Məhkəmə qərarları › İş №2-1(116)-1409/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1409/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1409/2022 28.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Zaqatala Rayonu Danaçı Bələdiyyəsinə qarşı "Zaqatala Rayonu Danaçı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 06 nömrəli iclasında 0,12 ha olmaqla 4 ədəd, 0,1174 ha olmaqla 1 ədəd, 0,1179 ha olmaqla 1 ədəd torpaq sahəsinin hər 0,01 hektarının 141 manata satılmasına dair aktlarının ləğv edilməsi" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Zaqatala Rayonu Danaçı Bələdiyyəsinə qarşı "Zaqatala Rayonu Danaçı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 06 nömrəli iclasında 0,12 ha olmaqla 4 ədəd, 0,1174 ha olmaqla 1 ədəd, 0,1179 ha olmaqla 1 ədəd torpaq sahəsinin hər 0,01 hektarının 141 manata satılmasına dair aktlarının ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2, X7, X6, X5, X3 və X1 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarının 2.1-ci bəndində deyilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələrin ilk növbədə yoxlamalı olduğu məsələlərdən biri İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsidir. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsində deyilir ki, inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Normadan göründüyü kimi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın bələdiyyəyə qarşı iddiası üçün iddia müddəti 15 iş günü müəyyən edilmişdir və həmin müddətin başlanğıcı göstərilən orqanın bələdiyyə qərarının ləğvi üçün müvafiq bələdiyyəyə müraciət etdiyi gündən hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında bu qəbildən olan iddialar üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı hüquqi mövqe ifadə edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddia müddətinə riayət edilibedilməməsinin müəyyən olunması üçün zəruri olan tarixlərdən biri İddiaçı xx.xx.2022-ci il tarixli 111-Z nömrəli məktubunun Zaqatala Rayonu Danaçı Bələdiyyəsinə çatdırıldığı tarix, digəri isə hazırkı iddianın verildiyi tarixdir. İşdə İddiaçı xx.xx.2022-ci il tarixli 111-Z nömrəli məktubunun Zaqatala Rayonu Danaçı Bələdiyyəsinə çatdırıldığı tarix barədə məlumat olmadığına görə məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd olunan məktubun Zaqatala Rayonu Danaçı Bələdiyyəsinə çatdırıldığı tarixi təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması hər iki tərəfdən xahiş edilmişdir. İddiaçı məktubun Zaqatala Rayonu Danaçı Bələdiyyəsinə deyil, poçt müəssisəsinə verildiyi tarixi (xx.xx.2022-ci il) təsdiq edən məxaric qəbzinin surətini məhkəməyə təqdim etsə də, Zaqatala Rayonu Danaçı Bələdiyyəsi xx.xx.2022-ci il tarixli cavab məktubunda həmin məktubun Bələdiyyəyə xx.xx.2022-ci ildə çatdırıldığını bildirmişdir. Hazırkı iddia ərizəsinin məhkəməyə göndərildiyi poçt zərfinin üzərində olan tarix ştampından həmin zərfin poçt müəssisəsinə xx.xx.2022-ci ildə verildiyi görünür. Məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə İddiaçındən zərfin poçt müəssisəsinə daha əvvəlki tarixlərdə təqdim olunması barədə sənəd mövcuddursa, həmin sənədin 05 gün müddətində məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin məhkəməyə belə bir sənəd təqdim olunmamışdır. Beləliklə, tərəflərin təqdim etdiyi sənədlərlə müəyyən edildi ki, İddiaçı Zaqatala Rayonu Danaçı Bələdiyyəsinin qərarının ləğvi üçün müraciəti həmin Bələdiyyəyə xx.xx.2022-ci ildə təqdim olunmuş, hazırkı iddia isə xx.xx.2022-ci ildə verilmişdir. Bu tarixlər arasında olan iş günlərinin sayı 15-dən çoxdur. Deməli, iddia qanunla müəyyən edilmiş müddət ərzində verilməmişdir. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. Sadalanan hallar məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə tərəflərin diqqətinə çatdırılmış və bununla bağlı fikirlərini 5 gün müddətində Şəki İnzibati Məhkəməsinə bildirmələri xahiş edilmişdir. Məhkəmənin məktubu xx.xx.2022-ci ildə elektron poçtla iddiaçıya, xx.xx.2022-ci ildə isə poçt vasitəsilə hər iki tərəfə göndərilmiş və xx.xx.2022ci ildə xəbərnaməyə imza etdirilməklə hər iki tərəfə çatdırılmışdır. Bununla da məhkəmə hər iki tərəfin dinlənilmə hüququnu təmin etmiş, lakin təyin olunmuş müddət ərzində və ondan sonra ötən günlərdə tərəflər məhkəmənin məktubuna ümumiyyətlə cavab verməmiş, iddiaçı iddia müddətinə riayət edib-etmədiyini, etməmişdirsə, müddətin bərpa edilməli olduğunu bildirməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia müddəti buraxıldığına görə hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Zaqatala Rayonu Danaçı Bələdiyyəsinə qarşı "Zaqatala Rayonu Danaçı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 06 nömrəli iclasında 0,12 ha olmaqla 4 ədəd, 0,1174 ha olmaqla 1 ədəd, 0,1179 ha olmaqla 1 ədəd torpaq sahəsinin hər 0,01 hektarının 141 manata satılmasına dair aktlarının ləğv edilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar