Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1416/2021 21.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Avtomatlaşdırılmış qeydiyyat sistemində “ölümlərin reyestri”nə səhvən qeyd olunmuş adının yəni - İddiaçı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Avtomatlaşdırılmış qeydiyyat sistemində “ölümlərin reyestri”nə səhvən qeyd olunmuş adının yəni - İddiaçı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, 22.05.2020-ci il tarixdə Qəbələ RMX PHŞ-nin Poliklinika şöbəsində X1 ölüm aktı rəsmiləşdirilərkən texniki səhv səbəbindən sistemə şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin son rəqəmi 6 əvəzinə 8 qeyd olunmuş və nəticədə sistemə iddiaçının adına ölüm haqqında tibbi şəhadətnamə düşmüşdür. Müvafiq tibbi şəhadətnamə əsasında cavabdeh tərəfindən iddiaçının adına 22.05.2020-ci il tarixli 134 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. İddiaçı müvafiq akt qeydinin ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, özünün sağ olmasını və aparılan qeydin texniki səhv nəticəsində icra edildiyini bildirmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Vəndam qəsəbə İƏD-nin 01.09.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı Vəndam qəsəbə sakini olmaqla hal-hazırda həmin qəsəbədə yaşayır, sağ-salamatdır. - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Qəbələ rayon Mərkəzi Xəstəxanasının 02.09.2021-ci il tarixli 8/525 nömrəli arayışından görünür ki, iddiaçının adına ölüm haqqında tibbi şəhadətnamə texniki səhv nəticəsində düşmüş və hazırda müvafiq şəhadətnamə ləğv edilmişdir. - cavabdeh tərəfindən tərtib edilmiş, 22.05.2020-ci il tarixli "ölüm haqqında" akt qeydindən görünür ki, xx.xx.1958-ci ildə doğulmuş, İddiaçı 22.05.2020-ci il tarixdə durğunluq ürək çatışmazlığı nəticəsində ölməsi ilə bağlı qeyd aparılmış, əsas olaraq **********46 №-li tibbi şəhadətnamə qeyd edilmişdir. - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Qəbələ rayon Mərkəzi Xəstəxanasının 14.10.2021-ci il tarixli məktubundan görünür ki, Qəbələ rayonu Vəndam kənd sakini İddiaçı ölüm haqqında akt qeydinin Cavabdeh tərəfindən sistemdən ləğv edildiyi bildirilmişdir. - Cavabdeh 14.12.2021-ci il tarixdə məhkəməyə ünvanladığı məktubundan görünür ki, iddiaçının adına tərtib edilmiş 22.05.2020-ci il tarixli 134 saylı ölüm akt qeydi Cavabdeh 21.09.2021-ci il tarixli rəyinə əsasən ləğv edilmişdir. Əsaslandırma hissəsi : Hazırki iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddiaçının ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Beləliklə, iş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən barəsində texniki səhv nəticəsində tərtib edilmiş "ölüm haqqında" akt qeydinin ləğvinə nail olmaqdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, müvafiq texniki səhvə ilkin olaraq yol vermiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Qəbələ rayon Mərkəzi Xəstəxanası ölüm haqqında tibbi şəhadətnaməni, Cavabdeh isə həmin şəhadətnamə əsasında tərtib edilmiş "ölüm haqqında" akt qeydini ləğv etdiyindən iddiaçı arzuladığı məqsədə çatmış və mübahisə aradan qalxmışdır. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Avtomatlaşdırılmış qeydiyyat sistemində “ölümlərin reyestri”nə səhvən qeyd olunmuş adının yəni - İddiaçı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1416/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1416/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver