Məhkəmə qərarları › İş №2-1(116)-142/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-142/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-142/2021 03.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh2nə qarşı (üçüncü şəxs: X14) “Cavabdeh2 04.08.2008-ci il tarixli, 09 saylı qərarının etibarsız sayılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi, Cavabdeh4 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Oğuz rayon Muxas YAİK-in 10.11.1996-cı il tarixli 10 saylı Protokol qərarının 5-ci bəndinin, Cavabdeh2 04.08.2008-ci il tarixli 09 saylı qərarının, həmin qərarlar əsasında X1 adına çıxarılmış 27.08.2008-ci il tarixli, seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, bu Çıxarış əsasında Oğuz rayon Dövlət Notariat kontoru tərəfindən cavabdeh X7 verilmiş 10.09.2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, bu Şəhadətnamə əsasında X7 verilmiş 08.10.2008-ci il tarixli, seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və Oğuz rayonu Muxas kəndində mərhum anası X2 istifadəsində olmuş 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən şəxsi mülkiyyət hüququ ilə X8 məxsus olmuş evə özünün vərəsəlik hüququnun tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu 03.07.2020-ci il tarixindən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası X22 birinci həyat yoldaşı və bu nikahdan doğulmuş uşaqları ilə Oğuz rayonu Muxas kəndində iddiaçının babasından qalmış, 1918-ci ildə inşa edilmiş iki mərtəbəli, iki mənzilli (tiraltı) evdə yaşamışlar. Həyat yoldaşı vəfat etdikdən sonra, 1955- 1956-ci illərdə o, iddiaçının anası X15 ilə evlənərək həmin həyətyanı torpaq sahəsində yerləşən 1825-ci ildə inşa edilmiş birmərtəlı, birotaqlı həyət evinə köçmüşlər. İddiaçının bacısı X19 30.12.1957-ci ildə və iddiaçı Qurbanova (Bədəlova) Rübabə Məcid qızı xx.xx.1961-ci ildə həmin evdə anadan olmuş və yaşamışlar. İddiaçının atasının yaşca onlardan çox böyük olan birinci nikahdan olmuş oğulları isə yuxarıda qeyd edilən ikimərtəbəli, ikimənzilli evdə yaşamışlar. Onlar iddiaçının bacısı X19 və iddiaçı hələ kiçik ikən məktəbi qurtarıb kənddən getmişlər, böyük oğlu Ramazan hərbiçi olduğu üçün SSRİ-nin müxtəlif əyalətlərində hərbi hissələrdə qulluqda olmuş, kiçik oğlu Cuma isə ailə həyatı quraraq Bakı şəhərində yaşamışdır. Azərbaycan Respublikası MAİ-nin Oğuz rayon Arxivinin 23.06.2020-ci il tarixli Muxas kənd Sovetinin 1963-1965-ci illər təsərrüfatbaşına uçot kitabından çıxarışında qeyd edildiyi kimi iddiaçının atasının oğulları ailə üzvləri kimi onun təsərrüfatında qeydiyyatda olmamışlar. İddiaçının atası 1968-ci ildə vəfat etmişdir. Lakin hələ sağlığında iddiaçının anasının razılığı ilə ailənin ümumi istifadəsində olan 0.31 ha həyətyanı torpaq sahəsinin 0.17 ha hissəsini şərti olaraq (hasar ilə) ayıraraq həmin torpağı və orada yerləşən 1918-ci ildə inşa edilmiş ikimərtəbəli, ikimənzilli evi birinci nikahdan olan oğulları üçün saxlamışdır. Ancaq qeyd edilən torpağ bölgüsü rəsmiləsdirilmədiyindən 0.31 ha həyətyanı torpaq sahəsi 1980-1982-ci illərə aid təsərrüfatbaşına uçot kitabının şəxsi hesab vərəqəsində 1981-ci ilin iyun ayına kimi, yəni iddiaçının anasının vəfatına kimi onun qanuni istifadəsində olan torpaq sahəsi kimi adına qeydiyyatda qalmışdır. 1981-ci ilə kimi iddiaçı, anası X15 və bacısı X19 ilə birlikdə yuxarıda qeyd edilən, ailənin faktiki istifadəsində olan 0.14 ha həyətyanı torpaq sahəsində yerləşən və anasının xüsusi mülkiyyətində olan 1825-ci ildə inşa edilmiş birmərtəlı, birotaqlı evdə yaşamışlar. İddiaçının anası 06.06.1981-ci ildə vəfat etmişdir, onun dəfnindən sonra iddiaçı və bacısı həmin əmlakı X2 qanuni və yeganə varisləri kimi faktiki qəbul etmiş, ev və həyətyanı torpaq sahəsi onların istifadəsində olmuşdur. İddiaçı mirası qəbul etmək məqsədi ilə Oğuz rayon notariat kontoruna müraciət edərək, vərəsəlik şəhadətnaməsinin alınması üçün lazım olan sənədlərin siyahısını almış və müəyyən sənədləri toplayaraq o zamankı Muxas kənd XDS-nin sədrinə təhvil vermişdir. Lakin bir müddət sonra sənədləşmə ilə bağlı Muxas kənd XDS-yə təkrar müraciət etdikdə, iddiaçıya həmin sənədlərin itirildiyi bildirilmişdir. Hüquqi savadsızlığıqdan və maddi vəziyyətin ağır olması səbəbindən, eyni zamanda təhsil və işlə əlaqədar olaraq Mingəçevir şəhərində yaşadıqları üçün Muxas kəndinə tez-tez gəlmək imkanı olmamış, buna görə də vərəsəliyin rəsmiləşdirilməsi işini sona çatdıra bilməmişlər. 1983-cü ildə iddiaçının bacısı ərə gedərək o zamankı Gürcüstan SSR-yə köçmüşdür. İddiaçı 1985-ci ilin noyabr ayınada ailə həyatı qurduqdan sonra da mütəmadi olaraq ailəsi ilə Muxas kəndinə gələrək həmin evə baş çəkmiş, yay aylarında müvəqqəti yaşamış, müəyyən abadlıq və cari təmir işlərini görmüşdür. 1996-cı ilin payızında iddiaçının atasının birinci nikahdan olan oğlu Rüstəmov Ramazan iddiaçıya müraciət edərək ağır xəstə olduğunu və atasının onlar üçün saxladığı ikimənzilli evin qardaşı Cuma tərəfindən sökülərək yerində tikilmiş yeni evdə sıxlıq olduğu səbəbindən anasından onlara miras qalmış evdə müvəqqəti yaşamaq üçün iddiaçıdan icazə istəmişdir. İddiaçı həyat yoldaşının razılığı ilə Ramazanın səhhətini və evin müəyyən müddət onun nəzarətində olacağını nəzərə almaqla, etiraz etməyərək evin açarlarını ona vermişdir. Lakin qısa bir müddətdən sonra Rüstəmov Ramazanın səhhətinin ağırlaşması səbəbindən daimi yaşayış yeri olan Bakı şəhərinə qayıtmış və 08.12.1997-ci ildə vəfat etmişdir. O zamandan bu günə kimi iddiaçı yuxarıda göstərdiyi kimi istirahət, qohumqonşuların toy və yas mərasimlərində iştirak etmək üçün vaxtaşırı Muxas kəndinə gələrək evə baş çəkmiş, mərhum R. Rüstəmovun oğlu Nazim Rüstəmovun da ailəsi ilə birlikdə yay mövsümlərində həmin evdə yaşamasına etiraz etməmişdir. 2019-cu ilin iyul ayında ayında Muxas kəndinə gələrkən iddiaçı qohumları ilə söhbət əsnasında təsadüfən ona məlum olmuşdur ki, həmin evi və həyətyanı torpaq sahəsini Nazim Rüstəmov öz adına rəsmiləşdirərək mülkiyyət hüququnu təsdiq edən sənəd almışdır. İddiaçı Nazimlə əlaqə saxladıqda o, evin artıq ona məxsus olduğunu iddiaçıya bildirmiş, iddiaçı anası X2 birinci növbəli vərəsəsi kimi Rüstəmov Nazimdən həmin əmlakı geri qaytarmasını tələb etsə də, o heç bir şərt daxilində iddiaçı ilə razılaşmamış və onun xahişini yerinə yetirməkdən qəti imtina etmişdir. Pozulmuş vərəsəlik və mülkiyyət hüquqlarının bərpa edilməsi üçün iddiaçı 2019-cu ilin iyul ayında vəkil ilə müqavilə bağlamış, həmin əmlak barəsində məlumat almaq məqsədi ilə DƏDRX-ə vəkil sorğusu göndərmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 09.08.2019- cu il tarixli **********42 saylı cavab məktubunda 0,14 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin 2008-ci ildə X1 adına qeydiyyata alındığı və 10.09.2008-ci il tarixli 4V-1/117 saylı vərəsəlik şəhadətnaməsinə əsasən X3 adına keçdiyi qeyd edilmişdir. Məcburiyyət qarşısında qalaraq iddiaçı 2019-cu ilin oktyabr ayında DƏDRX-dən çıxarışların, texniki pasportların ləğvi iddia tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mərhum Ramazan Rüstəmov hələ 1996-cı ildə Oğuz rayonu Muxas X39 Komissiyasının vəzifəli şəxsləri ilə əlbir olaraq saxta məlumatlara əsaslanan Muxas YAİKnın 10.11.1996-cı il tarixli qərarının verilməsinə nail olmuşdur. Onun oğlu Nazim Rüstəmov həmin qərara və atasının vəfatından 12 il sonra verilmiş Cavabdeh2 04.08.2008-ci il tarixli 09 saylı qeyri-qanuni qərarına əsasən mərhum atasının adına 27.08.2008-ci il tarixli, MH seriya ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış alaraq, Oğuz rayon Dövlət Notariat kontoru tərəfindən verilmiş 10.09.2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən həmin əmlakı öz adına rəsmiləşdirmiş və DƏDRX-dən adına yeni Çıxarış və Texniki Pasport almışdır. Oğuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29.12.2019-cu il tarixli, 2(054)-546/2019 saylı qərardadı ilə müəyyən edilmişdir ki, cavabdeh X4 adına AR ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 07.10 2008-ci il tarixli Texniki Pasport və 08.10. 2008-ci il tarixli MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış bələdiyyənin qərarı əsasında hazırlanmışdır və həmin sənədlərdə göstərilən torpaq sahəsi aqrar islahat ilə əlaqədar verilən torpaq sahəsi kimi qeyd edilmişdir. Sözügüdən hüquqmüəyyənedici sənədlərin verilməsi üçün yerli AİK və bələdiyyə, yəni inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlar əsas olmuşdur. Qeyd edilən məhkəmə qərarında iddiaçıya həmin tələblə əlaqədar inzibati məhkəmə icraatı qaydasında aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçıya 10.07.2020-ci il tarixdə yardım məktubu yazılaraq nəzərinə çatdırılmışdır ki, tələbinin birinci bəndi üzrə (Oğuz rayon Muxas X39 Komissiyasının 10.11.1996-cı il tarixli 10 saylı Protokol qərarının 5-ci bəndinin ləğv edilməsi) Cavabdeh1 cavab verən orqan deyil. Aqrar İslahat Komissiyası ləğv olunub və onun hüquqi varisi yoxdur. Tələbinin ikinci hissəsi ilə bağlı iddiasına cavab verməli olan orqan bələdiyyə olsa da, həmin hissə dəqiq qeyd olunmamışdır. Cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh4 inzibati orqan deyil və X14 da fiziki şəxsdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən nəzərinə çatdırılmışdır ki, fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Tələbinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “27.08.2008-ci il tarixli seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın” ləğv edilməsi hissəsində iddiaçının nəzərinə çatdırılmışdır ki, həmin tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdə onun müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Ümumiyyətlə, müxtəlif cavabdehlərə qarşı bir-biri ilə əlaqəsi olmayan tələblər irəli sürülüb. Həmçinin, o da iddiaçının nəzərinə çatdırılmışdır ki, o, inzibati qaydada qərarları və həmin qərarlar əsasında verilmiş sənədləri mübahisələndirə bilər. Vərəsəlik şəhadətnaməsi və onun əsasında verilən çıxarışın ləğvini isə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə rayon (şəhər) məhkəməsindən tələb edə bilər. Yardım məktubunu aldıqdan sonra iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh qismində yalnız Cavabdeh2, üçüncü şəxs qismində X9 qeyd edərək, Cavabdeh2 04.08.2008-ci il tarixli, 09 saylı qərarının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh orqan Cavabdeh2 məhkəməyə ünvanladığı 12.10.2020-ci il tarixli, 51 nömrəli münasibət məktubunda qeyd edilir ki, Oğuz Rayon Muxas kolxozunun 1991- 1996-cı illərə dair qaytanlanmış torpaq kitabında (səhifə 20, sıra 236) qeyd edilən 0,14 hektar torpaq sahəsi X1 adına qeydə alınmışdır. Həmin 0,14 hektar həyətyanı torpaq sahəsi və torpaq sahəsində yerləşən ev Oğuz Rayon Muxas kənd X39 Komissiyasının 10 noyabr 1996-cı il tarixli 10 saylı qərarı ilə X1 xüsusi mülkiyyətinə verilmişdir. Qeyd edilən qərar qəbul edilərkən iddiaçının anasının 1981-ci ildə vəfat etməsi, evin və həyətyanı torpaq sahəsinin uzun müddət istifadəsiz qalması, evin və yerləşdiyi 0,14 hektar torpaq sahəsinin X1 adına qeydə alınması, evin və həyətyanı torpaq sahəsinin son bir neçə ildə faktiki olaraq X1 istifadəsində olması nəzərə alınmışdır. Oğuz Rayon Muxas kənd X39 Komissiyasının 10 noyabr 1996-cı il tarixli 10 saylı qərarı sonradan ləğv olumamışdır. X4 ərizəsi, Oğuz Rayon Dövlət Arxivinin 05 mart 2006-cı il tarixli 125 saylı DTXK Oğuz rayon şöbəsinin 10 iyul 2006-cı il tarixli 236 saylı arayışları, Oğuz Rayon Muxas kənd X39 Komissiyasının 10 noyabr 1996-cı il tarixli 10 saylı qərarı, Oğuz Rayon Muxas kolxozunun 1991-1996-cı illərə dair qaytanlanmış torpaq kitabında (səhifə 20. sıra 236) qeyd edilən torpaq sahəsinin X1 adına qeydə alınmış olması, qeyd edilən 0.14 hektar həyətyanı torpaq sahəsinin Ramazan Rüstəmovun mülkiyyətinə verilmiş olduğu və onun adına müvafiq mülkiyyət hüququ tanıyan sənəd hazırlanmalı olduğu halda hazırlanmayaraq səhvən Cavabdeh2 mülkiyyətində saxlanılması nəzərə alınaraq Cavabdeh2 04 avqust 2008-ci il tarixli 9 saylı iclasının qərarı ilə əvəzsiz olaraq X1 mülkiyyətinə verilmişdir. İddiaçı aqrar islahat aparılan müddətdə və sonralar ən azı 23 il ərzində qeyd edilən 0.14 ha torpaq sahəsi barədə hər hansı bir orqana müraciət etməmiş, islahatla əlaqədar mülkiyyətinə həyətyanı torpaq sahəsi verilən şəxslərin siyahısına özünün və ya mərhum anası Xənimət Məcidovanın adının da əlavə olunaraq mülkiyyətinə verilməsini, həmçinin həmin torpaq sahəsinin X1 mülkiyyətinə verilməsini mübahisələndirməmişdir. Mərhum anasının 1981-ci ildə vəfatından sonra qeyd edilən torpaq sahəsindən istifadə etməmişdir, torpaq sahəsinin vergilərini də ödəməmişdir. Oğuz rayon Muxas kənd X39 Komissiyasının 10 noyabr 1996-cı il tarixli 10 saylı qərarı və Cavabdeh2 04.08.2008-ci il tarixli 9 saylı iclasının qərarı qəbul edildiyi müddətlərdə hazırkı 0.14 ha həyətyanı torpaq sahəsinə iddiaçının hər hansı qanuni hüququ mövcud olmamışdır. Qeyd edilən ev və həyətyanı torpaq sahəsi DƏDRX-də 27.08.2008-ci il tarixli ******* saylı DƏDRX-dən Çıxarışa əsasən əvvəlcə X1 adına, sonradan isə müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 08 oktyabr 2008-ci il tarixli ******* saylı DƏDRX-dən Çıxarışa əsasən X4 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Oğuz Rayon Dövlət Arxivinin 14.10.2019-cu il tarixli, 184 nömrəli arxiv arayışında qeyd edilir ki, Vartaşen rayon Bucaq kənd XDS İcraiyyə Komitəsinin 1977-1979-cu il tarixli 04 saylı təsərrüfatbaşına uçot kitabında Muxas kənd sakini X2 təsərrüfatın şəxsi mülkiyyəti hesab olunan 1825-ci il tarixdə tikilmiş yaşayış evinin təsərrüfatın xüsusi istifadəsində olan 0.31 ha həyətyanı torpaq sahəsinin və ailə üzvlərinin qeydiyyatı aşağıda göstərilən kimidir: X15-ailə başçısı, X19-qızı, X16-qızı. İş materiallarında olan 1963-1964-cü illərin təsərrüfatbaşına kitabının təsdiq edilmiş surətində X22 ailə başçısı olmaqla X15-arvadı, X20-qızı, X16- qızı olaraq qeyd edilmişdir. İş materiallarında olan 1980-1981-ci illərin təsərrüfatbaşına kitabında X15 ailə başçısı olaraq qeyd edilmişdir. Kitabda başqa şəxslərə dair məlumat qeyd edilməmişdir. İş materiallarında olan Cavabdeh2 04.08.2008-ci il tarixli, 09 saylı iclas qərarının surətindən görünür ki, X14 bələdiyyəyə həyətyanı torpaqla əlaqədar ərizə vermişdir. Onun bələdiyyəyə təqdim etdiyi Oğuz rayon Dövlət Arxivinin 05.03.2006-cı il tarixli, 125 saylı arayışından qeyd olunur ki, Fond nömrə 10 “Torpaq kadastrı” kitabı, sıra 236, kolxozun ümumi yığıncağının 10 saylı protokoluna əsasən 10.11.1996-cı ildə Muxas kəndində X1 adına 0.14 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Lakin Muxas kolxozunda islahat gedərkən səhvən Muxas bələdiyyəsinin qeydiyyatına düşməmişdir. Beləliklə, Muxas bələdiyyəsi yuxarıda qeyd oluna iclasında bələdiyyəyə təqdim edilmiş Dövlət Arxivinin və Oğuz rayon Torpaq şöbəsinin 123 və 236 nömrəli arayışlarını əsas ilkin sənəd kimi nəzərə almış, Muxas kolxozunda islahat zamanı səhvən bələdiyyə mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsinin əvəzsiz olaraq X10 verilməsini qərara almışdır. Bununla bağlı X1 adına MH seriyalı, ******* nömrəli, 27.08.2008-ci il tarixli çıxarış tərtib edilmiş və Muxas kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X10 verilmişdir. Bundan sonra 10.09.2008-ci il tarixdə Qanun üzrı vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib edilmiş və X1 vərəsəsi iş üzrə üçüncü şəxs X14 müəyyənləşdirilmiş və beləliklə sonuncunun adına reyestr nömrəsi **********02- 10301 olan 07.10.2008-ci il tarixli Texniki pasport, MH seriyalı, ******* nömrəli, 08.10.2008ci il tarixli çıxarış tərtib edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə 31.03.2021-ci il tarixdə daxil olan ərizəsində qeyd edilir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, Oğuz rayon Muxas YAİK-nın 10.11.1996-cı il tarixli 10 saylı Protokol Qərarının 5-ci bəndinə əsasən iş üzrə üçüncü şəxsin atası X1 adına keçirilmiş ev və torpaq sahəsi, həmçinin, bu qərara uyğun Muxas Kolxozunun qaytanlanmış Torpaq Kitabında üçüncü şəxsin mərhum atasının adına qeydə alınmış 0.14 ha-dan ibarət həmin sahə, eləcə də Cavabdeh2 YAİK-nın qeyd edilən qərarını əsas götürməklə qəbul etdiyi 04.08.2008-ci il tarixli, 09 saylı Qərarına əsasən əvəzsiz olaraq R.M. Rüstəmova verilmiş eyni adlı 0.14 ha həyətyanı sahə, iddiaçının anası mərhum X5 şəxsi mülkiyyətində olan yaşayış evinin yerləşdiyi və təsərrüfatın xüsusi istifadəsində olan həyətyanı sahə olmaqla, iddiaçının anası mərhum Xənimət Bədəlovanın ölümündən sonra qanun üzrə vərəsələrinə qalan miras toplusuna daxil olan əmlaklar olmuşdur. Qeyd edir ki, iş üzrə üçüncü şəxsin atası mərhum Ramazan Rüstəmov yuxarıda qeyd olunan miras əmlakına münasibətdə vərəsə hesab edilə bilməz. Belə ki, iddiaçının atası Məcid Bədəlov birinci həyat yoldaşı vəfat etdikdən sonra, onun anası Xənimət Bədəlova ilə, əvvəlcə faktiki, 1968-ci ildən isə rəsmi nikah münasibətlərinə daxil olmuş və bu nikahdan iddiaçı və onun bacısı Nərgiz Bədəlova doğulmuşlar. İddiaçının anası ərinin birinci arvadından doğulan uşaqlardan heç birini övladlığa götürməmiş və onların doğum haqqında Şəhadətnamələrində ana qrafasında öz doğma adları qeyd edilmişdir. İş materiallarında olan Oğuz Rayon Dövlət Arxivinin təsdiq etdiyi 1963-1965, 1980-1982-ci illərə dair təsərrufatbaşına uçot kitablarından Çıxarışlardan müəyyən olunur ki, iddiaçının atasının birinci arvaddan doğulmuş övladları həmin illərdə sözügedən ev və onun yerləşdiyi torpaq sahəsinə aid təsərrüfatda, nə atasının sağlığında, nə də ev və torpağ sahəsi şəxsi mülkiyyət kimi anasının adına keçdikdən sonra qeydiyyatda olmamışlar. Belə ki, iddiaçının atası 1968-ci ildə vəfat etmiş, lakin, hələ sağlığında təsərrüfat başçısı kimi istifadələrində olan 0.31 ha həyətyanı torpaq sahəsinin, 0.17-dan ibarət hissəsini ayıraraq, orada yerləşən 1918-ci ildə inşa edilmiş evi 1-ci nikahdan olan övladları üçün saxlamış, özü isə 2-ci arvadı və ondan doğulmuş uşaqları ilə birlikdə, həyətin 0.14 ha-dan ibarət hissəsində 1825-ci ildə inşa edilmiş 1 otaqlı evə köçmüşdür. İddiaçının atasının vəfatından sonra sözügedən ev və torpaq sahəsi şəxsi mülkiyyət olaraq anası Xənimət Bədəlovanın adına keçmişdir. Qeyd olunanları yuxarıda göstərilən arxiv çıxarışları da təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə əsasən kəndlərdə, o cümlədən, statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar mülkiyyət üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd sayılır. Göründüyü kimi, Oğuz Rayon Muxaz YAİK-nın qeyd edilən Qərarına uyğun olaraq 3-cü şəxsin atasının adına keçirilmiş ev və torpaq sahəsi, bu qərara istinadən Muxas Bələdiyyəsinin 04.08.2008-ci il Qərarına uyğun əvəzsiz olaraq 3-çü şəxsin atasına verilmiş eyni adlı torpaq sahəsi (0.14 ha) iddiaçının anasından öz övladlarına qalmış miras əmlak olmuş, həmin əmlaklar anasının ölümündən sonra, faktiki olaraq iddiaçı tərəfindən qəbul edilmiş, yalnız xeyli müddət sonradan ögey qardaşının xahişinə əsasən həmin əmlaklardan mövsümi istifadə üçün ona icazə vermişdir. Lakin, 3-cü şəxsin atası R.Rüstəmov iddiaçının anasından miras qalmış ev və həyətyanı torpaq sahəsinə münasibətdə vərəsə olmadığından və həmin əmlakları hələ sağlığında vərəsəlik hüququ əsasında əldə edə bilmədiyindən, iddiaçıdan xəbərsiz bu əmlaklara heç bir hüquqi olmadığı halda, Oğuz Rayon Muxas YAİK-nın o vaxtki rəhbərliyinin köməyi ilə qanun üzrə vərəsələrə məxsus əmlakları adına keçirilməsinə dair YAİK-nın vəzifə səlahiyyətlərinə aid olmayan, qanunsuz və əsassız bir qərarın qəbul edilməsinə nail olmuş, oğlu, iş üzrə 3-cü şəxs Nazim Rüstəmov isə YAİK-nın qeyd edilən qərarı ilə sözügedən əmlaklara mülkiyyət hüququnu əldə edə bilmədiyindən, atasının ölümündən 11 il sonra miras evə məxsus şəxsi istifadədə olan 0.14 ha eyniadlı həyətyanı sahənin mərhum atasının adına sənədləşdirilməsi barədə Muxas Bələdiyyəsinə müraciət etmiş, Bələdiyyə də öz növbəsində vəzifə səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan 11 il əvvəl vəfat etmiş şəxsin adına əvəzsiz həyənyanı sahəsinin verilməsi barədə cinayət əməli ilə müşayiət edilən qanunsuz bir qərar qəbul etmişdir. Həmin qərara əsasən üçüncü şəxs Nazim Rüstəmov bu əmlaklara əvvəlcə mərhum atasının adına, daha sonra isə vərəsəlik Şəhadətnaməsinə əsasında öz adına Çıxarış almışdır. Beləliklə, iddiaçının anasından miras qalmış əmlaklara münasibətdə yalnız iddiaçı və onun bacısı qanun üzrə vərəsələr hesab edilə bilər. Vərəsəliyin açıldığı zaman güvvədə olmuş AR Mülki Məcəlləsinin 532-ci maddəsinin birinci hissəsində göstərilir ki, Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. İşin hazırkı vəziyyətində iddiaçının anasından miras qalmış əmlaklara vərəsəlik əsasında mülkiyyət hüququnun əldə edilməsinə qanuni və əsaslı bir gözləntisi vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan "mülkiyyət" anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ" kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından "mülkiyyət" hesab olunmalıdır.(Latridis Yunanıstana qarşı, iş § 54) Məhkəmə, həmçinin qeyd etmişdir ki, "mülkiyyət" anlayışı "mövcud mülkiyyət"lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı də əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir"(Saghinadze və başqaları Gürcüstana qarşı iş §103). Şərh edilənlərə görə, hesab edir ki, Oğuz rayon Muxas YAİK-nın qanunsuz qərarına istinadən Muxas Bələdiyyəsi tərəfindən verilmiş 04.08.2008-ci il tarixli 09 saylı qərar iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunduğundan, iddiaçının artıq icra olunmuş həmin qərarın qanunsuz sayılmasını tələb etməyə birmənalı olaraq subyektiv hüququ vardır. Onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 25.12.2019-cu il tarixli 2(054)-546/2019 saylı Qərardadında YAİKnın və Bələdiyyənin sözügedən qərarlarının inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlar olduğu müəyyən edilmişdir. Belə olan halda hesab edir ki, hazırkı tələb üzrə iddia müddətlərinə və işin digər hallarına "İnzibati icraat haqqında" AR Qanun və İPM-nin müddəaları, eləcə də AR Mülki və Mülki Prosessual Məcəllələrinin müddəaları tətbiq olunmalıdır. Belə ki, iddiaçının hüququ və mənafeyinə toxunan həmin qərarlar barədə onun qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim olunmamışdır. İddiaçın hüququna toxunan sözügedən qərarların verilməsi ilkin iddia ilə məhkəməyə müraciət etdikdən sonra ona bəlli olmuşdur. Ona görə də hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti ötürülməmişdir. Eləcə də, hesab edir ki, hazırkı tələb vərəsəlik hüququ üzrə mülkiyyətçinin və ya sahibin hüququnun pozulmasının aradan qaldırılmasına yönəlmiş iddia tələbi xarakteri daşıdığından bu tələbə AR MM-nin 384.0.4 və 384.0.5 maddələrinə əsasən iddia müddəti şamil edilmir. Hesab edir ki, Oğuz YAİK-nın 10.11.1996-cı il tarixli 10 saylı iclasın 5-ci bəndi üzrə verilmiş qərar YAİK-nın Əsasnaməsi və digər normativ hüquqi aktlarla onlara verilmiş səlahiyyət hüdudlarından kənar verildiyindən "İnzibati icraat haqqında" AR Qanunun 65-ci maddəsinin mənasına görə etibarsız sayılır, o inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Belə ki “Torpaq islahatı haqqında" AR Qanunun 20-ci maddəsinin ikinci hissəsinə görə islahat komissiyalarınnın yaradılması və fəaliyyati "Sovxoz və Kolxozların islahatı haqqında" AR Qanunu ilə tənzimlənir. "Sovxoz və Kolxozların islahatı haqqında" AR Qanunun 3-cü maddəsinin birinci hissəsində göstərilir ki, islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Həmin Qanunun 8-ci maddəsində YAİK-nın fəaliyyat istiqamətləri müəyyən edilmişdir. Eləcə də, X36 Komissiyası tərəfindən YAİK-in müvafiq Əsasnaməsi təsdiq edilmişdir. Qeyd edilən Qanun və Əsasnamədə vətəndaşların şəxsi mülkiyyəti sayılan ev və onların xüsusi istifadəsində olan həyətyani sahələrin başqa fiziki şəxslərin adına keçirilməsi YAİK-in vəzifə səlahiyyətlərində nəzərdə tutulmamışdır. Həmçinin, Cavabdeh2 tərəfindən Muxas YAİK-nın yuxarıda qeyd edilən qərarına istinadən iddiaçının anasının xüsusi istifadəsində olmuş sözügedən həyətyanı sahənin ölmüş fiziki şəxs X10 əvəzsiz olaraq verilməsi barədə qərarı tamamilə qanunsuzdur. Belə ki, bir tərəfdən, ölmüş fiziki şəxsin hər hansı mülki hüquqlara malik olmaq və ya mülki hüquq vəzifələri daşımaq qabiliyyəti yoxdur, digər tərəfdən isə, Bələdiyyənin torpaq üzərində sərəncam vermək üzrə hüquq və səlahiyyətlərini tənzilmləyən normativ hüquqi aktlarda xüsusi istifadədə olan həyətyani sahənin əvəzsiz qaydada hər hansı fiziki və ya hüquqi şəxsə vermək səlahiyyətləri mövcud deyildir. Bələdiiyyələrin hüquq və vəzifələri, onları torpaq üzərində sərəncam verilməsi ilə bağlı hüquqları "Bələdiyyələri statusu haqqında" və "Bələdiyyə torpaqların idarə edilməsi haqqında" AR Qanunları ilə tənzimlənir və həmin normativ hüquqi aktlarda aktlarda xüsusi istifadədə olan həyətyani sahənin əvəzsiz qaydada hər hansı fiziki və ya hüquqi şəxsə vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. "Torpaq islahatı haqqında" AR Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. AR Prezidentinin 10.01.1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin tələblərinə uyğun olaraq həyətyanı sahələr vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 2-ci bəndində qeyd olunur ki, göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün ərizə ilə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşa verilmiş həyətyanı sahənin qanuni istifadədə və ya icarədə olmasının təsdiq edən sənəd əlavə edilməlidir. AR Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. AR Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Yuxarıda sadalanan normativ hüquqi aktların mənasına görə həyətyanı sahələrin əvəzsiz qaydada vətəndaşlara verilməsi yalnız bu aktlarda nəzərdə tutulmuş qaydada həyata keçirilə bilər. Eləcə də, ölmüş fiziki şəxs hər hansı hüquq münasibətinin subyekti ola bilməz. Göründüyü kimi, bu qanunsuz qərarlar əsasında üçüncü şəxs iddiaçıya məxsus miras əmlaklar üzərində mülkiyyət hüququ əldə etmişdir. Bu baxımdan iddiaçının Bələdiyyənin qeyd edilən Qərarın qanunsuz sayılmasının tanınmasını Məhkəmədən tələb etməyə əsaslı və kifayət qədər hüquqi maraqı vardır. AR İnzibati Prosessual Məcəlləsinin 36.2 maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, yuxarıda qeyd edilən YAİK-nın 10.11.1996-cı il tarixli 10 saylı iclasının 5-ci bəndi üzrə verilmiş Qərarı və Muxas Bələdiyyəsinin 04.08.2008-ci il tarixli 09 saylı Qərarı o dövrlərdə hər iki qurumun vəzifəli şəxsi olan X23 şəxsin rəhbərliyi altında qəbul edilmişdir. Yuxarıda şərh edilənlər, göstərilən qanunsuz qərarları qəbul etmiş bir qrup vəzifəli şəxslər tərəfindən açıq aşkar xidməti səlahiyyətlərinin hüdudlarından bilavasitə kənara çıxaraq, hansına maraqlar naminə etdiyi hərəkətlər hesab elilməli və vəzifə səlahiyyətlərini aşma kimi qiymətləndirilməlidir. Bununla da, hesab edir ki, bu qurumların vəzifəli şəxslərinin hərəkətlərində vəzifə səlahiyyətlərini aşma cinayətinin əlamətləri vardır. AR İPM-nin 1.2 maddəsində göstərilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-nin 265.4 maddəsinə əsasən Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. AR MPM-nin 149.4 maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizəsi ilə məhkəmədən Oğuz rayon Muxas X39 Komissiyasının və Cavabdeh2 vəzifəli şəxslərinin cinayət əlamətləri müşayiət edilən hərəkətləri barədə xüsusi Qərardad çıxarılması və Cavabdeh2 04.08.2008-ci il tarixli 09 saylı Qərarının qanunsuz sayılması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh orqan Muxas bələdiyyəsi 22.04.2021-ci il tarixli məktubda məhkəməyə ünvanladığı 12.10.2020-ci il tarixli, 51 nömrəli münasibət məktubunda göstərilənləri qeyd edərək iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizəsinə münasibət bildirmişdir. İş üzrə üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 03.05.2021-ci il tarixdə məhkəməyə daxil olan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizəsinə münasibət məktubunda qeyd etmişdir ki, iddiaçının Şəki İnzibati Məhkəməsinə göndərdiyi “iddia tələbinə subyektiv hüququn mövcudluğu və tələbin maddi hüquqi əsası ilə bağlı əlavə əsaslandırma, tələbin dəqiqləşdirilməsi barədə” ərizəsi mahiyyət baxımından demək olar ki, eyni məzmun daşıyır. İnzibati məhkəmə icraatının iştirakçısı olaraq qeyd edir ki, iddiaçı 31 mart 2021-ci il tarixli ərizəsinin “tələbin dəqiqləşdirmə” hissəsində qeyri dəqiqlik nümayiş etdirmiş yekun tələbin formal şəkildə göstərmişdir. Belə ki, iddiaçının ilkin iddia ərizəsi üzrə tələbi inzibati aktların ləğvinə, 14 avqust 2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşməsinə dair ərizəsində tələb kökündən dəyişərək inzibati akın etibarsız tanınmasına yönəlmişdir. Hazırkı 31 mart 2021-ci il tarixli ərizənin tələbin dəqiqləşdirilməsi hissəsi isə inzibati aktın qanunsuz sayılması kimi iddiaçı tələbini formalaşdirmışdır. Qeyd edilən tələbləri müqayisə edərkən hüquqi baxımdan fərqli mövqelər nəzərə çarpır. Yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda inzibati aktın etibarsız sayılması (həmin qanunun 65-ci maddəsi) və qanunsuz inzibati aktın ləğv olunmasını (həmin qanun 67-ci maddəsi) qanunverici fərqləndirməklə qeyd edilən tələblər (normalar) üzrə cəmiyyətdə davranış müəyyən etmişdir. Hesab edirik ki, iddiaçı hazırkı ərizəsində inzibati aktın “qanunsuz sayılması” dedikdə nəyi ehtiva etdiyini dəqiqləşdirməlidir. Hər bir halda hesab edir ki, inzibati iş üzrə iddiaçının tələbləri əsassız və qanunsuzdur. Belə ki, iddiaçının tələb etdiyi onun marağının əsasını təşkil edən torpaq sahəsi üçüncü şəxsin atası X10 Oğuz rayon Muxas kənd AİK-nın 10 noyabr 1996-cı ilin iclas protokol qərarı ilə verilmişdir. Yəni həmin torpaq sahəsi Ramazan Rüstəmova 2008-ci il tarixdən qabaq Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. Habelə iddiaçı bütün tələblərini belə əsaslandırır ki, R.M.Rüstəmova ayrılmış torpaq sahəsi onun anasının mülkiyyəti olmaqla ona miras qalmışdır. O, anasının varisidir, anası isə X11 övladlığa götürməmişdir. Anasının varisi olaraq 2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin tələblərinə münasibətdə onun həmin torpağa olan mülkiyyət hüquqları bələdiyyə üzvləri tərəfindən kobud surətdə pozulmuşdur. Qeyd olunanları təhlil edərək belə qənaətə gəlirik ki, bələdiyyə aktı olmasa belə hüquqi şəxsin maraq predmeti olan həyətyanı torpaq sahəsi X25 İslahat Komissiyasının qərarı əsasında verilmiş, həmin qərar bu gün də qanuni qüvvədədir və hər hansı məhkəmə mübahisəsinin predmeti olmamışdır. Beləliklə həmin torpağa iddiaçının subyektiv hüququ olmayan, lakin özünün hesab etdiyi hüquqi marağını qeyri-mümkün edən əsaslı, mötəbər inzibati akt mövcuddur və həmin akt X6 qərarıdır. Nəzərə almaq lazımdır ki, bu qəbildən olan hüquqi mübahisələrdə maraq intensiv olmalıdır. Yəni iddiaçı iddiası ilə geniş mənada hər hansı bir “mənfəət” güdməlidir. İddianın mahiyyət üzrə təmin edilməsi iddiaçı üçün hər hansı bir maddi və ya qeyri-maddi və.s nəticə yaratmalıdır. Hesab edir ki, məhkəmə qərarının qəbul edilməsindən sonra heç bir əhəmiyyətə malik olmayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Həmçinin qeyd edir ki, iddiaçı hazırkı məhkəmə mərhələsində sözügedən AİK-nın qərarını mübahisələndirmir və o həmin qərarın hüquqiliyini tanıyır. İş materiallarına əlavə edilmiş, Vartaşen rayonu Muxas kənd ZDS-nin İcraiyyə Komitəsinin 44 nömrəli Kolxozların təsərrüfatbaşına dəftərinin çıxarışından görünür ki, X24 təsərrüfat başçısı olmaqla oğlu 1929-cu il təvəllüdlü X17 onun təsərrüfatının üzvüdür. Həmçinin Muxas kənd Xalq Deputatları sakinlərinin 9 nömrəli təsərrüfatbaşına uçot kitabının çıxarışından (şəxsi hesab nömrəsi 625) görünür ki, 1991-1996-cı illərdə təsərrüfat başçısı X17 qeydiyyata alınmış və beləliklə atasından sonra analığının istifadəsində olan, kolxoza məxsus torpaq sahəsi (kolxozçu həyəti) onun istifadəsinə verilmişdir. X21 hərbiçi olmuşdur, müvafiq illərdə orduda xidmət göstərmişdir. Hərbi qulluq həyatından ayrıldıqdan sonra gəlib ata-baba yurdunda yaşamış, kolxozçu həyətini abadlaşdırmışdır. Azərbaycan Sovet Sosialist Respublikasının qanunvericiliyinə əsasən hərbi qulluqçqların qulluq etdikləri dövürdə onların təsərrüfatda istifadə hüquqları saxlanılırdı. Habelə qeyd etmək lazımdır ki, iddiaçı X16 1977-1979-cu illərdə X13 təsərrüfatı keçmiş X2 təsərrüfatının üzvü olmuşdur. 1979-cu illərdə iddiaçı həmin təsərrüfatdan çıxmış və bir daha Muxas kolxozunun üzvülüyünə, kolxozçu təsərrüfatına qayıtmamışdır. Muxas kənd X18 1980-1982-ci il tarixli təsərrüfatbaşına uçot kitabının (şəxsi hesab 308 nömrəli) çıxarışından görünür ki, X2 təsərrüfatında olan şəxslər X19 və X16 analarının təsərrüfatından çıxmışlar. İddiaçının da qeyd etdiyi kimi o, Oğuz (keçmiş Vartaşen) rayonundan çıxıb Ağdaş rayonuna ərə getmişdir. Yəni iddiaçı bir kolxozun (Oğuz rayonu Muxas Kolxozu üzrə) üzvlüyündən çıxıb başqa bir kolxozun (Ağdaş rayonu üzrə ərin ailəsinin təsərrüfatının) üzvlüyünə keçmiş və nəticədə islahat vaxtınadək həmin yerdə yaşamış və Ağdaş rayonu AİK-nın subyekti olmuşdur. Həmçinin inzibati iş matariallarına əlavə edilmiş müvafiq sənədlərdəndə görünür ki, X15 06 iyun 1981-ci il tarixdə vəfat etmişdir. Xənimət Bədəlovanın vəfatından sonra qızları onun təsərrüfatının üzvləri olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR-nın 21 aprel 1978-ci il tarixdə qəbul edilmiş Əsas Qanunda (Konstitusiyasında) mülkiyyətin, o cümlədən torpaq mülkiyyətinin ”xüsusi mülkiyyət hüququ” kimi forma göstərilməmiş vahid mülkiyyət forması olan “dövlət mülkiyyəti hüququ” göstərilmişdir. Habelə 1965-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllədə dövlət mülkiyyət hüququnu tanıyaraq yalnız torpaq üzərində vətəndaşlara istifadə hüququ tanınmışdır. 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş və 27 noyabr 1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasına “xüsusi mülkiyyət hüququ” ifadəsi salındıqdan sonra torpaq üzərində xüsusi mülkiyyət hüququ formalaşdırılmış və respublikada aqrar islahatlar aparılmışdır. Göründüyü kimi iddia iddiçının marağı baxımından qeyri- mümükün olmaqla yanaşı hesab edirik ki, iddiaçının subyektiv hüququ inzibati iş üzrə mövcud deyil. Belə ki, 1965-ci il Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən Kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında, onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Bundan əlavə, kolxozçu həyəti üzvlərinin, kolxozun ictimai təsərrüfatında iştirak etməklə əldə edib, həyətin mülkiyyətinə verdikləri əmək gəlirləri və ya həyətin mülkiyyətinə verdikləri sair əmlak, habelə ümumi vəsait hesabına əldə edilmiş ev məişət və şəxsi istehlak şeyləri kolxozçu həyətinə məxsusdur. Həmin məcəllənin 108-ci maddəsinə əsasən kolxozçu həyəti üzvünün şəxsi əmək gəliri və qənaətləri, habelə onun şəxsi vəsaiti hesabına əldə etdiyi və ya vərəsəlik yolu ilə, yaxud bəxşiş olaraq alıb həyətin mülkiyyətinə vermədiyi əmlak, kolxozçu həyətinin həmin üzvünün şəxsi mülkiyyətini təşkil edir. Kolxoz nizamnaməsinə müvafiq olaraq, ancaq kolxozçu həyətinə məxsus ola bilən əmlak, kolxozçu həyətinin üzvü olan vətəndaşın şəxsi mülkiyyətində ola bilməz. Habelə həmin məcəllənin 124-cü maddəsinə əsasən həyətin əmək qabiliyyətli üzvü üç il müddətində öz əməyi və vəsaitləri ilə həyətin təsərrüfatının birgə aparılmasında fasiləsiz olaraq iştirak etmədikdə, kolxozçu həyətinin əmlakindakı paya olan hüququnu itirir. Həyətin üzvü müddətli hərbi xidmətə çağırılmaq, məktəbdə oxumaq və ya xəstəlik nəticəsində təsərrüfatın işində iştirak etmədikdə, bu qayda tətbiq edilmir. 1965-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin 564-cü maddəsinə əsasən kolxozçu həyətinin üzvü öldükdə həyətin əmlakı üçün vərəsəlik açılmır. Kolxozçu həyətinin üzvünün ölümündən sonra həyətin başqa üzvləri qalmasa, həyətin əmlakına bu bölmənin qaydaları tətbiq olunur. Bu maddənin birinci və ikinci hissələrində şərh olunmuş qaydalar, həçinin kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların təsərrüfatında əmlak vərəsəliyi zamanı da tətbiq edilir. Xənimət Bədəlovadan miras əmlak, habelə həyətyanı torpaq sahəsi qalmasa belə ərizənin vərəsəliklə bağlı olan hissəsinə münasibət bildirərək qeyd etmək istəyir ki, həmin məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmə üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzin onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxdan vərəsəyə məxsus hesab olunur. Göründüyü kimi hüquqi prizmadan baxılsa, iddiaçı mirasın hər hansı formada qəbulu üzrə müvafiq hüquqi aktları məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, hətta iddiaçının anasından qalan və Xənimət Bədəlovaya məxsus (torpaq sahəsi istisna olmaqla) hər hansı bir əmlak olmuşdursa belə bu günədək iddiaçı miras əmlakı qəbul etməmişdir. 1965-ci il tarixdə qüvvədə olan Mülki Məcəllənin 527-ci maddəsinə əsasən Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməmişsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum edilmişlərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Göründüyü kimi hüquqi müstəvidə iddiaçının subyektiv hüququ mövcud deyildir. Həm hüquqi maraq baxımından, həm də mülki qanunvericilik baxımından iddia mümkün sayılmamalıdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsini və evi vərəsəlik qaydasında qəbul etməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı 1979-cu illərdə həmin təsərrüfatdan çıxmış və bir daha Muxas kolxozunun üzvülüyünə, kolxozçu təsərrüfatına qayıtmamışdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, torpaq islahatı zamanı həyətyanı torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi üçün həmin torpaq sahəsinin əvvəlcədən onun qanuni istifadəsində olması tələb olunur. İstər həyətyanı torpaq sahəsinin, istərsə də sovxozların və kolxozların özəlləşdirilən torpaqlarından torpaq payının şəxsin mülkiyyətinə verilməsi aqrar islahat komissiyasının qərarı ilə rəsmiləşdirilməlidir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi rayonda aqrar islahat aparılan zaman hazırkı iş üzrə iddiaçı həmin təsərrüfatda qeydiyyatda olmamış və həmin təsərrüfatla heç bir hüquqi bağlılıqları mövcud olmamışdır. O, islahatın subyekti olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, 1965-ci il Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən Kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında, onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Bundan əlavə, kolxozçu həyəti üzvlərinin, kolxozun ictimai təsərrüfatında iştirak etməklə əldə edib, həyətin mülkiyyətinə verdikləri əmək gəlirləri və ya həyətin mülkiyyətinə verdikləri sair əmlak, habelə ümumi vəsait hesabına əldə edilmiş ev məişət və şəxsi istehlak şeyləri kolxozçu həyətinə məxsusdur. Həmin məcəllənin 108-ci maddəsinə əsasən kolxozçu həyəti üzvünün şəxsi əmək gəliri və qənaətləri, habelə onun şəxsi vəsaiti hesabına əldə etdiyi və ya vərəsəlik yolu ilə, yaxud bəxşiş olaraq alıb həyətin mülkiyyətinə vermədiyi əmlak, kolxozçu həyətinin həmin üzvünün şəxsi mülkiyyətini təşkil edir. Kolxoz nizamnaməsinə müvafiq olaraq, ancaq kolxozçu həyətinə məxsus ola bilən əmlak, kolxozçu həyətinin üzvü olan vətəndaşın şəxsi mülkiyyətində ola bilməz. Habelə həmin məcəllənin 124-cü maddəsinə əsasən həyətin əmək qabiliyyətli üzvü üç il müddətində öz əməyi və vəsaitləri ilə həyətin təsərrüfatının birgə aparılmasında fasiləsiz olaraq iştirak etmədikdə, kolxozçu həyətinin əmlakindakı paya olan hüququnu itirir. Həyətin üzvü müddətli hərbi xidmətə çağırılmaq, məktəbdə oxumaq və ya xəstəlik nəticəsində təsərrüfatın işində iştirak etmədikdə, bu qayda tətbiq edilmir. 1965-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin 564-cü maddəsinə əsasən kolxozçu həyətinin üzvü öldükdə həyətin əmlakı üçün vərəsəlik açılmır. Kolxozçu həyətinin üzvünün ölümündən sonra həyətin başqa üzvləri qalmasa, həyətin əmlakına bu bölmənin qaydaları tətbiq olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdeh2nə qarşı (üçüncü şəxs: X14) “Cavabdeh2 04.08.2008-ci il tarixli, 09 saylı qərarının etibarsız sayılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar