Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1412/2025 11.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” X1rşı “xx.xx.1973-cü il tarixli Ağbaba (Amasiya) rayonu Mağaracıq kənd sovetliyində qeyd edilmiş 01 saylı nikah haqqında akt qeydinin bərpa edilməsi və bərpa edilmiş nikah akt qeydində mərhum ərinin soyadının “Məmmədov”, ata adının “Sədi” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı və X5 Cavabdehnə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək “İddiaçı məxsus nikah akt qeydində düzəliş edilərək, ərinin X3 yazılmış ad və ata adında düzəliş edilərək X18 kimi, X8 məxsus doğum akt qeydində düzəliş edilərək valideynlər: ata adı qrafasında X2 yazılmış adın düzəliş edilərək X18 kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2- 1(116)-3592/2024 nömrə ilə qeydə alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1412/2025 nömrəli qərardadı ilə iddiaçı X5 Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilərək valideynlər - ata adı qrafasında “X9” kimi yazılmış qeydə düzəliş edilərək “X11” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ayrıca icraata ayrılmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "xx.xx.1973-cü il tarixli Ağbaba (Amasiya) rayonu Mağaracıq kənd sovetliyində qeyd edilmiş 01 saylı nikah haqqında akt qeydinin bərpa edilməsi və bərpa edilmiş nikah akt qeydində mərhum ərinin soyadının “Məmmədov”, ata adının “Sədi” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.1950-ci ildə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. İddiaçı 10 yanvar 1973-cü ildə X11 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Mərhum əri X11 xx.xx.2024-cü ildə vəfat etmiş və vəfatından sonra miras əmlakın qəbulu ilə bağlı problemlər yaranmışdır. Buna səbəb ərinin sənədlərində soyadının bəzi sənədlərdə “Məmmədov" olduğu halda digər sənədlərdə “Mamedov” yazılmasıdır. Bundan əlavə ata adı isə bəzi sənədlərdə “Sədi” olduğu halda “Sadıq” kimi qeyd edilmişdir. Bu səbəbdən də Cavabdehnə müraciət etmiş, cavabdeh orqan tərəfindən ona xx.xx.2024-cü il tarixdə məktub ünvanlararaq sözügedən düzəlişlərin düzəldilməsinin onların səlahiyyətlərinə aid olmaması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah olunuşdur. Cavabdeh iddia tələbinə münasibətində aşağıdakıları bildirmişdir: - Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə Mingəçevir regional "ASAN xidmət” X6 müraciət edərək Ermənistan SSR, Ağbaba (Amasiya) rayonu, Mağaracıq kənd icra sovetliyində xx.xx.1973-cü il tarixdə 01 saylı akt qeydi üzrə tərtib edilmiş nikah haqqında şəhadətnamə əsasında akt qeydinin bərpa edilməsindən imtina edilməsi barədə məhkəməyə təqdim edilməsi üçün məktub verilməsini xahiş etmişdir. Ermənistan SSR, Ağbaba (Amasiya) rayonu, Mağaracıq kənd icra sovetliyi tərəfindən tərtib olunmuş xx.xx.1973-cü il tarixdə l-3Ж 314643 nömrəli nikah haqqında şəhadətnamənin üzərində kişinin soyadı nikahdan əvvəl "Mamedov”, nikahdan sonra “Məmmədov" kimi, atasının adı “Sadıq”, doğum yeri Amasiya rayonu Mağaracıq kəndi, Mingəçevir şəhər qeydyyat şöbəsində kişinin adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli 09 saylı doğum haqqında bərpa və Mingəçevir regional “ASAN xidmət” mərkəzində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 209 saylı ölüm haqqında akt qeydlərində soyadı "Məmmədov”, atasının adı "Sədi” kimi, doğum yeri Ermənistan Amasiya rayonu kimi məlumatların qeyd edilməsi aşkarlanmış və ziddiyyətlər aşkar olunduğu üçün nikah akt qeydinin bərpa edilməsi barədə rəyin tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı və iddaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AZ-İİ 427636 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu, xx.xx.1973-cü il tarixli l-3Ж 314643 nömrəli nikah haqqında şəhadətnamə, ********* nömrəli doğum haqqında akt qeydi, ********* nömrəli ölüm haqqında akt qeydi, AC 612423 nömrəli sürücülük vəsiqəsinin surəti, P4425094 nömrəli ümumvətəndaş pasportunun surəti, AB 002172 nömrəli Qaçqın vəsiqəsinin surəti. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
17. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır.
18. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, 10 yanvar 1973-cü ildə X11 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş Ermənistan SSR, Ağbaba (Amasiya) rayonu, Mağaracıq kənd icra sovetliyi tərəfindən tərtib olunmuş xx.xx.1973-cü il tarixdə l-3Ж 314643 nömrəli nikah haqqında şəhadətnamədə kişinin soyadının nikahdan əvvəl "Mamedov”, nikahdan sonra “Məmmədov" kimi, ata adı isə “Sadıq” kimi yazılması aşkarlandığından nikah akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. İş materialarında mövcud olan sənədlərin təhlili zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum ərinə aid müxtəlif dövrlərdə tərtib olunmuş rəsmi sənədlərdə onun soyadı fərqli formalarda – “Mamedov” və “Məmmədov” kimi göstərilmişdir. Bu sənədlərə ümumi şəkildə nəzər salındıqda, keçmiş SSRİ dövründə tərtib edilmiş sənədlərdə soyadın “Mamedov” formasında, Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonrakı dövrdə tərtib olunmuş sənədlərdə isə “Məmmədov” formasında qeyd edildiyi müəyyən olunur. Bu hal, müvafiq dövrün yazı və dil vərdişlərinin təsiri ilə izah edilir. Belə ki, sovet dövründə sənədlər rus dilində və ya kiril əlifbası ilə tərtib olunduğuna görə, azərbaycanlı şəxslərin soyadları fonetik tələffüzə uyğunlaşdırılaraq rus dilinin transliterasiya qaydalarına əsasən qeyd edilirdi. Nəticə etibarilə, azərbaycanca “ə” səsi rus dilində olmadığı üçün həmin səs ya “a”, ya da “e” ilə əvəzlənirdi. Bu baxımdan, “Məmmədov” soyadı kiril əlifbasında və rus dilində “Мамедов” kimi yazılırdı ki, bu da latın qrafikasına transliterasiya edilərkən “Mamedov” formasını alırdı. Azərbaycan Respublikası müstəqillik qazandıqdan və latın qrafikalı əlifbaya keçid baş verdikdən sonra isə soyadların yazılışında orfoqrafik norma və dilə uyğunluq prinsipləri əsas götürülməyə başlandı. Beləliklə, “Mamedov” formasının “Məmmədov” formasında yazılması, bir tərəfdən dilin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılması, digər tərəfdən isə milli kimliyin qorunması məqsədi daşıyırdı. Qeyd edilənlərə əsasən, mərhumun soyadının “Mamedov” və “Məmmədov” formasında yazılması texniki və dil tarixi səbəblərilə bağlı olmaqla, əslində eyni şəxsə aid olduğunu göstərir və bu soyadlar arasında hüquqi baxımdan fərq qoyulmasına əsas yoxdur. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum ərinin ata adı tədqiq edilmiş sənədlərdə “Sədi” kimi qeyd olunmuşdur. Bu, onun hüquqi və faktiki münasibətlərdə məhz həmin məlumatlarla tanındığını və identifikasiya edildiyini təsdiq edir. Həmçinin, AZ-İİ 427636 nömrəli ölüm haqqında şəhadətnamədə də mərhumun eyni ata adı və soyadla rəsmən qeydiyyata alındığı və bu məlumatlarla vəfat etdiyi müəyyən olunur. Odur ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” X4 üzərinə xx.xx.1973-cü il tarixli Ağbaba (Amasiya) rayonu Mağaracıq kənd sovetliyində qeyd edilmiş 01 saylı nikah haqqında akt qeydinin bərpa edilməsi və bərpa edilmiş nikah akt qeydində iddiaçının mərhum ərinin soyadının “Məmmədov”, ata adının “Sədi” qeyd edilməklə düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.