyəti struktur bölməsində baxılır. 3.2. Əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə onun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində bu Qaydaya 4 nömrəli Əlavə ilə müəyyən edilmiş formada həmin çatışmazlıqların aradan qaldırılması (bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla) müddəti göstərilməklə bu Qaydaya uyğun olaraq bu barədə bildiriş göndərilir. Bu zaman pensiyanın təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı müddət axımı dayanır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətdə qeyd olunmuş ünvana poçt vasitəsilə, yaxud MEİS-dən olan əlaqə vasitələrindən (elektron poçt ünvanı və ya sms vasitəsilə) birinə məlumat göndərilməsi şərtilə müraciət edən şəxsin əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciətinə yenidən baxılır, bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq hüququnun yarandığı tarixdən pensiya təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək olan sosial sığorta stajı tam olaraq təsdiq olunduğundan (cavabdehin mübahisələndirdiyi və mübahisələndirmədiyi dövrlər) iddia təmin edilməli, cavabdeh tərəfindən həmin dövrlər nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1992-ci tarixindən xx.xx.1994-cü il tarixinədək iddiaçının işlədiyi dövrü sosial sığorta stajına daxil edərək İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.