Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1420/2020 10.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1976-cı ildə Ağsu rayonunda anadan olmuşdur. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı 1992-ci ildə gedən döyüşlər zamanı ağır yaralanmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, ona əlillik təyin olunmuş və cavabdeh orqan tərəfindən Prezident təqaüdü ödənilir. İddiaçı əvvəlki illərə görə ona verilən təqaüdün ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazı: İddiaçı özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. 1-ci qrup əlil və Prezident təqaüdçüsüdür. Ona Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əlillik təyin edilmişdir. Həmçinin Prezident təqaüdü alır. Bundan sonra isə o, əsassız olaraq əvvəlki illər üzrə, yəni 2008-ci ildən 2016-cı ilədək təqaüd məbləğinin birdəfəlik ödənilməsini tələb etmişdir. Müraciətinə uyğun olaraq onun əlillik vəziyyətini müəyyən edən arayış xx.xx.2019cu il tarixdə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququnun olması təsbit ediimişdir. Odur ki, bu tip iddialar verilməklə sosial təminat hüququ olan digər vətəndaşların hüquqları pozulmuş olur. İddiaçının tələbi üzrə heç bir hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya, müavinət və digər ödənişlərin təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna əsaslanmalı, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması prinsiplərinə uyğun həyata keçirilməlidir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan “TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsi” sənədindən müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə birinci qrup əlillik təyin edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 228 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının Qərarının surətindən müəyyən edilir ki, iddiaçı Ağsu RHK tərəfindən may 1992-ci ildə könüllü hərbi xidmətə daxil olmuş və aprel 1993-cü ilədək hərbi xidmət keçmişdir. Bu fakt Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(016)-1475/2018 nömrəli Qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bundan sonra iddiaçı 1994-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. İddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Kəskin respirator xəstəlik, rinotraxeobronxit tip” və xx.xx.1993-cü ildə döyüşdə yaralanaraq aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sol sağrı nahiyyəsinin kor qəlpə yarası və xx.xx.1993-cu ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Sol sağrı nahiyyəsinin odlu kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozları olmuşdur. Həmçinin qərarda qeyd edilir ki, iddiaçının əlilliyi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli elektron imtina məktubu, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-2681/2019 nömrəli Qərarı, MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 228 nömrəli Qərarının surəti, 19 nömrəli TSEK-in müayinə aktından çıxarışın surəti, ******* nömrəli hərbi biletin surəti, xx.xx.2018-ci il tarixli 9/2-18709 nömrəli arxiv arayışının surəti, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(016)-1475/2018 nömrəli Qətnaməsinin surəti, cavabdehin etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1560/2020 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinə qarşı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni xx.xx.2016-cı il tarixdən - xx.xx.2019-cu il tarixədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-1499/2019 nömrəli (sədrlik edən hakim Rüfət Məcidov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-123/2020 nömrəli (hakimlər Mübariz Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə iddiaçı Elnur Sadəm oğluƏfəndiyevin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsininxx.xx.2019-cu il tarixli, 2-1(84)-1499/2019 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə iddiaçı Elnur Sadəm oğluƏfəndiyevə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün müharibə əlil kimi təyin edilən Azərbaycan Respublikası Prezidenti təqaüdünün ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-123/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti sözü gedən qərarla təmin olunmamış, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,2- 1(107)-123/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında qeyd olunmuşdur ki, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya AR Prezidentinin təqaüdünün təyin edilməsinə əsas Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə birinci dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının AR Prezidentinin təqaüdünü almaq hüququ ona birinci dərəcə əlillik təyin edildiyi andan, yəni xx.xx.2019-cu ildən yaranmışdır. Belə olan halda, iddiaçıya AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması" Qaydalarının 1.4cü maddəsinə uyğun olaraq məhz xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlillik təyin edilsə də, iddiaçıya qeyd edilən tarixdən əvvəlki dövrdə 1-ci dərəcəlik əlillik ümumi xəstəlik səbəbindən təyin edilmişdir. Ağsu rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)- 1475/2018 saylı qətnaməsi ilə iddiaçının may 1992-ci ildən aprel 1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 228 nömrəli qərarında göstərilmişdir ki, "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdir”. Azərbaycan Respublikası “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği Fərmanın 1-ci bəndinə uyğun olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə əlilləri hesab olunurlar. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən həmin təqaüdün təsis edildiyi vaxtdan təqaüd almaq hüququ istisna etmir. İddiaçıya münasibətdə isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlilliyin yaranma səbəbləri hələ 1992-1993-cü illərdə baş vermiş, bu faktlar işdə olan sübutlarla öz təsdiqini tapmışdır ki, iddia olunan təqaüdlə bağlı Fərman xx.xx.2008-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd olunduğu kimi iddiaçıya əlillik xx.xx.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlillik təyin edilsə də, əlilliyin yaranma səbəbləri hələ 1992-1993-cü illərdə baş vermiş, bu faktlar işdə olan sübutlarla öz təsdiqini tapmışdır ki, iddia olunan təqaüdlə bağlı Fərman xx.xx.2008-ci il tarixdən qanuni qüvvəyə minmişdir. İddiaçının tələbinin “fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya, müavinət və təqaüd almaq hüququ olan digər vətəndaşların təminat hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Həmçinin iddiaçı “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsaslanaraq ona xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı ilədək olan dövr üçün Prezident təqaüdü məbləğinin birdəfəlik ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin qeyd olunan sözügedən Fərmanın 4-cü maddəsində Fərmanın 2008-ci il sentyabrın 1-dən qüvvəyə mindiyi qeyd olunur. Bu səbəblə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı ilədək olan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək fərq məbləğinin İddiaçı ödənilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1420/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1420/2020
10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver