Məhkəmə qərarları › İş №2-1(116)-1414/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1414/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1414/2020 29.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Qəbələ bələdiyyəsinə qarşı “şəxsi mülkiyyəti, ona məxsus AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********70 olan, ********** qeydiyyat nömrəli 0.2606 ha-dan ibarət Qəbələ şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə sabiq bələdiyyə sədri (hazırkı Qəbələ şəhər icra nümayəndəsi) X7 tərəfindən verilmiş qanunsuz sənədlərin (Torpaqların alqı-satqısına dair Akt, Torpaq sahəsinin planı və ölçüsü) ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Qəbələ bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “şəxsi mülkiyyəti, ona məxsus AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********70 olan, ********** qeydiyyat nömrəli 0.2606 ha-dan ibarət Qəbələ şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə sabiq bələdiyyə sədri (hazırkı Qəbələ şəhər icra nümayəndəsi) X7 tərəfindən verilmiş qanunsuz sənədlərin (Torpaqların alqı-satqısına dair Akt, Torpaq sahəsinin planı və ölçüsü) ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********70 olan ********** qeydiyyat nömrəli (həmin torpaq sahəsi 2006-cı ildə iddiaçının atası tərəfindən Şəfizadə Məmməd Rövşən oğlundan nağd pulla alınmış, lakin ilkin çıxarış xx.xx.2006-cı il tarixli, reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********* olan Şərifzadə Məmməd Rövşən oğlunun adına alınmış və xx.xx.2013-cü il tarixdə iddiaçının atası X3 baş etibarnamə ilə verilmişdir) 0.2606 ha sahəsən ibarət Qəbələ şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının şəxsi mülkiyyətindədir. X4 adlı şəxsiddiaçıya məxsus yuxarıda qeyd edilən torpaq sahəsinin 0.06 ha hissəsini zəbt edərək qanunsuz tikililər inşa etmişdir. İddiaçı dəfələrlə sahəni boşaltmağı və qanunsuz inşa etdirdiyi tikililəri sökməyi ondan tələb etsə də, o, iddiaçının tələblərinə məhəl qoymamışdır. Əsas kimi guya həmin sahəyə Qəbələ bələdiyyəsinin (sabiq sədr, hazırkı Qəbələ şəhər icra nümayəndəsi X7) xx xxxxxx 2006-cı il tarixli qərarı ilə hüququ yarandığını bildirir, bundan əlavə də iddiaçıya yeni məlum olmuşdur ki, 0.05 ha və 0.06 ha torpaq sahəsini bələdiyyə sənədi ilə satmışdır. İddiaçının mülkiyyətinin zəbt olunması və qanunsuz tikililərin inşa olunması Qəbələ bələdiyyəsi tərəfindən verilmiş qanunsuz sənədlərin əsasında baş vermişdir və bu məsələdə məsuliyyət Qəbələ rayon bələdiyyəsinin üzərinə düşür. Hazırda iddiaçının mülkiyyətində olan 0.2606 ha torpaq sahəsini iddiaçı alqı-satqı yolu ilə Şərifzadə Məmməd Rövşən oğlundan almış və Şərifzadə Məmməd Rövşən analoji iddia ilə əvvəllər Qəbələ rayon Məhkəməsinə müraciət etmişdir. Lakin X1 boşaldacağı vədinə inanan həmin iş üzrə iddiaçı Şərifzadə Məmməd Rövşən oğlu iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Qəbələ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-82/2017 nömrəli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Bundan sonra həmin iş üzrə cavabdeh X8 qanunsuz əməllərini davam etdirmişdir. İddiaçıya xx xxxxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, alqı-satqı aktının ləğvinə inzibati qaydada baxılmır. Plan-ölçü sənədləri bələdiyyə tərəfindən tərtib edilmir. Yardım məktubu ilə həmçinin iddiaçıya izah edilmişdir ki, o, bələdiyyənin xx xxxxxx 2006-cı il tarixli Qərarını mübahisələndirməlidir. Yuxarıda qeyd olunanlarla bağlı münasibət bildirməsi üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi yardım məktubu iddiaçıya xx.xx.2020-ci il tarixdə verilmişdir. Lakin tələb olunan müddət ərzində iddiaçı tərəfindən yardım məktubuna münasibət bildirilməmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-ci bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qəbələ bələdiyyəsinə qarşı “şəxsi mülkiyyəti, ona məxsus AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********70 olan, ********** qeydiyyat nömrəli 0.2606 ha-dan ibarət Qəbələ şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə sabiq bələdiyyə sədri (hazırkı Qəbələ şəhər icra nümayəndəsi) X7 tərəfindən verilmiş qanunsuz sənədlərin (Torpaqların alqı-satqısına dair Akt, Torpaq sahəsinin planı və ölçüsü) ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar