Məhkəmə qərarları › İş №2-1(116)-1416/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1416/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1416/2022 24.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh "xxxx" X1 Təchizatı və Satışı İdarəsinə qarşı "Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən 0,9499 ha olaraq ayrılmış torpaq sahəsinin tamamlanması üçün 0,5300 ha torpaq sahəsinin X1 Təchizatı və Satışı İdarəsinə həvalə olunması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" X1 Təchizatı və Satışı İdarəsinə qarşı "Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən 0,9499 ha olaraq ayrılmış torpaq sahəsinin tamamlanması üçün 0,5300 ha torpaq sahəsinin X1 Təchizatı və Satışı İdarəsinə həvalə olunması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı öz iddia ərizəsində cavabdeh kimi "xxxx" X1 Təchizatı və Satışı İdarəsini göstərmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş ""xxxx" Açıq Səhmdar Cəmiyyətinin Strukturu"nun 2.3-cü bəndində X1 Təchizatı və Satışı İdarəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilat (idarə) kimi nəzərdə tutulmuşdur. Belə olan halda, hazırkı iddia həmin İdarəyə qarşı deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı yönəlməli və iddia ərizəsində cavabdeh kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti göstərilməli idi. Bundan başqa, iddiaçı iddia ərizəsinin nəticəvi hissəsində qeyrimüəyyən ifadələrə yol verərək, 0,5300 ha torpaq sahəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bu səbəbdən onun konkret olaraq nə tələb etməsi aydın olmur. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1.3-cü maddəsinə görə, iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbi də göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göründüyü kimi, öhdəliyin icrası haqqında iddiaların mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı iddia ərizəsinə X1 Təchizatı və Satışı İdarəsi tərəfindən ona yazılmış xx.xx.2019-cu il tarixli cavab məktubunun kserosurətini əlavə etmişdir. Lakin həmin kserosurət notariat qaydasında təsdiq edilmədiyinə görə məhkəmədə sənəd kimi qəbul edilə bilməz. Məhkəməyə göstərilən sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilə bilər. Yuxarıda sadalanan çatışmazlıqlar məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı diqqətinə çatdırılmış və onların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu iddiaçıya xx.xx.2022-ci ildə imza etdirilməklə çatdırılmış, lakin təyin edilmiş müddət ərzində və ondan sonra ötən günlərdə iddiaçı məhkəmənin yardım məktubuna cavab verməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" X1 Təchizatı və Satışı İdarəsinə qarşı "Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən 0,9499 ha olaraq ayrılmış torpaq sahəsinin tamamlanması üçün 0,5300 ha torpaq sahəsinin X1 Təchizatı və Satışı İdarəsinə həvalə olunması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar