Məhkəmə qərarları › İş №2-1(116)-1423/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1423/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1423/2020 25.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X1rşı “ünvan 1 mənzil 47 ünvanında yerləşən bir otaqlı mənzilin adına dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X1rşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1 mənzil 47 ünvanında yerləşən bir otaqlı mənzilin adına dövlət qeydiyyatına alınması”barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasında onunla əsaslandırmışdır ki, o, 1981 -ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universitetini) bitirdikdən sonra Azərbaycan Respublikasının Yüngül Sənayesi Nazirliyinin təyinatı əsasında gənc mütəxəssis kimi V.İ.Lenin adına X3 Birliyində Baş mühasibin müavini vəzifəsində əmək fəaliyyətinə başlamış, 1982-ci ildən birliyin Baş mühasibi vəzifəsinə təyin olunmuş və 1984-cü ildən birliyin Həmkarlar İttifaqı Komitəsində mənzil növbəsinə qeydiyyata alınmışdır. 1986-cı ildə birliyin nəznində fəaliyyət göstərən Mənzil Kommunal Şöbəsinin balansında olan, ünvan 1 mənzil 47 ünvanında yerləşən birotaqlı mənzil boşaldığı üçün, onun həm gənc mütəxəssis olmağını, həm 7000 (yeddi min) nəfər işçisi olan birliyin Baş mühasibi kimi, rəhbər və məsuliyyətli bir vəzifəni tutmağını, həm də mənzilə olan ehtiyacını nəzərə alan birlik rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi birgə razılığa gələrək rəsmi protokol əsasında müvəqqətti yaşamaq üçün (qanunauyğun yeni yaşayış sahəsi verilənə kimi) həmin mənzili ona vermişlər. Respublika Prezidentinin 1997cı ildə imzaladığı müvafiq Sərəncamı əsasında (sərəncamda qeyd olunan siyahı əsasənda) Respublikada fəaliyyət göstərən ayrı-ayrı idarə, müəssisə, birliklərin və s. inzibati strukturların balansında olan yaşayış binalarının və digər sosial obyektlərin şəhər tabeliyində olan Mənzil İstismar Sahələrinin balansına verildiyi üçün, Şəki “İPƏK” şirkətinin, o cümlədən, şirkətin Mənzil Kommunal Şöbəsinin balansında olan yaşayış binalarının da Şəki şəhər M.İ.Ş-nin balansına verildiyi zaman, şirkətin Mənzil İstismar Şöbəsinin əməkdaşlarının məsuliyyətsizliyi səbəbi ilə, 1986-cı ildə ona verilən mənzil orderlə rəsmiləşməli olduğu halda, yalnız xx.xx.1998-ci ildə onun xəbəri olmadan (12 ildən sonra) heç bir hüquqi formaya uyğun olmayan və şirkətin yataqxanasından mənzil almaq üçün nəzərdə tutulmuş orderlə rəsmiləşdirilərək Şəki şəhər M.İ.S-nə təqdim edilmişdir. Halbu ki, ona gənc mütəxəssis kimi verilmiş mənzil yataqxana binasında yox, şirkətdə işləyənlər üçün nəzərədə tutulmuş yaşayış binasında yerləşir. O, qeydiyyatda olduğu mənzilin yaşayış hüququ verən Çıxarışın alınması üçün xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 12 saylı X2 müraciət etmiş və xx.xx.2018-ci il tarixli **********74 nömrəli məktubla bildirilmişdir ki yuxarıda qeyd olunan sənədi almaq üçün Şəki M.İ.S tərəfindən verilən 2 №-li forma təqdim olunmalıdır. Qeyd olunan formanın alınması üçün Şəki M.İ.S-ə müraciət etdikdə, sahənin rəhbərliyi tərəfindən bildirilmişdir ki, yaşadığı bina yataqxana tipli ictimai yaşayış binası olduğuna görə 2 №-li formanın verilməsindən imtina olunmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixli **********74 nömrəli məktub bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təqdim edilən sənədlər əsasında hüquqların dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müraciətinizdə göstərilən sahədə hər hansı səlahiyyətə malik deyildir. Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzil sahəsini özəlləşdirmək istəyən vətəndaş tərəfindən qeydiyyat orqanına mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkıiddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. İddiaçının imtina kimi ərizəsinə əlavə etdiyi cavabdehin xx.xx.2018-ci il tarixli məktubundan da, ona müraciətindən imtina edilmədiyi müəyyən olunur. İddiaçıya qanunvericiliyə uyğun olaraq tələb olunan sənədləri təqdim etmək təklif olunmuş, o isə bunu etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bu səbəblərdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3, 80, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X1rşı “ünvan 1 mənzil 47 ünvanında yerləşən bir otaqlı mənzilin adına dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar