Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1426/2025 29.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, üçüncü şəxs X2, cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-293 KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-293 KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1426/2025 nömrəli qərardadı ilə X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 27 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.40 hektar torpaq sahəsi X4, X11, X15, X7, İddiaçı, X16 və X8 mülkiyyətinə verilmişdir. Bu barədə JN- 293, KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib olunmuşdur. Lakin, buna baxmayaraq onlar öz torpaq sahələrindən istifadə edə bilmirlər. Onlara məxsus torpaq sahəsi zəbt olunmuşdur. İddiaçı və ailə üzvləri cavabdehə müraciət edərək, dövlət aktına əsasən mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair çıxarış verilməsini tələb etmişdir. Sonuncu dəfə isə cavabdeh idarəyə müraciət edərək, JN-293, KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin - koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı və ya dövlət aktında qeyd olunmuş şəxslərin adma çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh idarənin ünvanladığı 19 avqust 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Yevlax rayonu, Salahlı bələdiyyəsinin xəritə materialları (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında (konfiqurasiya və istifadəçilik fərqi) uyğunsuzluqlar mövcuddur. Eyni zamanda cavabdeh idarə imtina məktubunda X6 X13ndə mövcud olan Yevlax rayonu Salahlı bələdiyyəsinə aid olan xəritə məlumatlarında JN-293 nömrə ilə qeydə alınmış, azalma ilə 2 hissədən ibarət olan 2.40 ha (1.93 ha və 0.47 ha) torpaq sahələrinin mövcud olduğunu, Salahlı Bələdiyyəsinin ərazisində mütəxəssislər tərəfindən naturada mülkiyyətçilərin faktiki istifadəçiliyinin təsbit edildiyi və “X6 X13”ndə mövcud olan xəritənin hazırlandığı, ona görə də Yevlax rayonun Salahlı kəndində yerləşən torpaq sahəsinin sərhəd nöqtələrinin - koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq X9 və ya dövlət aktında qeyd olunmuş şəxslərin adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinin mümkün olmadığı qeyd etmişdir. Lakin, mən qeyd olunan imtinanı əsassız və qanunsuz sayır. Çünki, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsindən başqa şəxslər istifadə edir. Bu isə iddiaçı və ailə üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqlarını kobud şəkildə pozur. Cavabdeh iddiaya qarşı məhkəməyə münasibət bildirmişdir ki, “X6 X13”ndə mövcud olan məlumatlarda Yevlax rayonu, Salahlı kənd sakini İddiaçı nənəsi X1 və ailə üzvlərinin mülkiyyətinə JN- 293 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 2 hissəli pay torpaq sahəsi təsbit edilmiş və mövcuddur (0.47 ha və 1.93 ha). Lakin iddiaçı vətəndaşın torpaq islahatı dövründən bu günə qədər naturada torpaq sahəsinin ara mərz nişanlarını tanımadığı və torpaq sahəsindən istifadə etmədiyi məlumdur. Yevlax rayonu, Salahlı kənd sakini İddiaçı TEKUİS-də qeydə alınmış torpaq sahəsinin bazadan silinməsini və **********95 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətinə verilmiş və vətəndaşın islahat dövründən faktiki istifadə etdiyi torpaq sahəsinin üzərinə işlənməsini tələb edir. Eyni zamanda, Yevlax rayonu, Salahlı bələdiyyəsinin xəritə materialları (DWJtorpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluqlar (konfiqurasiya və faktiki istifadəçilik) olduğundan və bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X6 X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X6 X13nin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Yevlax rayonu, Salahlı bələdiyyəsinin ərazisində mütəxəssislər tərəfindən naturada mülkiyyətçilərin faktiki istifadəlçiliyi təsbi edilmiş və “X6 X13”ndə mövcud olan xəritə hazırlanmışdır. Bu səbəbdən vətəndaşın qeyd etdiyi Yevlax rayonu Salahlı kəndində yerləşən torpaq sahəsinin sərhəd nöqtələrinin-koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq X9 və ya dövlət aktında qeyd olunmuş şəxslərin adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi mümkün deyildir. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqa dair hər hansı bir düzəlişin və ya onun ləğv edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə dair izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. JN 293 KOD 90100038 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahatlar Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 27 nömrəli qərarı ilə X4 və ailə üzvlərinə 3.40 ha torpaq sahəsi verilmişdir.
3. AZ-İ ******* seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixində vəfat etmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN- 293 KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin (koordinatlarının) dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən ibarətdir. Məhkəmə mübahisə üzrə hüquqi dəyərləndirmənin predmeti ilə bağlı olan bir xüsusatı da diqqətə çəkir ki, həm iddiaçı və onun ailə üzvlərinə, həm də X3 torpaq sahələri eyni vaxtda – Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə ayrılmışdır və mübahisəli torpaq sahəsi həmin vaxtdan X2 və digərlərinin istifadəsindədir. Məsələnin mahiyyəti ondan ibarətdir ki,ilkin sənədlərdə torpaq sahələrinin konfiqurasiya və yerləşmə vəziyyətində uyğunsuzluq mövcud olduğundan,mülkiyyətçilər də faktiki olaraq uzun illər ərzində həmin torpaq sahələrindən Dövlət Aktlarının faktiki koordinatları üzrə deyil, müəyyənləşdirilmiş bölgüyə uyğun olaraq istifadə etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 5.7532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə X2 və digərlərinin faktiki istifadəsində (naturada) olan torpaq sahəsi eyni torpaq sahəsidir. Mübahisələndirilən **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən X2 və digərlərinin paylı mülkiyyətinə verilmiş torpaq sahəsinin döngə nöqtələri, koordinatları və sahəsi rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Sözügedən torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - əkin, mülkiyyətçisi - X5 və ailə üzviləri, faktiki istifadəçisi X5 və ailə üzviləri. Başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşmür. X2 və digərlərinin paylı mülkiyyətinə verilmiş və hazırda mübahisələndirilən **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsi JN-255 KOD 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasında verilmişdir. DWJ əsasında verilmiş Dövlət Aktları və TEKUİS məlumatlarına əsasən sxem təqdim edilir. Mübahisələndirilən **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən, X2 və digərlərinin paylı mülkiyyətinə verilmiş torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X6 X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən ərazidə mülkiyyətçilərin faktiki istifadəçiliynə əsasən aparılmış elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsi olmuşdur. JN-255 KOD 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında əks olunmuş məlumatlar (torpaq sahəsinin cizgisi) və məkan göstəriciləri ilə faktiki istifadəçiliklə eynilik təşkil edir, həmçinin arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, Yevlax rayonu, Salahlı bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluqlar (konfiqurasiya və faktiki istifadəçilik) olduğundan və bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X6 X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X6 X13nin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Yevlax rayonu, Salahlı bələdiyyəsinin ərazisində mütəxəssislər tərəfindən naturada mülkiyyətçilərin faktiki istifadəlçiliyi təsbi edilmiş və “X6 X13”ndə mövcud olan xəritə hazırlanmışdır. İddiaçı torpaq islahatı dövründən bu günə qədər naturada iddia etdiyi və göstərdiyi, həmçinin başqa torpaq sahəsindən istifadə etməmişdirlər. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən X6 X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X6 X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3-cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara yekun vuraraq xüsusi ilə qeyd edir ki,iddiaçının Dövlət Aktının cizgiləri daxilində yerləşən torpaq sahəsi ilə onun mülkiyyətinə verilən torpaq sahəsinin fərqliliyi (ölçü daxilində uyğunsuzluq və həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını uyğunlaşdırmaqla) sözügedən normaların tələblərinə əsaslanır. Odur ki,iddiaçının TEKUİS-ə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsini deyil,ilkin islahat xəritəsinə əsaslanan torpaq sahəsi üzərində (həmin torpaq sahəsi üzərində üçüncü şəxsin qeydə alınmış hüququ olduğu halda) mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsassızdır.Yəni,iddianın rədd olunmasının əsası iddia olunan torpaq sahəsinin mülkiyyətə verilmiş torpaq sahəsi ilə eyni olmaması ilə bağlıdır.Bu zaman iddiaçıya hüquqi yardım qaydasında üçüncü şəxsin qeydə alınmış hüququnun mübahisələndirilməsi istiqamətində hüquqi yardım edilməsi də prosessual qənaət və iddiaçının hüquqi marağı baxımından məqsədəmüvafiq deyildir. Beləliklə, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-293 KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrininkoordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə