Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1426/2024 21.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “4000 (dörd min) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 4000 (dörd min) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 2020-2021-ci il tədris ilində Cavabdeh “Məktəbəqədər təhsil” fakültəsinin "Korreksiyaedici təlim" ixtisasına ödənişli əsaslarla qəbul olunmuşdur. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçıya məcburi köçkün vəsiqəsi verilmişdir. Həmin vəsiqənin notariusda təsdiq olunmuş surətini xx.xx.2023-cü il tarixində Cavabdehnə təqdim etmiş, xx.xx.2023-cü il tarixli 2/76 nömrəli əmrlə təhsil haqqından azad olunmuş və təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qərar verilmişdir. xx.xx.2023-cü il tarixinə kimi ödənilmiş təhsil haqqı məbləğinin geri qaytarılması xahişi ilə Universitetə ərizə ilə müraciət edilib, lakin cavabdehin ünvanladığı xx.xx.2023-cü il tarixli 07- 10/588 nömrəli cavab məktubunda təhsil haqqı qismində ödənilmiş məbləğin geri qaytarılmasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Cavabdehnə Məktəbəqədər fakültəsinin '‘korreksiyaedici təlim" ixtisası üzrə ödənişli əsaslarla 2021- 2022 -ci tərdis ilində qəbul olunmuşdur. Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarına görə İddiaçı məhkəmə qətnaməsi əsasında “Məcburi köçkün" statusu verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət ali ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” 04 avqust 2003-cü il tarixli 1208 saylı sərəncamı Azərbaycan Respublikasının “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqınıda” 14 sentyabr 2011-ci il tarixli 1772 nömrəli sərəncamı əsasında tələbənin ərizəsi və məcburi köçkün vəsiqəsi nəzərə alınaraq ADPU üzrə 18 iyun 2023-cü il tarixdə 2/76 nömrəli əmr verilərək 22.06. 2023 cü il tarixdən təhsil haqqı ödənişindən azad edilmiş, onun təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanmışdır. Tələbə məcburi köçkün statusunu ADPU-ya təqdim etdiyi xx.xx.2023 tarixnə kimi ödənilmiş 4000 AZN məbləğ tələbə İddiaçı ilə ADPU arasında X4 xx.xx.2021-ci il tarixli əmrinə əsasən ikitərəfli müqavilə əsasında ödənilmişdir. ADPU keyfiyyətli təhsil verməsini tələbə isə vaxtlı-vaxtında təhsil haqqı ödəməyi öz öhtəsinə götürmüşdür. Hər tədris ilinin başlanğıcında ADPU güzəşt hüququ olan tələbələr barədə Elm və Təhsil Nazirliyinə yazılı müraciət edir və həmin tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
2. iddiaçıya mıxsus AA seriyalı 490937 nömrəli Məcburi köçkün vəsiqəsinin surəti.
3. iddiaçıya məxsus AZ-İ seriyalı 395809 nömrəli Doğum haqqında şəhadətnaməni surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinə şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda ona təhsil verən təhsil müəssisəsinə ödədiyi pulun (təhsil haqqı ilə bağlı ödənişin) geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına əsasən nail olmaq istədiyi nəticəyə əsasən iddia düzgün cavabdehə qarşı irəli sürlməmişdir.Belə ki,iddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edə, imtina verildikdə və ya hərəkətsiz saxlanıldıqda isə məhkəmə müdaifəsi hüququndan istifadə edə bilər. Məhkəmə onu da qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1308 saylı Sərəncamına əsasən, Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 saylı Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na 1 nömrəli Əlavə olan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında nümunəvi çərçivə müqaviləsi”nin 2.1-ci bəndindən isə görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxsin seçdiyi ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür. Yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbinə görə, ödənişli əsaslarla təhsil alan şəxs məcburi köçkün statusuna malikdirsə, ali təhsil müəssisəsinə təhsil haqqı yenə ödənilir, lakin bu təhsil haqqını ali təhsil müəssisəsinə təhsil alan deyil, dövlət büdcəsinin vəsaiti hesabına müvafiq dövlət orqanı ödəyir Odur ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin də təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir. Hazırkı iddia ərizəsinə və iş materiallarına əsasən iddiaçının düzgün cavabdeh inzibati orqana müraciəti olmadığından cavabdehin dəyişdirilməsi mümkün deyildir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı Cavabdehnə qarşı “4000 (dörd min) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə