Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1424/2024 03.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2019-cu il tarixdən üç il əvvəlki, xx.xx.2016-xx.xx.2019-cu illərdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2019-cu il tarixdən üç il əvvəlki, xx.xx.2016-xx.xx.2019cu illərdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-75635/2024 nömrəli ərizəsində qeyd olunmuşdur ki, İddiaçı 13 fevral 2019-cu il tarixində veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında Fondun müvafiq şöbəsi tərəfindən vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni 13 fevral 2019-cu il tarixindən sosial müavinət təyin edilmiş, əvvəlki illər üzrə müavinət ödənilməsindən isə imtina edilmişdir. Lakin iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, İddiaçı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət (Qarabağ müharibəsi veteranlarına) almaq hüququ olduğu üçün xx.xx.2016-xx.xx.2019-cu il tarixli dövr üzrə ödənilməmiş məbləğin ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən, Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ərizəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçı ilə həmçinin iddia ərizəsində göstərilən mobil nömrə vasitəsilə əlaqə saxlanılaraq, müavinətin ödənilib-ödənilməməsi barədə soruşulmuşdur. İddiaçı bildirmişdir ki, iddia tələbi cavabdeh tərəfindən təmin olunaraq, ona müavinətin hissə-hissə ödənişinə başlanılmışdır. Bu səbəblə iddiaçı işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığı, iddiaçı cavabdeh tərəfindən mübahisənin həlli ilə bağlı həyata keçirilmiş hərəkətlərlə razılaşdığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş, müvafiq tədbirlər görmüş və xx.xx.2016-xx.xx.2019-cu il illər üzrə iddiaçıya ödənilməmiş müavinətin ödənişinə başlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2019-cu il tarixdən üç il əvvəlki, xx.xx.2016-xx.xx.2019-cu illərdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1424/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1424/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver