Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1422/2024 08.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “DTXK-nin Balakən rayon şöbəsi tərəfindən üçüncü şəxslərin adına qanunsuz olaraq tərtib edilmiş 1385 F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qanunsuz sayılması və ləğv edilməsi, 0.15 ha həyətyanı torpaq sahəsinə plan və ölçü sənədinin hazırlanması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “DTXK-nın Balakən rayon şöbəsi tərəfindən üçüncü şəxslərin adına qanunsuz olaraq tərtib edilmiş 1385 F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qanunsuz sayılması və ləğv edilməsi, 0.15 ha həyətyanı torpaq sahəsinə plan və ölçü sənədinin hazırlanması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1422/2024 nömrəli qərardadı ilə X9, X10, X6, X11 üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsinə əsasən o, xx xxxxxx 1989-cu il təvəllüdlüdür. Övladlığa götürmə haqqında Şəhadətnamədən məlum olur ki, 08 avqust 1992-ci il tarixdə X5 tərəfindən övladlığa götürülmüşdür. X5 iddiaçı 10 yaşında olarakən 1999-cu il 26 dekabr tarixdə vəfat etmişdir. X5 vəfat edəkən onun Balakən rayon Talalar kənd " Şəfəq” (Kalinin) adma kolxozun iclasının qərarı ilə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 1958-ci ildə tikildiyi ümumi sahəsi 106 kv metr, yaşayış sahəsi 85 kv.metr evi miras olaraq qalmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X19 Filalının 29 iyul 2021-ci il tarixli 541 saylı Arxiv Arayışında qeyd olunur ki, Balakən rayon Talalar kənd "Şəfəq” adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq’' kitabına əsasən 96-cı sırada X5 yazılıb, qara karandaşla ( Rəbiyyət) qeyd edilmiş, torpağın cəmi isə 0.15 olması yazılmışdır. Balakən rayon Dövlət Arxivinin 22 10.2013-cü il tarixli 588 saylı Arxiv arayışında Balakən rayon Talalar kənd icra Nümayəndəliyinin təsərrüfalbaşına kitablarına əsasən 1991-1995ci illər üzrə X5 ailə başçısı, X4 adı qeyd edilmişdir, 1996-2000-ci illər üzrə qeyddə isə Albuş ova Rəbiyyət Mahama qızının xx.xx.1999-cu ildə vəfat etdiyi göstərilmiş və vəfat etdiyi üçün üstündən xətt çəkildiyi qeyd edilmişdir. Ailə başçısı kimi İddiaçı,evin tikildiyi il- 1958-ci il,həyətyanı torpaq sahəsi qeyd edilməyib. İddiaçı cavabdeh 18 saylı Zaqatala ərazi idarəsinə müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında 0.15 ha torpaq sahəsinə Çıxarışın verilməsini xahiş etmiş,ona xx.xx.2023-cü il tarixli məktubu ilə torpağa Çıxarış verməkdən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə qeyd olunan torpaq sahəsinə dair arxiv arayışının əsli, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd müvafiq sxem və ya təhkim aktı) və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Respublika X19 filialının 29 iyul 2021-ci illarixli 541 saylı Arxiv Arayışı nolarial təsdiq edilmiş surəti.
3. Balakən RİH X13 xx.xx.2013-cü il tarixli Arxiv Arayışı əsli.
4. Balakən RİH X13 13 avqust 202Di il tarixli 1 1 8 saylı Arxiv rayışı Hotarial təsdiq edilmiş surəti
5. Balakən RİH Talalar kənd inzibati ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 13 saylı arayışının əsli.
6. İ-ЖГ 269686 seriya nömrəli Övlalığa götürmə haqqında Şəhadətnamənin surəti
7. V-ЖГ 332625 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surəti.
8. JN-1385F kod 40113018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarına əsasən 0.15 ha həyətyanı torpaq sahəsi X7 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
9. JN-1380 kod 40113018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarına əsasən 0.90 ha həyətyanı torpaq sahəsi X7 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
10. JN-1385G kod 40113018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarına əsasən 0.05 ha həyətyanı torpaq sahəsi X7 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
11. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarının surəti.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3- 60/2-898/2024 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, 1998-ci il üzrə Balakən rayon Talalar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair siyahısından görünür ki, İddiaçı adı və X7 və ailə üzvlərinin adı qeyd olunmuşdur.
13. X14 Filialının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Balakən rayonu Talalar kənd “Şəfəq” (Kalinin) adına kolxozun 1982-ci il tarixli qaytanlanmış torpaq kitabı.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-2210/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, faktiki istifadə olunan torpaq sahəsinin naturada ölçüləri 0.20 ha olmaqla Balakən rayonu, Talalar kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədi ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsidir. İddia olunan torpaq sahəsinin naturada faktiki istifadəçisi İddiaçı, mülkiyyətçisi isə X8 və onun ailə üzvləridir. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və digər mülkiyyətçinin sənəddə göstərilən cizgilərlə üst-üstə düşmə vəziyyəti, koordinatları, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi sənəd üzrə verilmiş torpaq sahəsi ilə qismən üst-üstə düşür. iddia olunan və iddiaçı tərəfindən naturada istifadə olunan 0.20 ha torpaq sahəsi X8 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 1385 F nömrəli şəhadətnamənin cizgisində göstərilən 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddia olunan torpaq sahəsində tikili var və qapalı həyət daxilindədir. Üçüncü şəxslərin faktiki istifadəsində olan torpaq sahəsi ilə JN-1385 G nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin koordinatları iddia olunan ərazidən 4500 metr aralı məsafədə yerləşir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1.Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq Balakən rayonu Talalar kənd “Şəfəq” (Kalinin) adına kolxozun 1982-ci il tarixli qaytanlanmış torpaq kitabına əsasən X2 məxsus olan 0,15 ha torpaq sahəsinə dair X8 və ailə üzvlərinin adına tərtib edilmiş 1385 F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsinin mərhum Rəbiyyət Albuşovaya məxsus olmasına dair arayışın verilməsindən ibarətdir. Hazırkı iddia tələbinə əsasən iddiaçı, Balakən RAİK-in xx.xx.1998-ci il tarixli 02 saylı qərarını yox, müvafiq şəhadətnamənin hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətləri mübahisələndirir. Yuxarıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmalı olduğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki,iddia olunan 0,15 ha torpaq sahəsi aqrar islahat zamanı X5 və İddiaçı istifadəsində olmuşdur.Həmin torpaq sahəsində 1958-ci ildə fərdi yaşayış evi tikilmişdir.Torpaq sahəsi və fərdi yaşayış evinə dair məlumat Balakən rayonu Talalar kənd “Şəfəq” (Kalinin) adına kolxozun 1982-ci il tarixli qaytanlanmış torpaq kitabında da qeyd edilmişdir.İddia olunan torpaq sahəsi aqrar islahat zamanı iddiaçı və onun varisi olduğu X1 mülkiyyətinə verilməli olduğu halda bu baş verməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki,həmin torpaq sahəsinə dair Şəhadətnamə yanlış tərtib edilmişdir.Belə ki, həmin torpaq sahəsinə dair X8 və ailə üzvlərinin adına 1385 F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir.Araşdırma zamanı həmin şəxsin və ailə üzvlərinin adına 0,05 ha torpaq sahəsinə dair 1385 GF nömrəli daha bir Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin də tərtib edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 898/2024 nömrəli məktubuna əlavə olunan subyektlər siyahısından görünür ki, 1998-ci il üzrə Balakən rayon Talalar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısına İddiaçı adı qeyd edilmiş,mülkiyyətə verilə torpaq sahəsinin ölçüsü 0,15 ha olaraq göstərilmişdir.Lakin,tərtib edilən Şəhadətnamədə səhvə yol verilmiş,iddia olunan torpaq sahəsinə aidiyyəti olmayan digər şəxslərin adına ikinci Şəhadətnamə tərtib edilmişdir. Təqdim edilən mçütəxəssis rəyindən görünür ki,iddia olunan torpaq sahəsində tikili var və qapalı həyət daxilindədir. Üçüncü şəxslərin faktiki istifadəsində olan torpaq sahəsi ilə JN-1385 G nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin koordinatları iddia olunan ərazidən 4500 metr aralı məsafədə yerləşir. Nəzərə alınmalıdır ki, torpaq sahəsindən faktiki istifadə “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsi anlamında qanuni istifadə kimi başa düşülməməlidir. Yəni, torpaq sahəsindən faktiki istifadə edən şəxslərin həmin istifadənin həyata keçirilməsinə hüquqi əsası olmalı, torpaq sahəsinin onlara ayrılması hüquqmüəyyənedici və texniki sənədlərin məzmunundan aşkar görünməlidir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, JN-1385F nömrəli şəhadətnamə tərtib edilərkən qanunvericiliyin həmin tələbi tam nəzərə alınmamış, həmin torpaq sahəsinin mülkiyyətə verilməsi barədə qərar qəbul olunarkən doğulmamış və aidiyyəti olmayan şəxslərin adın şəhadətnamə hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə X8 və ailə üzvlərinin adına tərtib edilmiş 1385 F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi, Balakən rayon Talalar kənd "Şəfəq” adına kolxozun 1982-ci ilə aid “Qaytanlanmış torpaq’' kitabına əsasən 0.15 ha həyətyanı torpaq sahəsinin X2 məxsus olmasına dair elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə