Məhkəmə qərarları › İş №2-1(116)-1428/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1428/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1428/2022 31.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən iddiaçıya kompensasiya hesablanaraq adının ödəniş ediləcək və restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi, iddiaçıya ödəniləcək vəsaitin müəyyən edilməsi və ödəniləcək məbləğ barədə məlumatın Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən iddiaçıya kompensasiya hesablanaraq adının ödəniş ediləcək və restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi, iddiaçıya ödəniləcək vəsaitin müəyyən edilməsi və ödəniləcək məbləğ barədə məlumatın Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2014-cü il tarixində "xxxx" BOKT QSC-nin Şəki Filialından 30 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit almışdır. Kredit məbləği ABŞ dolları ilə rəsmiləşdirilmişdir. xx.xx.2015-ci il tarixində dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi kəskin dəyişmişdir. Bu səbəbdən krediitin ödənişlərində çətinliklər yaranmışdır. Sözügedən kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə imzalanmışdır. Məlumdur ki, ölkədə ABŞ dollarının devalvasiyası xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə baş vermiş və iddiaçının kredit öhdəliyi hər iki devalvasiya dövrünə təsadüf etmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nın 8.1-ci bəndinə əsasən ortaya çıxmış mübahisə doğuran məsələlərin araşdırılması məqsədilə Palata tərəfindən işçi qrup və Apellyasiya Komissiyası yaradılmış və sözügedən portalda mübahisə doğuran məsələlərin araşdırılması üçün onlayn rejimdə çalışan müraciətlərin qəbulu bölməsi təşkil edilmişdir. İddiaçıya aid məlumatlar portalda tapılmadığı üçün o, Palatanın apellyasiya komissiyasına onlayn müraciət etmişdir. Palata iddiaçının müraciətinə xx.xx.2019-cu il tarixdə baxaraq 26699 saylı qərar vermişdir. Palatanın həmin qərarında bildirilir ki, "Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçının kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyə olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli 01.16-2-2022-9487 nömrəli məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı "xxxx" BOKT QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, iddiaçıya kredit müqaviləsi üzrə 4.782,68 manat kompensasiya məbləği hesablanmışdır. Bundan başqa, məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) həmin kredit müqaviləsi üzrə 5.005,56 ABŞ dolları (8.509,45 manat) ödəniş müddəti keçmiş əsas kredit borcu qaldığından, yuxarıda hesablanmış kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən kredit borcunun ödənilməsinə yönəldilmişdir. Eyni zamanda göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Qeyd edilən kompensasiyanın dövlət büdcəsindən ayrılaraq borca yönəldilməsi məqsədilə xx.xx.2022-ci il tarixli 01.06.2.2022-6354 nömrəli məktubla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Cavabdeh məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Göründüyü kimi, iddiaçıya münasibətdə X1 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. İddiaçı isə cavabdeh tərəfindən AR Maliyyə Nazirliyinə xx.xx.2022-ci il tarixli məktubla müvafiq məlumatlar təqdim edildikdən sonra, yəni iddiaçının tələbində göstərilən məsələlər cavabdeh tərəfindən həll edildikdən sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıdan iddia tələbində qeyd edilənlərdən əlavə tələbinin olub-olmadığı soruşulmuş, iddiaçı cavabdeh tərəfindən müraciətinin həll edilməsindən məlumatsız olduğunu, məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra iş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında məlumat aldığını bildirmiş və əlavə tələbinin olmadığını demişdir. İddiaçıya iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri məhkəmə iclasında izah edilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilən normaların tələbindən də göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunaraq xx.xx.2022ci il tarixli 01.06.2.2022-6354 nömrəli məktubla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edildiyi halda, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə analoji iddia tələbi ilə müraciət edilmişdir. Yəni iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən onun hüquqi müdafiəyə ehtiyacı artıq aradan qalxmışdı. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hazırkı tələbi məhkəmədə iddia qaldırılmamışdan əvvəl təmin olunduğundan tərəflər arasında mübahisə və iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmadığı üçün iddia mümkün sayılmamalıdır. İddiaçılarnın diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən iddiaçıya kompensasiya hesablanaraq adının ödəniş ediləcək və restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi, iddiaçıya ödəniləcək vəsaitin müəyyən edilməsi və ödəniləcək məbləğ barədə məlumatın Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar